Mərkəzi Bank ödəniş şirkətinə icrası məcburi olan göstəriş verib
Mərkəzi Bank “Mobile Payment Solutions” şirkətində qanun pozuntuları aşkarladı – Məcburi göstərişlər verildiAzərbaycan Mərkəzi Bankı (AMB) “Mobile Payment Solutions” MMC-də (“Portmanat” brendi) apardığı yoxlama zamanı qanunvericiliyin və normativ aktların tələblərinin pozulması hallarını aşkarlayıb.
Marja.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Məlumata görə, şirkətdə həyata keçirilən yerində yoxlama zamanı bir sıra qanunvericilik və normativ aktların tələblərinə əməl edilmədiyi müəyyən olunub.
Aşkarlanmış pozuntularla əlaqədar “Mərkəzi Bank haqqında” Qanunun 48.2.4-cü və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunun 63.1-ci maddələrinə əsasən “Mobile Payment Solutions” MMC-yə təshih tədbirləri tətbiq edilib.
Mərkəzi Bank şirkətə müəyyən edilmiş çatışmazlıqların aradan qaldırılması ilə bağlı icrası məcburi olan göstərişlər verib.
Rəsmi məlumatda pozuntuların konkret mahiyyəti, sayı və onların aradan qaldırılması üçün müəyyən edilmiş müddət açıqlanmayıb. Şirkətə maliyyə sanksiyasının tətbiq olunması barədə də məlumat verilməyib.
"Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Mobile Payment Solutions” MMC-də həyata keçirilən yerində yoxlama çərçivəsində aşkar edilmiş bir sıra qanunvericilik və normativ aktların tələblərinin pozulması halları ilə əlaqədar olaraq, “Mərkəzi Bank haqqında” Azərbaycan Respublikasının Qanununun 48.2.4-cü və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanununun 63.1-ci maddələrinə əsasən çatışmazlıqların aradan qaldırılması ilə bağlı icrası məcburi olan göstərişlər verilmişdir", - Mərkəzi abnkın məlumatında deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 19 saat sonra
- 6 d. əvvəl
-
40 d. əvvəl
Valyuta ehtiyatları sürətlə artır – Mərkəzi Bank yeni rəqəmləri açıqladı
-
52 d. əvvəl
Bakı–Quba, Bakı–Qusar və digər avtobus marşrutları bu şirkətlərə verildi
-
1 saat əvvəl
Baku Steel Company “Baku Steel Art 2026” layihəsində sənaye ilə incəsənəti bir araya gətirir
-
1 saat əvvəl
Azərbaycanlıların pullarını ələ keçirən şəbəkə ifşa edildi – 11 nəfər ölkəyə gətirildi
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Baku Steel Company “Baku Steel Art 2026” layihəsində sənaye ilə incəsənəti bir araya gətirir
Azərbaycanlıların pullarını ələ keçirən şəbəkə ifşa edildi – 11 nəfər ölkəyə gətirildi
Ən çox oxunanlar
Noyabrın 4-də gözlənilən hava şəraiti
Ombudsman seçildi - 7 il, 2033-cü ilədək vəzifədə qalacaq
Azərbaycanda ən çox istifadə olunan 10 toxum sortundan 3-ü “Agro Dairy” şirkətinə məxsusdur
Mərkəzi Bank ödəniş şirkətinə icrası məcburi olan göstəriş verib
Azərbaycanda “Quşçuluq qrupu” fəaliyyətə başlayıb






















