Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Birbank vasitəsilə kino biletlərini əldə etmək mümkün olacaq. Bir ekosistemi Azərbaycanın ən böyük kinoteatr şəbəkələrindən biri CineMastercard ilə yeni əməkdaşlığa başlayır.Kinosevərlər üçün bilet almaq daha asan olacaq. Rəqəmsal xidmətləri bir çətir altında birləşdirən Bir ekosistemi Azərbaycanın ən böyük kinoteatr şəbəkələrindən biri CineMastercard ilə yeni əməkdaşlığa başlayır.
Tərəfdaşlıq çərçivəsində istifadəçilər kino biletlərini əlavə platformaya keçid etmədən, birbaşa Birbank vasitəsilə əldə edə biləcəklər.

Bir ekosistemi fintex, ödəniş və e-ticarət sahələrindəki rəqəmsal həlləri ilə gündəlik ehtiyacları vahid platformada qarşılayır. CineMastercard ilə əməkdaşlıq isə bu imkanları əyləncə sahəsinə də genişləndirir. Layihə çərçivəsində Birbank-da film və seans axtarışı, bilet və yer seçimi, eləcə də ödəniş üçün xüsusi interfeys yaradılır. İstifadəçilər interaktiv xəritə üzərindən istədikləri yerləri seçərək biletlərini birbaşa tətbiqdə əldə edə biləcəklər.
Yeni funksionallığın texniki inteqrasiya və sınaq mərhələləri tamamlandıqdan sonra, 2026-cı ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır. Əməkdaşlıq rəqəmsal ödəniş imkanlarını gündəlik əyləncə təcrübəsi ilə birləşdirərək bilet alışını daha sürətli və əlçatan edəcək.
Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan və BakıKart-la qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Kapital Bank-ın əmtəə nişanı olan Bir Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.
Daha ətraflı: bir.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 17 saat sonra
- 12 d. əvvəl
-
15 d. əvvəl
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
-
21 d. əvvəl
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub ®
- 52 d. əvvəl
- 58 d. əvvəl
-
1 saat əvvəl
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
-
1 saat əvvəl
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb ®
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
Ən çox oxunanlar
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb ®
PAŞA Həyat-ın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova: “İdman hər kəs üçün bərabər imkan olmalıdır”
Pul bazasında yeni maksimum – Oktyabrda daha 328 milyon manat artım
























