Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
OMODA və JAECOO markalarının 2026-cı ilin oktyabr ayında dünya üzrə ümumi avtomobil satışları 74 min 217 ədəd təşkil edib. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 75 faiz çoxdur.
Marja.az markaların rəsmi məlumatlarına istinadən xəbər verir ki, oktyabrda JAECOO 5 modelinin satışları 26 min 809 ədədə çatıb. Beləliklə, bu model iki markanın aylıq qlobal satışlarının təxminən 36,1 faizini təmin edib.
Aylıq satışlar yüksəlməkdə davam edir
Açıqlanan göstəricilərə əsasən, OMODA və JAECOO-nun qlobal satışları avqustda 65 min 576 ədəd, sentyabrda 73 min 421 ədəd olub. Oktyabrda satışlar sentyabrla müqayisədə 796 ədəd və ya 1,1 faiz artıb.
Sentyabrda isə avqustla müqayisədə 7 min 845 ədəd və ya təxminən 12 faiz artım qeydə alınmışdı. Beləliklə, oktyabrda satışların yüksəlişi davam etsə də, aylıq artım tempi zəifləyib.
Avqustla müqayisədə oktyabr satışları 8 min 641 ədəd və ya 13,2 faiz çox olub. Avqust–oktyabr aylarında iki markanın ümumi satışları 213 min 214 ədədə çatıb.
Elektrik və hibrid avtomobillərin yüksək payı
Şirkətin məlumatına görə, avqustda ümumi satışlar illik müqayisədə 101,7 faiz, yeni enerji avtomobillərinin satışları isə 167,5 faiz artıb. Həmin ay yeni enerji avtomobillərinin satışları 49 min 712 ədəd təşkil edərək ümumi satışların təxminən 75,8 faizinə bərabər olub.
Sentyabrda ümumi satışlarda illik artım 123 faiz, yeni enerji avtomobillərinin satışlarında isə 184 faiz təşkil edib. Bu kateqoriyadan olan avtomobillərin satışı 53 min 957 ədədə çatıb və aylıq satışlarda payı təxminən 73,5 faiz olub.
Oktyabr paylaşımında yeni enerji avtomobilləri üzrə ayrıca satış göstəricisi açıqlanmayıb.
İtaliyada ilk onluğa daxil olub
Ayrıca paylaşımda bildirilib ki, avqustda İtaliyada OMODA və JAECOO üzrə 2 min 883 avtomobil qeydiyyata alınıb. Şirkətin təqdim etdiyi məlumata əsasən, bu nəticə ilə OMODA və JAECOO ölkənin avtomobil markaları reytinqində birlikdə doqquzuncu yeri tutub.
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
6 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
2 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Ağdamda nəhəng zeytun təsərrüfatı yaradılıb – 10 min ton məhsul hədəflənir
-
12 saat əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
12 saat əvvəl
Ağdamda 24,9 milyon manatlıq yeni zavod – 100 nəfər işlə təmin olunacaq
-
13 saat əvvəl
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
-
13 saat əvvəl
Dünyanın ən böyük media sövdələşmələrindən biri tamamlandı – 22 milyard dollar
-
13 saat əvvəl
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Ərdoğan Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Ən çox oxunanlar
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib
Xankəndidə 1100 tələbənin eyni vaxtda istifadə edə biləcəyi nəhəng kitabxana tikilir - təməli qoyuldu
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi





















