Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Ağdamda nəhəng zeytun təsərrüfatı yaradılıb – 10 min ton məhsul hədəflənir

Ağdamda 700 mindən çox zeytun ağacı əkilib – İldə 2 min ton yağ istehsal olunacaq. “Aqroinkişaf 2017” Ağdamda iri zeytun istehsalı layihəsi həyata keçirir.
AzVak-mobil_resmin_ustu_31
Ağdamda nəhəng zeytun təsərrüfatı yaradılıb – 10 min ton məhsul hədəflənir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub.

“Aqroinkişaf 2017” MMC-nin direktoru Ruslan Sadıxov dövlətimizin başçısına müəssisənin fəaliyyəti barədə məlumat verib.

Reklam_3_11

Bildirilib ki, şirkət tərəfindən 2020-ci ilin dekabrından işğaldan azad olunmuş Ağdam ərazisində sahələr minalardan və hərbi sursatlardan təmizlənəndən sonra torpaq hazırlığı və planlaşdırma işləri görülərək, dərhal əkinə başlanılıb. İlkin olaraq ərazidə taxıl əkini aparılıb. Taxıl sahələrində məhsuldarlıq 40 sentner təşkil edib.

Hazırda isə burada 1150 hektar ərazidə zeytun bağı salınıb. Ərazidə 700 mindən çox ağac əkilib. Gələcəkdə isə zeytun və badam ağaclarının sayının 1 500 minə çatdırılması nəzərdə tutulur.

Burada ildə 10 min ton zeytun (və ya 2 min ton yağ) istehsalı planlaşdırılır. İstehsalatda müasir kənd təsərrüfatı texnikasından istifadə edilir.

Layihə çərçivəsində müvəqqəti suvarma kanalları çəkilib, Eyvazxanbəyli-Xaçınçay avtomobil yolu (3690 metr) təmir olunub, inzibati və texniki zonalar yaradılıb. On hektar ərazidə meşə massivi salınıb, əlavə olaraq 50 hektar meşə sahəsinin salınması planlaşdırılır. Ərazidə yanacaqdoldurma məntəqəsi, meteostansiya yaradılıb.

Dövlətimizin başçısına ölkəmizdə qoz istehsalı sənayesi barədə də məlumat verilib. Azərbaycana qoz idxalının əvəzlənməsi və ixracyönümlü qoz istehsalı sənayesinin yaradılması məqsədilə 2017-ci ildən başlayaraq “Aqroinkişaf 2017” MMC tərəfindən Şəki-Oğuz rayonlarının ərazisində 2 min hektardan çox sahədə müasir intensiv salxımlı qoz növləri yetişdirilən bağların salınması artıq yekunlaşmaq üzrədir.

Prezident İlham Əliyev 2022-ci ildə Oğuz rayonunda qozyuma, qurutma, çeşidləmə və qablaşdırma zavodunun təməlini qoyub. MMC tərəfindən bu müəssisə üçün 2025-ci ildə illik istehsal gücü 10 min ton qoz olan qurğular alınaraq istismara verilib.

Toplanmış qoz məhsulu əsasən daxili bazarda satılmaqla yanaşı, xarici bazarlara da (Türkiyə, Gürcüstan, Rusiya, İtaliya) ixrac olunub. Min hektara yaxın sahədə isə müasir intensiv badam bağları salınır.

Müəssisə müasir kənd təsərrüfatı texnikası, damcı suvarma sistemi, meteostansiyalar, fito-laboratoriya və digər zəruri avadanlıqla təchiz olunub.

Prezident İlham Əliyevə “Acınohur Zeytun vadisi” layihəsi üzrə görülən işlər barədə də ətraflı məlumat verilib.

Sonda Prezident İlham Əliyev ərazidə zeytun ağacı əkib.

Ağdam Zeytun Aqroinkişaf 2017 Ağdamda zeytun bağı zeytun yağı istehsalı 700 min zeytun ağacı 1150 hektar zeytun bağı 10 min ton zeytun 2 min ton zeytun yağı İlham Əliyev Ağdamda aqrar layihələr Qarabağda kənd təsərrüfatı Acınohur Zeytun vadisi qoz istehsalı Oğuz qoz zavodu Şəki qoz bağları badam istehsalı Azərbaycan aqrar sektoru qeyri-neft ixracı.
07.11.2026 14:11
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19