Azərbaycanda tikinti xərcləri 13,5% artıb – Mənzil tikintisinin maya dəyəri yüksəlir
Mənzil tikmək daha baha başa gəlir – Yeni qiymətlər açıqlandı. Tikinti materiallarının qiymətləri artır – 100 kvadratmetrin maya dəyəri 42 min manatı keçib. Tikinti xərcləri artır: Taxta və çınqıl bahalaşıb. 100 kvadratmetrlik mənzilin tikinti xərci bir ayda 1150 manat artıbSentyabrla müqayisədə tikinti xərcləri 3%, 2025-ci ilin dekabrından bəri isə 13,5% artıb.
Marja.az Azərbaycan Qiymətləndiricilər Palatasına (AQP) istinadən xəbər verir ki, oktyabrda Tikinti İndeksi 113,5-ə yüksəlib. Bahalaşma tamamilə tikinti materiallarının qiymət dəyişiklikləri ilə əlaqəli olub. Əmək və tikinti texnikası xərcləri sabit qalıb.
İndeksin materiallar üzrə alt göstəricisi 117,8-ə çataraq aylıq 4,6% artım nümayiş etdirib. Əmək indeksi 106,2, maşın-mexanizmlər indeksi isə 103,8 səviyyəsində dəyişməz qalıb. Beləliklə, oktyabrda tikinti sektorunda xərc təzyiqinin əsas mənbəyi material bazarı olub.
Materialların bahalaşması əsasən taxta, gravil və şebenin qiymət artımı ilə izah olunur. Taxtanın 1 m³ qiyməti 380 AZN-dən 400 AZN-ə yüksələrək 5,3% artıb. Gravil 32 AZN-dən 35 AZN-ə bahalaşıb ki, bu da 9,4%-lik artımla ayın ən yüksək göstəricisidir. Şebenin qiyməti 35 AZN-dən 36 AZN-ə yüksəlib, atsepin qiyməti isə 35 AZN səviyyəsində qalıb.
Materiallar üzrə ümumi artımın təxminən 46%-i taxtanın, 41%-i gravilin, 13%-i şebenin payına düşüb. İndeksdə materialların 65%-lik çəkisi nəzərə alındıqda, onların bahalaşması ümumi göstəriciyə 3,3 bəndlik təsir göstərib.
Gravilin indeks hesablamasına ilk dəfə daxil edilməsi də aylıq dinamikanın formalaşmasında əhəmiyyətli rol oynayıb. Bu material nəzərə alınmasaydı, tikinti indeksinin aylıq artımı 3% deyil, 2,2% olacaqdı. Başqa sözlə, oktyabr artımının təxminən üçdə biri gravilin qiymət dəyişməsi ilə bağlıdır.
Əmək və texnika xərclərində isə hər hansı dəyişiklik qeydə alınmayıb. Tamet işinin 1 m² qiyməti 8 AZN, ekskavatorun gündəlik icarəsi 300 AZN, kranın 250 AZN, beton pompasının isə 200 AZN səviyyəsində qalıb. Bu sabitlik tikinti xərclərindəki artımın istehsal və xidmət komponentlərindən deyil, material təminatından qaynaqlandığını göstərir.
AQP-nin smeta modelinə əsasən, ümumi sahəsi 10 000 m² olan çoxmərtəbəli yaşayış binasının torpaqsız tikinti maya dəyəri oktyabrda 420,8 AZN/m² təşkil edib. Sentyabrda bu göstərici 409,3 AZN/m² olub. Aylıq artım 2,8% təşkil edib. Modelə birbaşa tikinti xərcləri ilə yanaşı, podratçı, developer, layihə və ekspertiza xərcləri də daxildir. Nəticədə, 100 m² sahənin torpaqsız tikinti maya dəyəri bir ay ərzində təxminən 40,9 min AZN-dən 42,1 min AZN-ə yüksəlib.
Tam istismara hazır vəziyyət üzrə indikativ tikinti dəyəri isə oktyabr üçün təxminən 875 AZN/m² qiymətləndirilir. Bu göstərici ayrıca smeta hesablaması deyil, indeks dinamikası əsasında formalaşdırılmış istiqamətverici qiymətləndirmədir. Model torpaq, ƏDV, liftlər, tam mühəndis kommunikasiya sistemləri, maliyyələşdirmə, satış və marketinq xərcləri, eləcə də kommunal qoşulma haqlarını əhatə etmir. Buna görə tikinti maya dəyəri mənzilin bazar satış qiyməti ilə eyniləşdirilməməlidir.
Oktyabr göstəriciləri developer və sifarişçilər üçün büdcə planlaşdırılmasında material qiymətlərinin dinamikasının ayrıca nəzərə alınmasının vacibliyini göstərir. Qiymətləndiricilər isə xərc yanaşmasında tikinti xərclərini qiymətləndirmə tarixinə uyğunlaşdırarkən indeks səviyyələrinin nisbətindən istifadə etməli və tətbiq edilən indeks buraxılışını hesabatda göstərməlidirlər.
Azərbaycan Qiymətləndiricilər Palatası daşınmaz əmlak, avtomobil və tikinti indekslərini hər ay müntəzəm olaraq açıqlayır. Bu indekslər müvafiq bazarlarda qiymət və xərc dinamikasının izlənilməsi, təhlili və əsaslandırılmış qərarların qəbul edilməsi üçün mühüm informasiya mənbəyidir.
Müştərilərin xəbərləri
“Bank sektorunda risklərin erkən aşkarlanması və nəzarətin avtomatlaşdırılması ön plana çıxacaq” - MÜSAHİBƏ
PAŞA Bank COP31-də dayanıqlı maliyyələşdirmə və enerji tərəfdaşlıqlarına dair müzakirələrdə iştirak edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
6 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 3 gün sonra
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda tikinti xərcləri 13,5% artıb – Mənzil tikintisinin maya dəyəri yüksəlir
-
2 saat əvvəl
Noyabrın 24-də gözlənilən hava şəraiti - 20° isti gözlənilir
- 2 saat əvvəl
-
2 saat əvvəl
İtaliya SOCAR-a təşəkkür etdi: “Vətəndaşlarımız yanacağı daha ucuz alırlar”
-
2 saat əvvəl
Kart fırıldaqçılığına dair narahatedici rəqəmlər –5 milyon manatlıq kart fırıldaqçılığı
-
3 saat əvvəl
Bank kartlarından milyonlarla manat ələ keçirilib – Mərkəzi Bank rəqəmləri açıqladı
- 3 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Azərbaycanda tikinti xərcləri 13,5% artıb – Mənzil tikintisinin maya dəyəri yüksəlir
“Bank sektorunda risklərin erkən aşkarlanması və nəzarətin avtomatlaşdırılması ön plana çıxacaq” - MÜSAHİBƏ
Ən çox oxunanlar
Kart fırıldaqçılığına dair narahatedici rəqəmlər –5 milyon manatlıq kart fırıldaqçılığı
Bank kartlarından milyonlarla manat ələ keçirilib – Mərkəzi Bank rəqəmləri açıqladı
PAŞA Bank COP31-də dayanıqlı maliyyələşdirmə və enerji tərəfdaşlıqlarına dair müzakirələrdə iştirak edib
Azərbaycan neftinin son qiyməti
Paşinyan yeni Konstitusiya qəbul edildikdən sonra Azərbaycanla sülh müqaviləsinin imzalanacağına söz verib
Ermənistanın yeni Konstitusiyasının layihəsi dərc edilib, sənəddə Müstəqillik Bəyannaməsinə istinad yoxdur






















