Sığorta şirkətlərinin ödənişdən imtina etdiyi hallar
“Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi üzrə praktiki məsələlər”
Hüquqşünas, Şəhriyar Həbilov: Bu məqalə çərçivəsində bir çoxumuzun “icbari sığorta” adı ilə tanıdığımız sığorta növü üzrə bilinməsi gərəkən başlıca məsələləri və hansı hallarda baş vermiş hadisəyə görə sığorta şirkəti tərəfindən ödəniş verildiyini açıqlayacam.
Mövzuya keçməzdən əvvəl xatırlatmaq istərdik ki, 2016-cı il noyabr ayının 1-dən etibarən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (bundan sonra “icbari sığorta” kimi qeyd olunacaq) növü üzrə sığorta müqavilələri 18.12.2015-ci il tarixli qanunun və “İcbari Sığortalar haqqında” qanunun 50-3-cü maddəsinin tələblərinə əsasən elektron sənəd formasında bağlanır. Həmçinin nəzərə almaq lazımdır ki, bu növ icbari sığorta müqaviləsi sığorta haqqının Hökumət Ödəniş Portalı vasitəsilə sığorta şirkətinin hesabına köçürüldüyü və sığorta müqaviləsinin İcbari Sığorta Bürosunun elektron-informasiya sistemində mövcud olduğu halda qüvvəyə minmiş sayılır və ya etibarlı hesab olunur.
Bununla bağlı qeyd etmək mümkündür ki, Türkiyə Respublikası qanunvericiliyinə görə bu növ icbari sığorta müqaviləsi (başqa qayda göstərilmirsə) müqavilə bağlandığı gün günorta saat 12-də qüvvəyə minir və 1 il sonrakı gün günorta saat 12-də qüvvədən düşür.
Yuxarıda göstərilən hüquqi izahların praktiki formalarını açıqlamağı özümüzə borc bilirik.
Başqa sözlə desək, Maliyyə Bazarlarına Nəzarət Palatasının yaranması ilə sığorta sektorunda aparılmış mühüm islahatlardan biri də artıq arzuladığınız sığorta şirkətinin seçərək e-gov.az (Elektron Hökumət Portalı/ icbari nəqliyyat sığortası bölməsi) internet səhifəsində avtomobilinizə aid spesifik məlumatların (qeydiyyat şəhadətnaməsində göstərilən), həmçinin şəxsiyyət vəsiqənizin pin kodunun daxil edilməsi ilə onlayn ödəniş apararaq sığorta müqaviləsinin bağlamağın mümkün olmasıdır.
Bununla yanaşı sığorta müqavilənizin qüvvədə olub-olmamasını İcbari Sığorta Bürosunun 9707 nömrəsinə avtomobilin dövlət qeydiyyat nişanını smslə göndərməklə və ya isb.az internet səhifəsinin sığorta müqaviləsini yoxla bölməsinə daxil olmaqla öyrənə bilərsiniz.
Məqalə çərçivəsində əlbəttə ki yalnız bu məlumatları araşdırmayacaq, həmçinin bu növ icbari sığorta müqaviləsinə görə sığorta şirkətlərinin təminat verdiyi halları da izah edəcəyik.
Belə ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi avtonəqliyyat vasitəsi sahibinin, yəni mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslərin avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi (avtonəqliyyat vasitəsinin hərəkəti ilə bağlı onun istismarı) nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması halında sığorta şirkətinin sığorta ödənişi vermək öhdəliyi yaranır.
Daha anlaşılan bir formada desək, bu növ icbari sığorta müqaviləsinə görə sığorta şirkəti aşağıdakı başlıca şərtlər mövcud olduğu təqdirdə sığorta ödənişi vermək öhdəliyi daşıyır:
-Sığorta müqaviləsi hadisə baş verən vaxt qüvvədə olmalıdır.
-Avtomobilin sürücüsü avtomobili qanuni əsaslarla istifadə etmiş olmalıdır.
-Avtomobil hərəkət edərkən üçüncü şəxslərə məxsus əmlaka və ya üçüncü şəxsin özünə zərər vurulmalıdır.
-Hadisədə şəxsin mülki məsuliyyəti yaranmalıdır, yəni sürücü təqsirli olmalıdır.
Göründüyü kimi göstərilən bütün şərtlər mövcud olmadığı halda bu növ icbari sığorta müqaviləsi üzrə sığorta şirkəti sığorta ödənişi verməkdən imtina edir.
Mövzu çərçivəsində hazırda sığorta şirkətlərinin qarşılaşdığı və ödənişdən imtinanın əsası mövcud olan bir çox hadisələri aşağıdakı kimi göstərmək istərdik:
-müqavilə müddəti hadisə baş verməzdən əvvəl bitmiş və ya hadisədən sonra müqavilə bağlandığı halda sığorta şirkəti ödəniş verməkdən imtina edir.
-Bu növ icbari sığorta müqaviləsi ilə sığortalanmış avtomobilə vurulmuş zərərə (avtomobilin üstünə ağac aşarsa, avtomobil yanarsa, oğurlanarsa və s) görə sığorta şirkəti ödəniş verməkdən imtina verir.
-Bu növ icbari sığorta müqaviləsinə görə sığortalanmış avtomobil, sığortalının (avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini icbari sığorta etdirərək sığorta haqqı ödəyən və müvafiq icbari sığorta müqaviləsinin tərəfi olan şəxs) digər avtomobilinə zərər vurduqda sığorta şirkəti ödəniş verməkdən imtina edir.
Bununla yanaşı sığorta şirkətləri tərəfindən “İcbari Sığortalar haqqında” qanuna və Mülki Məcəllənin 935-ci maddəsinə zidd olmayan, o cümlədən yalnız qanunda göstərilən hallarda sığorta ödənişi verməkdən imtina edilə bilər.
Zənnimizcə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqavilələrinin, ümumiyyətlə sığorta hüququnun, sığorta anlayışlarının, həmçinin sığorta praktikasının daha dəqiq və düzgün başa düşülməsi üçün sırf daha geniş təlimlərin keçirilməsinə, o cümlədən belə təlimlərdə iştiraka marağın artmasına zərurət vardır.
© Müəllif: Hüquqşünas, Şəhriyar Həbilov
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
2 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 2 gün sonra
- 16 d. əvvəl
- 25 d. əvvəl
-
55 d. əvvəl
"20 Sentyabr" metrostansiyası gələn ilin ortasına qədər istismara veriləcək
-
1 saat əvvəl
Türkiyədə Orta Dəhlizi gücləndirəcək dəmir yolu xəttinin tikintisinə 250 mln. dollar ayrılıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Yağıntılı hava şəraiti davam edəcək, dolu düşəcək - XƏBƏRDARLIQ
-
2 saat əvvəl
Aİ lideri: Qara dənizdə Azərbaycan vətəndaşlarının da olduğu mülki gəmi vurulub, 3 nəfər itkindir
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Türkiyədə Orta Dəhlizi gücləndirəcək dəmir yolu xəttinin tikintisinə 250 mln. dollar ayrılıb
Azərbaycana soğan idxalı artıb – 15 057 ton
Ən çox oxunanlar
Yağıntılı hava şəraiti davam edəcək, dolu düşəcək - XƏBƏRDARLIQ
Aİ lideri: Qara dənizdə Azərbaycan vətəndaşlarının da olduğu mülki gəmi vurulub, 3 nəfər itkindir
Azərbaycanda şəkər istehsalı üçün xammal üzrə təminat zəifdir: göstərici 50,5%-ə çatıb
Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu ticarət gəmisi batıb, bir nəfər ölüb
Volvo Cars-ın səhmləri 27% ucuzlaşdı – Şirkət 2500 işçisini ixtisar edəcək, milyardlarla kron zərər açıqlayıb























