2021-ci ildə orta aylıq əmək haqqı 600 manata çatmayacaq
Gələn il Azərbaycanda əhalinin gəlirlərinin xərclərini 17,9% üstələyəcəyi proqnozlaşdırılır.
Belə ki, 2018-ci ildə əhalinin gəlirləri 55 milyard 389,9 milyon manat, xərcləri 46 milyard 966,1 milyon manat olacağı gözlənilir. 2019-cu ildə gəlirlərin xərcləri 19,8% üstələyəcəyi və gəlirlərin 58 milyard 812,3 milyon manat, xərclərin 49 milyard 100,5 milyon manat olacağı proqnozlaşdırılır.
Bu barədə İqtisadiyyat Nazirliyinin 2018-ci ilə və sonrakı üç il üzrə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərində bildirilir.
2020-2021-ci illərdə əhalinin gəlirlərinin müvafiq olaraq 61 milyard 55,5 milyon manat və 62 milyard 492,6 milyon manat, xərclərinin 53 milyard 404,2 milyon manat və 57 milyard 18,8 milyon manat olacağı nəzərdə tutulur. Beləliklə, gəlirlərin xərcləri üstələməsi 2020-ci ildə 14,3%, 2021-ci ildə 9,6%-ə enəcək.
Növbəti ildə Azərbaycanda orta aylıq əmək haqqının 2017-ci illə müqayisədə real ifadədə 0,5% artaraq 549,7 manat olacağı proqnozlaşdırılır. Daha sonrakı 3 ildə isə ardıcıl olaraq, 2019-cu ildə 562,6 manat, 2020-ci ildə 575 manat və 2021-ci ildə 585,5 manat olacağı nəzərdə tutulur.
© Report
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
5 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
3 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
-
- 3 gün sonra
-
6 saat əvvəl
Vens: Rusiya və Ukrayna danışıqlar masasına oturmağa razılaşıb
-
6 saat əvvəl
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
-
7 saat əvvəl
Nvidia-nın rəhbəri: Süni intellektə tələb həddindən artıq yüksəkdir, lakin kapital çatışmır
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
İnvestorlar üçün yeni istiqrazlar – İllik 15% gəlir, aylıq faiz ödənişi
-
8 saat əvvəl
Britaniya şirkəti Azərbaycanın Yaşıl Enerji Dəhlizinə sərmayə yatırmaq istəyir
- 9 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
Dünyanın ən böyük sərvət fondu 30 milyard dollar zərər edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avropaya Azərbaycan elektrik enerjisinin ixracı üçün yeni imkanlar müzakirə olunur – “Zhero” layihəyə maraq göstərir
Dövlət Fondu yeni məhsulunu təqdim etdi – Sahibkarlara 5%-dən başlayan faizlə 50 min manatadək kredit veriləcək
Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinə zərbə endirib
Rabalon Microsoft texnologiyaları ilə bizneslərə yeni imkanlar açır
Çin şirkəti Azərbaycanda 200 MVt gücündə dəniz külək elektrik stansiyası tikmək imkanlarını araşdırır
Türkiyə Mərkəzi Bankı faiz dərəcəsini aşağı saldı























