Plastmas xammalların əksəriyyəti idxal gömrük rüsumundan azad edilib
Xətti polietilen, neft, kumaron, inden və ya kumaron-inden qatranları və politerpenlərə tətbiq edilən 15 faiz gömrük rüsumu qüvvədə saxlanılıb.
Gələn il yanvarın 1-dən xətti polietilen, neft, kumaron, inden və ya kumaron-inden qatranları və politerpenlər, karboksimetilsellüloz və onun duzları istisna olmaqla, Azərbaycana idxal edilən plastmas xammalları idxal gömrük rüsumundan azad edilib.
Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə əksini tapıb.
Qüvvədə olan “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nə əsasən hazırda xətti polietilen, neft, kumaron, inden və ya kumaron-inden qatranları və politerpenlər, karboksimetilsellüloz və onun duzları gömrük dəyərlərinin 15 faizi həcmində idxal gömrük rüsumuna cəlb edilir. Yeni qərara əsasən, bu mallar üçün tətbiq edilən 15 faiz idxal gömrük rüsumu qüvvədə saxlanılıb.
Xüsusi çəkisi 0,94-dən az olan polietilen, xüsusi çəkisi 0,94 və ya daha çox olan polietilen, ilkin formalarda propilenin və ya digər olefinlərin polimerləri, stirol polimerləri, vinilxloridin və ya digər hallogenləşdirilmiş olefinlərin polimerləri, vinilasetatın və ya digər mürəkkəb vinil efirlərinin polimerləri, vinilin digər polimerləri, akril polimerləri, poliasetallar, digər sadə poliefirlər və epoksid qatranlar, polikarbonatlar, alkid qatranları, mürəkkəb poliallil efirləri və digər mürəkkəb poliefirlər, poliamidlər, amino-aldehid qatranları, fenolaldehid qatranları və poliuretanlar, və silikonlara tətbiq edilən 0,50 faiz idxal gömrük rüsumu ləğv edilib. Gələn il yanvarın 1-dən başqa yerdə adları çəkilməyən və ya daxil edilməyən, ilkin formalarda neft qatranları, kumaron-inden qatranları, politerpenlər, polisulfidlər, polisulfonlar, sellüloz və onun kimyəvi törəmələri təbii polimerlər (məsələn, alqin turşusu) və modifikasiya olunmuş təbii polimerlər (məsələn, bərkidilmiş proteinlər, təbii kauçukun kimyəvi törəmələri), o cümlədən plastmas tullantıları, qırıntılarına da 0,50 faiz idxal gömrük rüsumu tətbiq edilməyəcək.
©APA
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
3 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 2 gün sonra
- 4 d. əvvəl
- 23 d. əvvəl
-
34 d. əvvəl
Neft bazarında yeni bahalaşma dalğası – Brent 114 dolları, ABŞ nefti 100 dolları ötüb
- 41 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda bitki yağları üzrə təminat zəifdir: göstərici 52,4%-ə geriləyib
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Volvo Cars-ın səhmləri 27% ucuzlaşdı – Şirkət 2500 işçisini ixtisar edəcək, milyardlarla kron zərər açıqlayıb
Neft bazarında yeni bahalaşma dalğası – Brent 114 dolları, ABŞ nefti 100 dolları ötüb
Nvidia-nın rəhbəri ilk dəfə Qazaxıstana səfər edib – Ölkədə süni intellektə 10 milyard dollarlıq investisiya planlaşdırılır
Ən çox oxunanlar
Balıq və balıq məhsulları üzrə təminat güclənib: 81,1%
Yumurta üzrə yerli təminat daxili tələbatı üstələyib – 104%
Süd və süd məhsulları üzrə özünütəminetmə 81% olub – 6 illik mənzərə
Oktyabrın 24-də gözlənilən hava şəraiti
“AllAllFinance”ın xalis mənfəəti 14% artıb






















