İşsizlərə sığorta ödənişinin verilməsi qaydası müəyyənləşib
Himayəsində 18 yaşa çatmamış uşaq olan şəxslərin sığorta ödənişinin məbləği hər uşağa görə sığorta ödənişinin 5 faizi qədər artırılacaq Nazirlər Kabineti “Sığorta ödənişinin verilməsi Qaydası”nı təsdiqləyib.
Qərar bu ildən qüvvədədir.
Bu Qayda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin (Xidmət) yerli orqanları tərəfindən sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin hesablanması və ödənilməsi qaydasını müəyyən edir. Sığorta ödənişini almaq hüququna yalnız dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayının və ya ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş və Xidmətdə işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar malikdirlər. Həm əsas, həm də əlavə iş yerləri olan işçinin əmək münasibətlərinə müxtəlif zamanlarda xitam verildiyi halda, onun sığorta ödənişini almaq hüququ sonuncu iş yeri üzrə, eyni gündə xitam verildiyi halda isə əsas iş yeri üzrə dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayının və ya ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verildiyi halda yaranır. Sığorta ödənişinin verilməsinə və ya verilməsinin dayandırılmasına, ödənişin məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallardan biri baş verdikdə, sığorta ödənişi təyin edilən şəxs bu barədə 10 iş günündən gec olmayaraq Xidmətə məlumat verməlidir. İşsiz kimi qeydiyyata alınmaq hüququ olmayan şəxslərə sığorta ödənişi təyin edilmir.
Sığorta ödənişini almaq hüququna malik olan və işsizliyin başlanmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından çox, lakin ən azı 3 il sığorta stajına malik əmək qabiliyyətli şəxslər üçün sığorta ödənişi sığorta stajından asılı olaraq onun itirilmiş orta aylıq əməkhaqqının məbləğinə aşağıdakı faiz dərəcələri tətbiq olunmaqla hesablanır:
- sığorta stajı 3 ildən 5 ilə qədər olduqda – 50 faiz;
- sığorta stajı 5 ildən 10 ilə qədər olduqda – 55 faiz;
- sığorta stajı 10 ildən yuxarı olduqda – 60 faiz.
Sığorta ödənişinin hesablanması üçün sığortaolunanın itirilmiş orta aylıq əməkhaqqı onun işsiz kimi qeydiyyata alınmasından əvvəlki 12 təqvim ayının əməkhaqqının cəmlənmiş məbləğini 12-yə bölməklə tapılır. Sığortaolunan əvvəlki 12 təqvim ayının bütün aylarını tam işləmədikdə (lakin işsiz kimi qeydiyyata alınmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az olmayan müddətə sığorta stajına malikdirsə), sığortaolunanın itirilmiş orta aylıq əməkhaqqının məbləği onun əvvəlki 24 təqvim ayı ərzində faktiki tam işlədiyi aylarda hesablanmış əməkhaqqının cəmlənmiş məbləğinin faktiki tam işlədiyi ayların sayına bölünməsi yolu ilə hesablanır. Sığorta ödənişinin hesablanması üçün orta aylıq əməkhaqqının hesablanması məqsədi ilə işəgötürənlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemində ( MİS) dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayının və ya ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verildiyi halda, bu Qaydaya əlavə olunmuş formada məlumatı tərtib edərək gücləndirilmiş elektron imza ilə təsdiq etməlidirlər. Sığorta ödənişi sığortaolunanların işsiz kimi qeydiyyata alındığı aydan sonrakı ayın ilk günündən hesablanır. Himayəsində 18 yaşa çatmamış uşaq olan (əyani təhsil alan tələbələr və şagirdlər təhsili bitirənədək, lakin 23 yaşından çox olmamaqla) şəxslərin (ər-arvadın hər ikisinə sığorta ödənişi təyin edildikdə, onlardan birinin) əsas sığorta ödənişinin məbləği hər uşağa görə sığorta ödənişinin 5 faizi, lakin ümumilikdə 20 faizindən çox olmamaq şərtilə artırılır. Sığorta ödənişinin məbləği Dövlət Statistika Komitəsi tərəfindən müəyyən olunan əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqı məbləğindən çox və minimum sığorta ödənişi məbləğindən az ola bilməz. Sığorta ödənişini almaq hüququna malik olan və işsizliyin başlanmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az, lakin ən azı 3 il sığorta stajı olan əmək qabiliyyətli şəxslərə sığorta ödənişi minimum məbləğdə təyin edilir. Minimum sığorta ödənişi minimum aylıq əməkhaqqı məbləğinə bərabər tutulur.
Sığorta ödənişini almaq hüququna malik olan şəxs dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayının və ya ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verildiyi aydan sonrakı ayda MİS-in “Məşğulluq Alt Sistemi"nə (MAS) işsiz kimi qeydiyyata alınması üçün müraciət edərək müəyyən edilmiş qaydada qeydiyyata alındıqdan sonar sistemdə yerləşdirilmiş ərizəni təsdiq edir. Sığorta ödənişini almaq hüququ olan şəxsin müraciəti MAS tərəfindən 10 gün ərzində baxılaraq, sığorta ödənişinin təyin edilməsi və ya təyin edilməsindən imtina edilməsi barədə qərar çıxarılır. Sığorta ödənişinin təyin edilməsi və ya təyin edilməsindən imtina edilməsi barədə məlumat bu Qayda ilə müəyyən edilmiş formada sığorta ödənişi alan şəxsin elektron kabinetində yerləşdirilir və (və ya) ismarıc ərizədə qeyd edilmiş mobil telefon nömrəsinə göndərilir. İlk dəfə təyin olunan sığorta ödənişi işsizlik müddətinin davamlılığına uyğun olaraq aşağıdakı faiz dərəcələrinə mütənasib şəkildə, lakin minimum sığorta ödənişinin məbləğindən az olmayaraq ödənilir:
- ilk 2 təqvim ayı üçün - 100 faiz;
- 3-4-cü təqvim ayları üçün - 80 faiz;
- 5-6-cı təqvim ayları üçün - 70 faiz.
Təkrar müraciət zamanı minimum sığorta ödənişi ödənilir. Bu halda təkrar sığorta ödənişini almaq hüququ olan şəxs yuxarıda göstərilən qaydada MAS-a müraciət etməlidir. Təkrar müraciət zamanı təyin olunan sığorta ödənişi 3 ay müddətində hər ay üçün bərabər məbləğdə ödənilir. Əsas sığorta ödənişinə əlavə əsas sığorta ödənişi ilə birlikdə ödənilir. Sığorta ödənişi təyin edilən şəxsə sığorta ödənişi ayın 15-dək işsiz kimi qeydiyyata alındıqda, həmin ayın sonuncu iş günü bitənədək, ayın 15-dən sonra alındıqda isə növbəti ayın 15-dək fərdi məşğulluq proqramının icrası barədə hesabatı elektron kabinetinə daxil olaraq elektron qaydada şəxsən təsdiq edərək təqdim etdikdən sonra və proqramın icrası barədə hesabatı qəbul edildiyi təqdirdə ödənilir.
©APA
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
2 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 2 gün sonra
-
1 saat əvvəl
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
-
1 saat əvvəl
Rusiya Mərkəzi Bankı faizləri endirmədi – İnflyasiya yenidən sürətlənir
-
2 saat əvvəl
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
-
2 saat əvvəl
Tramp Zelenskiyə çağırış etdi: Artıq Rusiya ilə razılaşmağın vaxtıdır
- 2 saat əvvəl
-
3 saat əvvəl
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
-
3 saat əvvəl
Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
Ən çox oxunanlar
Qızılın unsiyasının qiyməti 4000 dollardan da aşağı düşdü
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
Böyük şirkət istismara yararsız texnikalarını satır – 1 tonunun qiyməti 1 200 manatdan başlayır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kristal Bakı”da növbədənkənar yığıncaq keçirilib
Türkiyədə Orta Dəhlizi gücləndirəcək dəmir yolu xəttinin tikintisinə 250 mln. dollar ayrılıb
Azərbaycana soğan idxalı artıb – 15 057 ton























