Beynəlxalq Bank öz təqaüdçüləri arasında şahmat çempionatına start verdi
Azərbaycan Beynəlxalq Bankı Azərbaycan Şahmat Federasiyası ilə birgə öz təqaüdçü müştəriləri arasında respublika çempionatı keçirir. “Azərbaycan Beynəlxalq Bankı-2018” çempionatı bankın çoxsaylı korporativ sosial məsuliyyət layihələrindən biridir. Burada məqsəd yaşlıların ictimai aktivliyinə töhfə vermək, eyni zamanda təqaüdçülərin maliyyə savadlılığını dəstəkləməkdir.
Çempionatın açılış mərasimində içtirakçılar üçün bank əməliyyatlarının təhlükəsizliyi, plastik kartlardan istifadə qaydaları, ATM-lərdə əməliyyatlar, onlayn ödənişlər, SMS-xəbərdarlıq və s. barədə maarifləndirici təqdimat olub. Bundan başqa, onlara Azərbaycan Beynəlxalq Bankının təqaüdçü müştərilərə göstərdiyi “Pensiya+” xidməti haqqında da ətraflı məlumat verilib. “Pensiya+” əmək təqaüdçüləri üçün nəzərdə tutulan və komissiya haqqı olmayan faizsiz vəsaitdir.
“Landmark” biznes mərkəzinin ayırdığı zalda mayın 29-dan başlayaraq 5 gün davam edəcək çempionata ölkəmizin müxtəlif regionlarından şahmat dərəcələri olan 30-dan çox şahmatçı qatılıb. Azərbaycan Beynəlxalq Bankının mətbuat katibi Yadigar Cəfərli bildirib: “Azərbaycan Beynəlxalq Bankı müxtəlif sahələrdə sosial məsuliyyət layihələri reallaşdırır. Müştərilərimiz arasında təqaüdçülərin xüsusi yeri var. Onların hər biri bizim üçün dəyərlidir. Ümid edirik ki, bu çempionat onların həm xoş istirahəti, həm də maliyyə sahəsində maariflənməsi baxımından faydalı olacaq”.
Azərbaycan Şahmat Federasiyasının birinci vitse-prezidenti Faiq Həsənov isə bildirib ki, cəmiyyətdə şahmata marağın artırılmasında bu cür layihələrin rolu böyükdür: “Azərbaycanda yaşlı insanlar arasında kifayət qədər peşəkar şahmatçılar var. Biz hər il onlar üçün yarışlar təşkil edirik. Cəmiyyətimizdə şahmatı təbliğ etməyə çalışırıq. Azərbaycan Beynəlxalq Bankı kimi böyük biznes qurumlarının da bu məsələdə bizə dəstəyi çox əhəmiyyətlidir”.
Çempionatın final oyunu iyunun 2-də keçiriləcək. Qaliblər qiymətli hədiyyələrlə mükafatlandırılacaq.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)






.jpg)









