Nazirlik: Klinikalarda özbaşınalıqdır, əlavə ödəniş tələb edilir
“Vətəndaşlar onları müayinə və müalicə edən tibb işçisinin müvafiq ixtisas sənədlərinin olması barədə məlumatı yerində tələb edə bilər”
Səhiyyə Nazirliyi son zamanlar özəl tibb fəaliyyəti ilə məşğul olan müəssisələrdə insanların həyat və sağlamlığına zərər vurulması ilə bağlı vətəndaşlardan nazirliyə və digər dövlət orqanlarına edilən çoxsaylı müraciətlər əsasında araşdırma aparıb.
TƏHSİLİ OLMAYAN ŞƏXSLƏR İŞLƏYİR
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən (AEM) verilən xəbərə görə, araşdırma zamanı tibbi təhsili və lisenziyası olmayan müxtəlif şəxslər tərəfindən qanunsuz tibb fəaliyyətinin həyata keçirilməsi, xarici ölkələrdə hazırlıq alan tibb işçilərinin, əcnəbilərin və Azərbaycanda daimi yaşayan və vətəndaşlığı olmayan şəxslərin Səhiyyə Nazirliyindən müvafiq şəhadətnamə almadan tibb fəaliyyəti ilə məşğul olması, özəl tibb müəssisələrinə verilmiş lisenziyanın əlavəsində göstərilən ixtisaslardan kənar işlər üzrə tibbi xidmətlərin göstərilməsi halları müəyyən olunub.
ETİKA YOXDUR, MÜŞTƏRİLƏR "SOYULUR"
Araşdırma zamanı əmək müqaviləsi və tibbi təhsili təsdiq edən müvafiq sənədləri olmadan bəzi tibb işçilərinin tibb fəaliyyəti ilə məşğul olması, əhaliyə keyfiyyətsiz tibbi xidmət göstərilməsi və tibb işçilərinin etik davranış qaydalarını pozması, heç bir əsas olmadan pasiyentlərdən əlavə ödəniş tələb edilməsi və digər bu kimi xoşagəlməz hallar da aşkarlanıb.
Səhiyyə Nazirliyi bildiririk ki, Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun olaraq, xarici ölkələrdə hazırlıq alan tibb işçilərinin, əcnəbilərin və Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin ixtisas sənədləri Azərbaycan ərazisində qüvvədə olması müvafiq qaydada təsdiq edilməli, Nazirlər Kabinetinin 12.01.1999-cu il tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması Qaydaları”na əsasən, həmin şəxslər yalnız Səhiyyə Nazirliyi tərəfindən verilən müvafiq şəhadətnamə əsasında ölkə ərazisində tibb fəaliyyəti ilə məşğul olmağa buraxılmalıdır:
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
“Yuxarıda qeyd edilən xoşagəlməz hallarla rastlaşdıqda “Əhalinin sağlamlığının qorunması haqqında” qanunun tələblərinə əsaslanaraq, müraciət etdiyiniz tibb müəssisəsinin özəl tibb fəaliyyəti ilə məşğul olmasına icazə verən lisenziyanın və əlavənin mövcudluğu, sizi müayinə və müalicə edən tibb işçisinin (həkim, tibb bacısı) müvafiq ixtisas sənədlərinin (diplom, sertifikat, ölkə ərazisində işləməyə icazə verən şəhadətnamə) olub-olmaması barədə məlumatları yerində tələb etməyiniz məqsədəmüvafiqdir. Hüquqlarınız pozulduğu hallarda tibb müəssisəsinin rəhbərliyinə, müvafiq icra hakimiyyəti orqanına və ya qanunla müəyyən edilmiş qaydada məhkəməyə, Səhiyyə Nazirliyinin “qaynar xətt” xidmətinə müraciət edə bilərsiniz. Qanunlara uyğun olaraq, tibb işçisi öz peşə vəzifələrini lazımınca yerinə yetirmədikdə və ya sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulmasına yol verdikdə intizam, inzibati və digər məsuliyyətə cəlb oluna bilər”.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 10 d. əvvəl
-
- 1 saat əvvəl
-
15 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 16 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
1 gün əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub






.jpg)
.jpg)






.jpg)












