"Hər 1000 dollardan 170 manat qazanırlar"
Kommersiya bankları milli valyutanın möhkəmlənməsi fonunda dolların alış və satış kursları arasında kəskin fərq müəyyənləşdiriblər. Bir sıra banklarda dollara 1.68 kursu ilə alınır 1.85 məzənnəsi ilə satılır.
İqqtisadçı alim Vüqar Bayramovun sözlərinə göeə, bu o deməkdir ki, bank vətəndaşdan 100 dolları 168 manata alır və elə həmin 100 dolları digər vətəndaşımıza 185 manata satır. Nəticədə, sadə əməliyyatdan hər 100 dollarda bank 17 manat və hər 1000 dollarda isə 170 manat qazanır.
“Əgər bank 1000 dolları 1680 manata alıb 1850 manata satırsa bu da süni gəlir hesab edilə bilər. Çünki xərc ilə satış qiyməti arasında kəskin fərq var. Mərkəzi Bank marjanı ləğv etdikdən sonra banklar kursu müəyyənləşdirməkdə sərbəstdirlər. Amma bank sektorunda rəqabətin zəif olduğunu və eləcə də Mərkəzi Bankın müdaxiləsini nəzərə alaraq daha məqsədəuyğun olardı ki, xarici valyutaların alış və satış kursları arasında marja müəyyənləşdirilsin.
Təbii ki, söhbət Mərkəzi Bankın rəsmi məzənnəsi ilə bağlılıqdan getmir. Valyutanın alış və satış kursları arasında 4 faizlik marja müəyyənləşdirilə bilər. Bu zaman 1.68 kursu ilə dolları alanlar onu təxminən 1.75 kursu ilə satacaqlar. Bu halda isə, nə bank hər 1000 dollarda 170 manat qazanacaq, nə də vətəndaş bu qədər itirəcək. Bank üçün fərq hər 1000 dollarda 70 manat olacaq ki, bu da kifayət qədər normal gəlir hesab edilə bilər.
Əslində, uzun müddət bankların dollar satışından əldə etdiyi fərq 4 faizdən də az idi. Buna görə də belə marjanın müəyyənləşdirilməsi “qara bazar”ı stimullaşdırmayacaq. Çünki banklar aldığı valyutanı satan zaman normal faizli gəlir əldə edəcəklər. Əksinə valyuta məzənnələrinin müəyyənləşdirilməsində banklar arasında rəqabət yaradacaq. Bu mövcud məzənnə siyasətinin prinsiplərinə də zidd hesab edilməməlidir. Çünki sektorda rəqabətin formalaşması və istehlakçların hüquqlarının qorunması üçün Mərkəzi Bank prosesə müdaxilə edə bilir. Eyni zamanda bu marja həmçinin valyuta satışında bankların spekulyativ müdaxilələrin də qarışını alacaq. Buna görə də, bankların alış-satış məzənnələri arasında asılılığın yaradılması məqsədəuyğundur”.
Müştərilərin xəbərləri
PAŞA Real Estate Qrup və Marriott International Daşkənddə JW Marriott brendi altında rezidensiya layihəsi üzrə saziş imzalayıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
6 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Maliyyə Nazirliyinin hərraclarının əksəriyyəti baş tutmur – səbəbi açıqlanıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dollar alışında ailə üzvlərinə məhdudiyyət var? – Taleh Kazımov üçün SÜRPRİZ
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İlham Əliyev Türkiyədəki Zirvə görüşündə iştirak edə bilməyəcək
-
2 saat əvvəl
Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama
-
2 saat əvvəl
İndoneziyalı investorların diqqəti Daşkəsən dəmir filizi layihəsindədir
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Valyuta hərraclarında nə qədər dollar satıldığı açıqlanıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Real Estate Qrup və Marriott International Daşkənddə JW Marriott brendi altında rezidensiya layihəsi üzrə saziş imzalayıb
Ən çox oxunanlar
İlham Əliyev Türkiyədəki Zirvə görüşündə iştirak edə bilməyəcək
Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama
Azərbaycan və Gürcüstan arasında yeni iqtisadi razılaşma imzalanacaq
“BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil”
























