“AccessBank” mənfəətin astanasında
“AccessBank” QSC 2018-ci ilin birinci yarısı üzrə maliyyə göstəricilərini açıqlayıb.
“Marja” xəbər verir ki, cari ilin yanvar-iyun dövründə “AccessBank”ın faiz gəlirləri 43 milyon 390 min manat təşkil edib. Bank 2017-ci ilin birinci yarısında 55 milyon 731 min manat faiz gəliri əldə etmişdi.
“AccessBank”ın 43 milyon 390 min manat cəmi gəlirinə qarşı cəmi xərcləri 61 milyon 258 min manat təşkil edib və nəticədə 17 milyon 868 milyon xalis əməliyyat zərəri yaranıb. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılmış ehtiyatın 6 milyon 981 min manatı azad olduğundan əməliyyat zərəri 10 milyon 887 min manata düşüb. Xalis zərər də eyni məbləğdə olub. Müqayisə üçün qeyd edək ki, Bank 2017-ci ilin birinci yarısını 42 milyon 939 min manat zərər ilə bağlamışdı. Zərərin kəskin azalması diqqəti cəlb edir. Bankın qısa zamanda mənfəətə çıxacağı gözlənilir.
Hesabatdan görünür ki, “AccessBank”, ehtimal olunan depozit və kredit itkilərinə görə ehtiyat yaratmağı dayandırıb. Bank ötən ilin yanvar-iyun dövründə aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 26 milyon 86 min manat ayırmışdı. Ehtiyatlara ayırmaların dayanması, əksinə ehtiyatların mənfəətə əlavə edilməsi vəziyyətin normallaşdığına işarədir.
2018-Cİ İLDƏ ARTIMLAR BAŞLAYIB
30 İyun 2018-ci il tarixində “AccessBank” 827 milyon 873 min manat cəmi aktivlərə (o cümlədən 503 milyon 743 min manatı xalis kreditlər və lizinqlər) malik olub. Bank 30 İyun 2017-ci il tarixində 872 milyon 635 min manat cəmi aktivlərə (o cümlədən 507 163 min manatı xalis kreditlər və lizinqlər) malik idi.
İllik müqayisədə cüzi azalmalar olsa da, rüblük müqayisədə "AccessBank" böyüməyə başlayıb. Hesabat dövrünün sonuna bankın aktivlərinin həcmi 827 milyon 873 min manat təşkil edib ki, bu da birinci rübün sonu ilə müqayisədə 2 milyon 894 min manat çoxdur. Aktivlərin artımı əsasən kredit portfelinin böyüməsi hesabına baş verib. Belə ki, ilk rüblə müqayisədə "AccessBank"ın kredit portfeli 12 milyon 580 min manat artaraq 503 milyon 743 min manat təşkil edib. Müştərilərə verilən kreditlərin artması gələcəkdə Bankın faiz gəlirlərinin artacağı deməkdir.
Bankın depozit portfeli də ənənəvi şəkildə artım nümayiş etdirib. Bankda yerləşdirilən depozitlərin həcmi birinci rüblə müqayisədə 21 milyon 959 min manat artaraq 450 milyon 155 min manata çatıb. Bu isə müştərilərin banka olan yüksək etimadından xəbər verir.
Qeyd edək ki, 31 Mart 2018-ci il tarixində "AccessBank" 824 milyon 979 min manat cəmi aktivlərə (o cümlədən 491 milyon 163 min manatı xalis kreditlər və lizinqlər), 807 milyon 266 min manat öhdəliklərə (o cümlədən 428 milyon 196 min manatı depozitlər) malik idi.
KAPİTALINI 140 MİLYON MANAT ARTIRIR
30 İyun 2018-ci ildə “AccessBank” 28 milyon 56 min manat məcmu kapitala malik olub. Bu gün “AccessBank” bəyan edib ki, nizamnamə kapitalı 2 dəfə artırılaraq 280 milyon 258 min manata qaldırılacaqdır. "AccessBank"ın İdarə Heyətinin sədri Anar Həsənov bildirib ki, ötən həftə baş tutan Səhmdarların Ümumi Yığıncağında bankın nizamnamə kapitalının 140 milyon manat məbləğində artırılması barədə qərar qəbul olunub. Kapitalın 280 milyon 258 min manata qaldırılması nəticəsində Bankın məcmu kapitalının 70 milyon manatı keçəcəyi gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 14 saat əvvəl
-
- 14 saat əvvəl
-
14 saat əvvəl
2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota təqsdiqlənib - QİYMƏTLƏR
- 14 saat əvvəl
-
14 saat əvvəl
Porsche-nin satışlarında 16 ilin ən böyük azalması baş verib
-
15 saat əvvəl
ADUA müqavilə sahəsində seysmik tədqiqatla bağlı görüləcək işlərin vaxtı və həcmi dəqiqləşdirilib
- 15 saat əvvəl
-
16 saat əvvəl
Expressbank: Kreditləşmə və depozitlərdə güclü artım qeydə alınıb
- 16 saat əvvəl
-
16 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB Tam Visa kartını təqdim etdi
Bank aviabilet alır - TENDER
Sıfır xərclə ticarət mümkündür?
İndi aviabiletlər də ABB Business-də alınır
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan Nəşriyyatının binası təmirə bağlanır, nəşriyyatlar və redaksiyalar köçürüləcək
“İvanovka Süd Məhsulları” rəqiblərindən şikayət edib - Şirkətin müraciətilə 2 şirkətə və 1 sahibkara göstəriş verilib
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb

















