Türkiyə xarici borcu ilə çempiondur
Beynəlxalq Valyuta Fonduna (BVF) borcu olmadığına öyünsə də, Türkiyə 454.3 milyard dollara çatan xarici borcu ilə inkişaf etməkdə olan ölkələr arasında çempiondur.
"Marja" xəbər verir ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Dünya Bankı və BVF məlumatlarına görə, Türkiyənin 2017-nin sonunda xarici borcu milli gəlirinin yarısını keçib. Xarici borcun, 2017-ci ildəki 851 milyard 46 milyon dollarlıq ümumi daxili məhsulda (ÜDM) xüsusi çəkisi 53.4%-ə çatıb. Bu nisbətlə Türkiyə, Cənubi Afrika, Meksika, Argentina, Rusiya, Braziliya, Hindistan və Çini geridə qoyub.
2001 BÖHRANINA YAXINLAŞIB
Türkiyənin xarici borcu, bu ilin ilk rübünün sonunda 466.7 milyard dollara qalxaraq yeni bir rekorda doğru irəliləyir. Hər nə qədər milli gəlirdəki artım səbəbiilə nisbət 52.9%-ə düşmüş kimi görünsə də, illik müqayisədə artacağı nəzərə alınarsa Türkiyənin sürətlə, 2001 böhranından yeni çıxdığı 2002-dəki səviyyəyə doğru irəlilədiyi müşahidə edilir. İqtisadiyyat tarixinin ən dərin böhranını yaşayan Türkiyənin xarici borcu 2002-də milli gəlirinin 54.8 faizini təşkil edərək rekord qırmışdı. Daha sonrakı illərdə nisbət sürətlə düşməyə başladı.
2008-DƏN SONRA ARTIB
2003-də nisbət 45.9 faizə, 2004-də isə 40 faizə, 2005-də isə 34.2 faizə qədər düşdü. 2008-də baş verən iqtisadi böhranın ardından 2009-da yenidən 41.6 faizi görən nisbət, 2010 və 2011-də 37.8 faizə və 36.7 faizə qədər endikdən sonra 2012-də 39.3%-ə yüksəldi. 2016-da xarici borcununun milli gəlirdə xüsusi çəkisi 47.4 faiz təşkil etmişdi..
ÖZƏL SEKTORUN DÖVLƏTDƏN ÇOX BORCU VAR
2018-ci ilin ilk rübünün sonuna olan məlumata görə, dövlətinin 325.1, özəl sektorun isə 140.9 milyard dollar borcu var. Bunun 122.2 milyard dolları qısamüddətli, 344.4 milyard dolları uzunmüddətlidir. Özəl sektor borclarının dövlətdən daha yüksək artdığı diqqəti çəkir. 2010-da özəl sektorun 191 milyard dollar borcu var idisə, bu ilin ilk rübündə 70.1 faiz artımla 325.1 milyard dollara çatmışdır.
İLİN SONUNADƏK 26,7 MİLYARD DOLLAR BORC QAYTARMALIDIR
Özəl sektorun xarici borcunun artmasında valyuta məzənnələrinin bir müddət müəyyən səviyyə daxilində qalması və istehlakın artımasının istehsal xərclərini ödəməsi rol oynamışdı. "Necə olsa, rahatlıqla ödəyərəm" düşünən özəl sektor, uzun illər xarici bazarlardan borclanmışdır. Ancaq indi valyutaların bahalaşması bir çox şirkəti çətin vəziyyətdə qoyub. 2019-cu ilin İyun ayına qədər 69.8 milyard dollar borc qaytaracaq özəl sektorun bu il sonuna qədər 26.7 milyard dollarlıq xarici borc ödəməsi lazımdır. Özəl sektor, çoxu Avropa banklarına olmaqla sentyabrda 6.8, oktyabrda 9, noyabrda 4, dekabr ayında da 6.9 milyard dollar ödəyəcək.
PULSUZ DEMO HESABI İLƏ FOREX-İ RİSKSİZ ÖYRƏNİN!
Dövlətinin xarici borcunda artım isə 58.1% olaraq reallaşıb. 2010-ci ildə 89.1 milyard dollar olan dövlət borcu hazırda 140.9 milyard dollar səviyyəsindədir.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
4 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
2 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 1 gün sonra
-
14 saat əvvəl
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
-
14 saat əvvəl
Rusiya Mərkəzi Bankı faizləri endirmədi – İnflyasiya yenidən sürətlənir
-
14 saat əvvəl
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
-
14 saat əvvəl
Tramp Zelenskiyə çağırış etdi: Artıq Rusiya ilə razılaşmağın vaxtıdır
- 15 saat əvvəl
-
15 saat əvvəl
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
-
16 saat əvvəl
Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
Ən çox oxunanlar
Qızılın unsiyasının qiyməti 4000 dollardan da aşağı düşdü
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
Böyük şirkət istismara yararsız texnikalarını satır – 1 tonunun qiyməti 1 200 manatdan başlayır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kristal Bakı”da növbədənkənar yığıncaq keçirilib
Türkiyədə Orta Dəhlizi gücləndirəcək dəmir yolu xəttinin tikintisinə 250 mln. dollar ayrılıb
Azərbaycana soğan idxalı artıb – 15 057 ton
























