Paytaxtın seçilən premium yaşayış kompleksi: “Renessans Palace”
(®) Paytaxtda inşa edilən premium sinif yaşayış kompleksləri arasında Yasamalda yerləşən “Renessans Palace” xüsusi ilə seçilir.
Dörd korpus, 20 blok, 1084 mənzildən ibarətdir. 3 hektar ərazini əhatə edən kompleks özünə xas üstünlüklərlə, premium kateqoriya üçün tələbləri ödəməsi ilə şəhərin digər yaşayış komplekslərindən fərqlənir.
Ətraf mühit
İlk olaraq “Renessans Palace” yerləşməsinə görə önə çıxır. Məlumdur ki, premium yaşayış kompleksləri şəhərin sakit hissələrində yerləşərək mərkəzdən nisbətən aralı olurlar. Yasamal rayonunda Musabəyov parkı yaxınlığında Zahid Xəlilov küçəsi ilə Həsən Məcidov küçəsinin kəsişməsində yerləşən “Renessans Palace” bu baxımdan uğurlu layihədir.
Sözügedən kompleks həyətinin sahəsi ilə Bakı şəhərindəki ən iri premium yaşayış kompleksidir (1.5 hektar). Xüsusi landşaft dizayna malik həyət avtomobil girişinə qapalı olması ilə sakinlərinin rahat istirahətini ən üst səviyyədə nəzərdə tutub. Burada qaçıq zolağı, idman meydançaları olan meşətipli həyət salınır.
Binalar Naxçıvan istehsalı aqlay və Ukrayna istehsalı qranitlə üzlənərək xüsusi dizaynı ilə təmtəraq nümunəsi təsiri bağışlayır.
Bundan əlavə, “Renessans Palace”ın ilk 2 mərtəbəsində fəaliyyət göstərəcək iaişə obyektləri isə (restoran, kafelər, fitnes zalı, uşaq bağçası, gözəllik salonu, sağlamlıq mərkəzi və s.) sakinlərin rahatlığına xidmət göstərəcək.
Daxili üstünlüklər
Qranit elementlərlə bəzədilmiş travertin daşlı bloklara daxil olduqda Yaponiya istehsalı 3 liftlə mərtəbələrə qalxmaq mümkündü. 16 mərtəbəli binaların hər mərtəbəsində 3-4 mənzilin olduğunu nəzərə aldıqda bu sayda liftin də premium standartları artıqlaması ilə ödədiyini qeyd etmək olar.
Mənzillərin hündürlüyü standard ölçülərdən daha artıq – 3.35 metrdir. Mənzillərin daxilində sərbəst planlamaya imkan verilir. Çöl divarlar termobloklarla tikildiyindən evlər yayda sərin, qışda isə isti qalır. Bu isə 40% enerjiə qənaət etməkdir. Pəncərələr izosistemli, 4 kameralı olduğundan Bakı küləyinin səsini və soyuğu içəri buraxmır.
Parkinq
Premium yaşayış kompleksləri üçün həm yerüstü, həm yeraltı (mənzilbaşına minimum 1 avtomobil hesabı ilə) avtomobil dayanacağının nəzərdə tutulması standartdır. Hər iki növ parkqinq ərazisinin mövcudluğuna, parkinq yerlərinin mənzillərin sayına olan nisbətinə görə (1084 mənzilə qarşı 1500 avtomobillik yeraltı, 120 avtomobillik yerüstü parklama yeri) “Renessans Palace” Bakıda yerləşən əksər yaşayış komplekslərindən seçilir.
Paytaxtda premium seqment mənzil almaq istəyənlər bu nüansları nəzərə almalıdır.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
7 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
8 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
8 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
8 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
Ən çox oxunanlar
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib






















