"Xaliq Faiqoğlu” Prezidentin xəbərdarlığından sonra hərəkətə keçib
Özəl "Xaliq Faiqoğlu” şirkəti bu ilin sonunadək marşrut xəttindəki 62 avtobusu yeni və müasir avtobusla əvəzləyəcək.
"Marja" xəbər verir ki, bu barədə şirkətdən məlumat verilib.
Məlumatda bildirilir ki, həmin avtobusların “BakıKart” sisteminə qoşulması planlaşdırılır:
"15 ilə yaxındır Bakı şəhərində sərnişindaşıma fəaliyyəti göstərən “Xaliq Faiqoğlu” MMC 2015-ci ildən korporativ idarəetmə standartlarının tətbiqinə başlayıb. Yerli və xarici maliyyə qurumlarından cəlb edilmiş vəsaitlər hesabına son üç ildə avtobus parkını beynəlxalq və ekoloji standartlara cavab verən avtobuslarla mütəmadi yeniləyən yeganə özəl daşıyıcı olan şirkət 1 sentyabr 2016-cı il tarixindən istismarında olan avtobuslarda elektron ödəniş sisteminin (Bakı Kart) tətbiqinə başlayıb və hal-hazırda 14 marşrut xəttindən 9-da “Bakı Kart” sistemi mövcuddur. Ümumilikdə isə şirkət 226 sərnişin avtobusu ilə əhaliyə xidmət göstərir və onlardan 164-də kartla ödəmə sistemi tətbiq edilir".
Məlumatda qeyd edilir ki, şirkətin istismarında olan bütün avtobuslar video-müşahidə sistemləri ilə təchiz olunub, gün ərzində mərkəzi müşahidə şöbəsi tərəfindən sürücülərin fəaliyyəti kameralar vasitəsilə izlənilir. Şirkətin sürücüləri hər zaman nümunəvi fəaliyyəti ilə fərqlənir və ölkəmizdə keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərdə hər zaman yüksək peşəkarlıqları ilə seçilib: "Sürücü qismində işə qəbul olunan namizədlərə olan əsas tələblər ilk növbədə sağlamlıq göstəriciləri, narkoloji test və məhkumluğun olmamasıdır. Şirkətin təmir mərkəzində xüsusi tibb məntəqəsi mövcuddur ki, qanunvericiliyin tələbini əsas tutaraq reysqabağı bütün sürücülər alkotestdən keçirilir".
PREZİDENT NƏ DEMİŞDİ?
"Avtobusları idarə edən şirkətlər çox ciddi nəzarətə götürülməlidir. Avtobusların texniki parametrləri ilə bağlı çox ciddi təftiş aparılmalıdır. Mən bir daha demək istəyirəm, əfsuslar olsun ki, özəl sektor bu sahədə istədiyimizə nail ola bilmədi. Bu sahə, ümumiyyətlə, özəl sektorun ixtiyarına buraxılmışdı. Belə bir fikir var idi ki, onlar bunu yaxşı idarə edəcəklər, məsuliyyətlə. Amma biz nəyi görürük? Gedirlər sıradan çıxmış, sınıq-salxaq avtobusları gətirib salırlar bizim küçələrimizə. Həm insanlar, həm hava üçün təhlükədir, həm də ümumiyyətlə, heç bir normaya sığmır. Ona görə, bizim dövlət qurumumuz var – “Bakubus” şirkəti. Onların xətti ilə biz bu işi davam etdirməliyik. Əgər özəl şirkətlər bu sahədə işləmək istəyirlərsə, öz işlərində çox ciddi dəyişiklik etməlidirlər və dövlət orqanları onlara çox ciddi nəzarət etməlidir",- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 3 gün sonra
-
-
5 saat əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 6 saat əvvəl
-
8 saat əvvəl
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
-
8 saat əvvəl
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
-
8 saat əvvəl
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
-
8 saat əvvəl
Volkswagen 4 zavodunu bağlamağı və 100 min əməkdaşını işdən çıxarmağı planlaşdırır
-
8 saat əvvəl
Azərbaycan-Gürcüstan sərhədində yeni keçid məntəqəsi layihələndirilir
-
8 saat əvvəl
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
Ən çox oxunanlar
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
1 milyondan çox Azərbaycan vətəndaşı əsasən onlayn olmaqla xarici ölkələrdən 501 milyon dollarlıq şəxsi istifadə malları alıb
"Ağbənd buraxılış məntəqəsi yaxın vaxtlarda istifadəyə veriləcək"
Dövlət Gömrük Komitəsində nə dəyişir? Şahin Bağırov şəffaflıq tədbirlərini açıqladı
Azərbaycanda hotellərin ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları yenilənib
Gömrük Komitəsinin sədri bu suala konkret cavab verə bilmədi - "İlin sonunda daha dolğun cavab vermək mümkün olacaq"

























