Mərkəzi Bank: Kredit aktivliyi zəif bərpa olunur, banklarda izafi likvidlik yüksəkdir
Hesabat dövründə iqtisadiyyatın pula tələbin təmin edilməsi və likvidliyin effektiv idarə olunması məqsədilə Mərkəzi Bank müxtəlif müddətli (7 günədək, 14 günlük, 28 günlük və s.) çərçivə və açıq bazar əməliyyatlarını aktiv saxlamışdır. Cari ilin 9 ayı ərzində kredit aktivliyinin yüksəlməsinə baxmayaraq bank sisteminin likvidlik mövqeyində iri həcmli profisiti qalmaqda davam etmişdir. Bu da Mərkəzi Bankın həyata keçirdiyi sterilizasiya əməliyyatlarına yüksək tələbi şərtləndirir.
"Marja" bu barədə, Azərbaycan Mərkəzi Bankının 2018-ci ilin yanvar-sentyabr ayları üzrə pul siyasəti icmalında bildirilir.
İcmalda qeyd edilib ki, 2018-ci ilin 9 ayında Mərkəzi Bank milli valyutada sərbəst vəsaitlərin cəlb olunması üzrə 41 depozit hərracı, notların yerləşdirilməsi üzrə 37 hərrac keçirmişdir. Depozit əməliyatları vasitəsilə vəsaitlər 14 gün müddətinə cəlb edilmiş, notlar isə 28 gün müddətinə yerləşdirilmişdir. Hesabat dövrünün sonuna depozit hərracları və notların yerləşdirilməsi vasitəsilə cəlb edilən vəsaitin cəmi qalığı 1.75 mlrd. manat olmuşdur.
Bundan depozit əməliyyatları ilə cəlb edilmiş vəsaitlər 700 mln. manat, notların yerləşdirilməsi nəticəsində cəlb edilən vəsaitlər isə 1050 mln. manat təşkil etmişdir. Cari ilin 9 ayının sonuna depozit hərracları və notların yerləşdirilməsi vasitəsilə cəlb edilən vəsaitin qalığı ilin əvvəli ilə müqayisədə 9.7% azalmışdır.
Dəhlizin aşağı həddinin aşağı salınması ilə sterilizasiya əməliyyatları üzrə gəlirliyin aşağı düşməsinə baxmayaraq tələb təklifi keçirilən depozit hərraclarında 2.6 dəfə, notların yerləşdirilməsi üzrə hərraclarda isə 2.4 dəfə üstələmişdir. Bu bank sistemində izafi likvidliyin yüksək olduğunu göstərir.
Depozit və qısamüddətli notların yerləşdirilməsi üzrə əməliyyatlar izafi pul təklifinin sterilizasiyası ilə yanaşı pul bazarının inkişafı və bununla da, pul siyasəti üzrə əməliyyat çərçivəsinin təkmilləşdirilməsinə, banklararası bazarın inkişaf etdirilməsinə də müsbət təsir göstərir. Mərkəzi Bankın sterilizasiya alətləri üzrə gəlirlik pul bazarının vacib reprezentativ göstəricisinə çevrilməklə digər faiz dərəcələrinin səviyyəsinin formalaşmasına təsir göstərməkdədir.
Qeyd etmək lazımdır ki, cari ilin yanvar-fevral aylarında açıq bazar əməliyyatları olaraq depozit əməliyyatları və notların yerləşdirilməsi üzrə faiz dərəcələri müvafiq olaraq uçot dərəcəsinə yaxın səviyyədə formalaşsa da, sonradan kredit aktivliyinin zəif bərpası və bank sistemində iri həcmli struktur likvidliyi şəraitində açıq bazar əməliyyatları üzrə faiz dərəcələri faiz dəhlizinin aşağı həddinə yaxın səviyyədə bərqərar olmuşdur.
Müştərilərin xəbərləri
İri tikinti şirkəti zərərdən mənfəətə keçib: Gəlirləri 3,7 dəfə artıb, 8,2 milyon manat mənfəət əldə edib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
5 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 16 d. əvvəl
-
26 d. əvvəl
“Əhali son dollarlarını satıb dolanmır” – Taleh Kazımov iddialara cavab verdi
-
32 d. əvvəl
"Pulsuz hüquqi yardım haqqında” haqqında yeni qanun layihəsini birinci oxunuşda qəbul edilib
-
56 d. əvvəl
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
- 1 saat əvvəl
-
1 saat əvvəl
Oktyabrın 31-də gözlənilən hava şəraiti - Bakıda yağış yağacağı ehtimalı var
-
1 saat əvvəl
ABŞ-ın dövlət borcu iqtisadiyyatının həcmini keçib – 80 ilin ən yüksək səviyyəsi
-
1 saat əvvəl
Azərbaycanın İT şirkəti Mərkəzi Asiyanın daha 4 ölkəsində fəaliyyətini genişləndirir
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
Bakının daha bir qəsəbəsinə qatarla gediş-gəliş imkanı yaradılacaq - 4 stansiya tikiləcək, 111 obyekt sahibinə kompensasiya ödənilib
Ən çox oxunanlar
Azərbaycanın İT şirkəti Mərkəzi Asiyanın daha 4 ölkəsində fəaliyyətini genişləndirir
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - “Unibank”ın Dayanıqlılıq meneceri
Unicapital “Dirçəliş Kuboku” xeyriyyə futbol turnirinin üçüncü mövsümündə iştirak edəcək ®
Oktyabrda keçirilmiş 7 valyuta hərracından 5-də alıcı olmayıb

























