ABŞ-ın keçmiş səfirindən, Azərbaycana təhlükə ilə bağlı araşdırma
Amerikanın analitik mərkəzləri Böyük Xəzər regionunda (Mərkəzi Asiya və üç Cənubi Qafqaz respublikaları nəzərdə tutulur) kritik əhəmiyyətli infrastrukturun mühafizə olunması üçün zəruri tədbirlər barədə məsələni araşdırır. Bu barədə Amerikadakı Xəzər Siyasi Mərkəzinin (Caspian Policy Center) saytında dərc edilmiş və “Böyük Xəzər regionunda kritik mühüm infrastrukturun mühafizəsi-tələbatlar və imkanlar” adlı araşdırmada deyilir. Araşdırmanın müəllifi isə ABŞ-ın Bakıdakı keçmiş səfiri Robert Sekutadır.
R.Sekuta qeyd edir ki, bu mərkəz regionda kritik infrastrukturun vəziyyətinin mühüm aspektlərini araşdırıb. Hökumətlər və özəl sektor tərəfindən mövcud və formalaşmaqa olan kritik infrastrukturun mühafizəsi üçün fəal tədbirlərin görülməsinin zəruri olduğu qənaətinə gəlib. Mərkəz dörd əsas sektor müəyyən edib. Bura elektrik şəbəkələri, İT və telekommunikasiya sistemləri, neft və qaz kəmərləri, habelə yeni dəmir yol, bərə və digər yerüstü nəqliyyat şəbəkələri daxildir.
Keçmiş səfir bildirir ki, mühüm infrastrukturun mühafizəsi region ölkələrinin təhlükəsizliyi, iqtisadi inkişafı və əhalisinin rifahı üçün böyük əhəmiyyətə malikdir. Kritik infrastrukturun qorunması onun yaradılması qədər vacib məsələdir, amma bu infrastruktur sistemlərinin mühafizə olunması və bərpa edilməsi işləri yetərincə deyil. Nəticədə ən müxtəlif fəsadlar ortaya çıxa bilər-müvəqqəti narahatlıqlardan tutmuş kütləvi insan ölümlərinə, cəmiyyətin ciddi narazılığından siyasi çaxnaşmalara qədər.
R.Sekuta yazır ki, son hadisələr göstərir ki, regionda kritik infrastruktur Birləşmiş Ştatların və Qərbi Avropa ölkələrinin qarşılaşdığı problemlərdən sığortalanmayıb: “Məsələn, regionun elektrik şəbəkələrinn kökü sovet dövrünə gedib çıxır və köhnəlir ölkələrin artan iqtisadiyyatına və əhalisinin tələbatına cavab verə bilmir. İyulun 3-də Azərbaycanda elektrik enerjisinin bütün ölkə boyu kəsilməsi nasazlıqların hansı nəticələrə gətirib çıxara biləcəyini əyani göstərir”.
Robert Sekuta yazır ki, İT və telekommunikasiya sistemlərində belə çatışmazlıqlar mövcuddur: “Belə ki, Çin yeni Trans-Avrasiya şəbəkəsinin qurulmasında mühüm rol oynayıb, habelə Rusiya ilə optik lifli kabellər şəbəkəsinin və digər sistemlərin qurulması üzərində birgə işləyib. Narahatlıq və təhlükə var ki, Çin və Rusiya hökumətləri bu sistemlər üzərindən ötürülən bitləri və baytları izləyir, onları öz serverlərində yerləşdirir və saxlayır. Ona görə də region hökumətləri informasiyaların ötürülməsi üzərində nəzarətlərini itirə və verilənlərin lokallaşdırılması üçün Pekinin artan təzyiqləri ilə qarşılaşa bilərlər. Nəticədə isə bütün vətəndaşlar, özəl sektor və hökumətlər zərər çəkər”.
Sabiq səfir sonda bu məsələlərdə ABŞ və Avropa ölkələrinin dəstəyini də dolayısı ilə təklif edib: “Bu məsələdə ABŞ və Avropa ölkələri ilə əməkdaşlıq hamıya fayda gətirərdi. Çünki həmin ölkələr İpək Yolunun inkişafında və uğurlarında maraqlıdır”.
Qeyd edək ki, R.Sekuta bu ilin aprelin əvvəlində səfir vəzifəsini başa vurub. Onun yerinə hələ ki yeni səfir göndərilməyib.
ABŞ-ın keçmiş səfirinin yazdıqlarının Azərbaycana gəlmək istəyən şirkətlərə lobbiçilik etmək istəyinin göstəricisi, yoxsa narahatlıqdan irəli gələn yazı olduğu sualı yaranır.
Ekspertlər bildirirlər ki, keçmiş səfirin dediklərinin arxasında, şübhəsiz, ABŞ-ın kəşfiyyat məlumatları var. Yazılanlar geopolitik qarşıdurmanın həm qlobal miqyasda, həm də regional miqyasda həlledici mərhələyə daxil olduğunun daha bir nümayişidir
YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL
© Virtualaz
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
3 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 2 gün sonra
- 18 d. əvvəl
-
29 d. əvvəl
Neft bazarında yeni bahalaşma dalğası – Brent 114 dolları, ABŞ nefti 100 dolları ötüb
- 36 d. əvvəl
-
59 d. əvvəl
Azərbaycanda bitki yağları üzrə təminat zəifdir: göstərici 52,4%-ə geriləyib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Süd və süd məhsulları üzrə özünütəminetmə 81% olub – 6 illik mənzərə
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Daşkəsəndə kənd köçürülür? – Rəsmi reaksiya
Nvidia-nın rəhbəri ilk dəfə Qazaxıstana səfər edib – Ölkədə süni intellektə 10 milyard dollarlıq investisiya planlaşdırılır
Ən çox oxunanlar
Balıq və balıq məhsulları üzrə təminat güclənib: 81,1%
Yumurta üzrə yerli təminat daxili tələbatı üstələyib – 104%
Süd və süd məhsulları üzrə özünütəminetmə 81% olub – 6 illik mənzərə
Oktyabrın 24-də gözlənilən hava şəraiti
“AllAllFinance”ın xalis mənfəəti 14% artıb
Quş əti üzrə təminat güclənib: 81,9%
“Yüksək gəlir hələ başlanğıcdır – TL kart hədiyyəsi də Ziraat Bank Azərbaycandan!” ®






















