"Keyfiyyətli toxum istifadə edən fermerlər 20-25% çox məhsul əldə edirlər" - MÜSAHİBƏ
Ölkədə məhsul istehsalçılarının yüksək məhsuldar toxumlara tələbatının dolğun şəkildə ödənilməsi məqsədi ilə Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci ilin mart ayının 3-də imzaladığı sərəncama əsasən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondu yaradılıb.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Toxum Fondunun sədri Emin Əliyevin müsahibəsi:
-Hazırda Azərbaycan özünü nə qədər toxumla təmin edə bilir və bu sahədə hansı işlər görülür?
Ölkənin müxtəlif çeşidli və hər regiona uyğun fərqli sort toxumlara ehtiyacı var. Bu ehtiyacın aradan qaldırılması məqsədilə hər il ölkədə toxumların həm yerli istehsalı stimullaşdırılır, həm də xarici ölkələrdən idxalı həyata keçirilir. Fond mütəmadi olaraq yerli fermerlərdən sorğuları qəbul edir onları emal edir və təchizat imkanları çərçivəsində toxum təminatı işini həyata keçirir. Son bir neçə ay ərzində Fond onlarla fermerləri müxtəlif bitki növlərinin toxumları ilə təchiz edib.
Aşağıdakı cədvəldə 2018-ci ildə sertifikatlı toxumlarla təminolunma səviyyəsi əks olunub:
Bitki | Əkin sahəsi, min ha | Səpin norması kq/ha | Tələb olunan toxum, min ton | İstehsal olunan sertifikatlı toxum, min ton | Təmin olunma səviyyəsi, %-lə | ||||
2017 | 2018 | 2017 | 2018 | 2017 | 2018 | 2017 | 2018 | ||
Buğda | 590,6 | 596,1 | 200 | 118,1 | 119,2 | 43,12 | 68,41 | 36,5 | 56,3 |
Arpa | 355,2 | 318,5 | 170 | 60,35 | 54,2 | 14,75 | 14,19 | 24,4 | 26,2 |
Qarğıdalı | 35,8 | 35,7 | 25 | 0,9 | 0,71 | 0,62 | 0,59 | 68,8 | 82,3 |
Kartof | 62,8 | 58,8 | 3000 | 188,4 | 176,4 | 0,9 | 3,02 | 0,4 | 1,7 |
Yonca | 47,0 | 52,0 | 15 | 0,71 | 0,78 | 0,11 | 0,14 | 15,4 | 18,5 |
Pambıq | 136,4 | 140,5 | 50 (lifli) | 6,82 | 7,03 | 0,32 | 0,29 | 4,7 | 4,0 |
-Dövlət Toxum Fondu hazırda hansı layihələr üzərində işləyir?
Hal-hazırda Bakı Toxum Birjasının yaradılması çərçivəsində dünyada toxumçuluq sahəsində inkişaf etmiş ölkələrin təcrübəsi öyrənilir. Birjanın praktiki müstəvisi - əmtəəyə (toxuma) olan tələb və təklifi uzlaşdırmaqdır. Ona görə, satıçı ilə alıcı arasında təmas qurulmalıdır və müəyyən qaydalar əsasında bu təması idarə etmək lazımdir. Fond bu istiqamətdə artıq fəaliyyət göstərir. Toxum təchizatçıları və tələbatı olanlar bu xidmətlərdən artıq faydalanırlar. Bu işi daha da təkmilləşdirmək üçün biz müasir təcrübəni öyrənirik.
Dövlət Toxum Fondu Avropada, Türkiyədə, MBD ölkələrində toxumçuluq sektorunda fəaliyyət göstərən təşkilatlar, assosiasiyalar və özəl sektorun nümayəndələri ilə münasibətlər qurmağa davam edir. Bizim üçün istənilən mütərəqqi təcrübə bir örnəkdir. Qloballaşan dünyada hər an dəyişikliklər baş verir. Ən çox innovasiyalarının baş verdiyi sektorlardan biri də məhz aqrar sektordur. Ona görə çalışırıq daim öyrənək və mümkün dərəcədə müsbət modelləri mənimsəyək.
-Bakı Toxum Birjasının yaradılması üçün nə qədər vəsait tələb olunur?
-Qeyd edildiyi kimi, birjanın yaradılmasına sərf olunacaq vəsait onun hansı modellə tətbiq olunmasından asılı olacaq. Müvafiq nümunələr təhlil edildikdən sonra daha predmetli danışmaq mümkün olacaq. Ümumilikdə isə bu cür məhsullar daha çox insan resursların səfərbər olunmasını tələb edir. Digər tərəfdən, daha vacib məsələ elektron resursun idarəedilməsi və onun dayanıqlı olmasının təmin edilməsidir.
- Azərbaycanda toxum emalı sahəsində yeni müəssisələrin yaradılması ilə bağlı hansı işlər görülür?
Hazırda Fond toxum emalı zavodlarının mövsüm üçün tam hazır vəziyyətə gətirilməsi üzərində işləyir. Bildiyiniz kimi artıq Şəki şəhəri və Xaçmaz rayonunda yerləşən zavodların sınaq testləri uğurlu şəkildə hayata keçirilib və bu bölgələrdə fəaliyyət göstərən fermerlər həmin zavodların xidmətlərindən yararlana biləcəklər.
Növbəti il üçün Dövlət Toxum Fondu Tovuz, Qobustan, Ağcəbədi rayonlarında yeni zavodların tikintisini başa çatdıracaq. Bu zavodlarda toxum materialı emal olunaraq kondisiyalanmış toxum halına çatdırılacaq. Elm və praktika sübuta yetirib ki, keyfiyyətli toxum istifadə edən fermerlər 20-25% daha çox məhsul əldə edirlər. Ona görə emal olunmuş toxumların əkinə istifadəsi ölkənin toxumla təchizat səviyyəsini və nəticə etibarı ilə ərzaq təhlükəsizliyini təmin edən tədbirdir. Bu strateji fəaliyyət istiqaməti bizim üçün yaxın gələcəkdə əsas fokusdur.
-Sizin fikrinizcə, ölkədə kənd təsərrüfatı istehsalının və məhsuldarlığı artırmaq üçün hansı mexanizmlərə ehtiyac var?
Bildiyiniz kimi kənd təsərrüfatı sektoru sosial yönümlü sahə olduğu üçün daim ölkə rəhbərliyinin xüsusi nəzarəti altında olub. Ölkə fermerlərinə subsidiyaların verilməsi, onlara güzəştli şərtlərlə aqro texnikanın və gübrələrin təqdim olunması kimi nümunələr də gətirmək olar. Mexanizmə gəlincə isə, bu sahənin də başqa sahələr kimi həmişə dəstək mexanizminə ehtiyacı olub və bu dəstək hər zaman nəzərə çarpacaq dərəcədə göstərilir.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
© “Report”
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
4 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
2 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 1 gün sonra
-
16 saat əvvəl
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
-
16 saat əvvəl
Rusiya Mərkəzi Bankı faizləri endirmədi – İnflyasiya yenidən sürətlənir
-
16 saat əvvəl
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
-
16 saat əvvəl
Tramp Zelenskiyə çağırış etdi: Artıq Rusiya ilə razılaşmağın vaxtıdır
- 17 saat əvvəl
-
17 saat əvvəl
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
-
18 saat əvvəl
Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
Ən çox oxunanlar
Qızılın unsiyasının qiyməti 4000 dollardan da aşağı düşdü
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
Böyük şirkət istismara yararsız texnikalarını satır – 1 tonunun qiyməti 1 200 manatdan başlayır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kristal Bakı”da növbədənkənar yığıncaq keçirilib
Türkiyədə Orta Dəhlizi gücləndirəcək dəmir yolu xəttinin tikintisinə 250 mln. dollar ayrılıb
Azərbaycana soğan idxalı artıb – 15 057 ton























