Azərbaycan və Belarus birgə traktor istehsalına 17 milyon dollar sərmayə qoyur
"Türkiyənin Krıkkale şəhərində Azərbaycan – Belarus traktor istehsalı müəssisəsinin (Azerbaycan – Türkiye Üretim Birliği – ATUB) açılış mərasimi bu il iyul ayının sonunda 3 ölkənin rəhbər şəxslərinin iştirakı ilə keçiriləcək".
Bunu müəssisənin direktorlarından biri, azərbaycanlı Murad İsmayılov deyib.
O, müəssisənin fəaliyyətə başlamasını iyulun 1-nə nəzərdə tutduqlarını, bütün işləri başa çatdırandan sonra üç ölkə prezidentlərinin dəvəti ilə rəsmi açılış mərasiminin keçiriləcəyini söyləyib.
Üç il ərzində illik traktor istehsalını 500-dən 3000 ədədə çatdıracaqlarını bildirən müəssisə direktoru Türkiyənin traktor tələbatının illik 70 minə yaxın olduğuna görə ilk ilyarım müddətdə müəssisənin daxili ehtiyacları ödəməyə yönələcəyini, daha sonra isə xarici, xüsusilə də Afrika bazarlarına məhsul ixracına başlayacaqlarını bildirib.
“Türkiyədə bizdən əvvəl fəaliyyət göstərən kənd təsərrüfatı avadanlığı istehsalçıları ilə sərt rəqabətimiz olacaq. Lakin Belarus traktorlarının dünyada məşhur brend olduğu, həm də qiymətlə keyfiyyətin əlverişli vəhdəti nəzərə alınsa, yerli bazarda layiqli yer tutacağımıza şübhə etmirik”, – M.İsmayılov diqqətə çatdırıb.
Müəssisə rəhbəri ilkin olaraq layihəyə 17 milyon ABŞ dolları həcmində sərmayə qoyulduğunu, bunun 5 milyon dollarının xərcləndiyini vurğulayıb: "Hər iki payçı müəssisəyə bərabər həcmdə, yəni 50-50 nisbətdə sərmayə qoyub. Gəncə Avtomobil Zavodunun layihədəki payı azərbaycanlı və türk sərmayəçilərdən cəlb olunan vəsaitlər hesabına maliyyələşdirilir. 17 milyon dollar həcmində nəzərdə tutulan sərmayə müəssisənin illik istehsal gücünü 5000-7000 ədəd traktora çatdırmaq üçün sərf olunacaq. İstehsalat zəncirinə gəlincə, əsas hissələrin 70 faizi Belarusdan Gəncəyə gətirilib təkmilləşdiriləndən sonra Krıkkaleyə göndəriləcək, qalan 30 faizi isə Azərbaycanda istehsal olunacaq. Təqribən üç-dörd il sonra isə bəzi hissələrin Krıkkaledəki müəssisədə istehsalına başlanacaq”.
Xatırladaq ki, müəssisə Minsk Traktor Zavodu (MTZ) ilə Gəncə Avtomobil Zavodu arasında bir neçə ildir yaradılan əməkdaşlıq çərçivəsində inşa olunur. Hər iki tərəfin iştirakı ilə Türkiyə bazarı üçün “Belarus-1221” modelinin “Euro4” ekoloji standartına uyğunlaşdırılan xüsusi versiyası hazırlanıb.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 5 d. əvvəl
-
20 d. əvvəl
“Azərpoçt” və “Expressbank” Agent Bankçılıq layihəsinə start verib
- 29 d. əvvəl
-
47 d. əvvəl
İsveçrədən Azərbaycana idxal edilən uşaq qidasında çirkləndirici aşkar olunub
-
55 d. əvvəl
Özəl tibb müəssisələri onkoloji yardım həyata keçirə biləcək
-
1 saat əvvəl
Azərbaycanda 5 bankın problemli kreditləri 60 milyon manatdan çoxdur - RENKİNQ
-
1 saat əvvəl
Azərbaycanın xam neft ixracının dəyəri 16 faizdən çox azalıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Yanvarın 23-də gözlənilən hava şəraiti
AccessBank 7 milyon dollarlıq kredit xətti cəlb edib
Özəl tibb müəssisələri onkoloji yardım həyata keçirə biləcək
Ən çox oxunanlar
Azərbaycanın xam neft ixracının dəyəri 16 faizdən çox azalıb
Çinin taxıl istehsalı rekord qırıb
Fransa bankı yüzlərlə əməkdaşını işdən çıxaracaq
Moody’s: Tənzimləmə islahatları Azərbaycanın bank sektorunun dayanıqlığını gücləndirib
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir





















