İran Azərbaycana 3,4 milyard dollar investisiya yatırıb
İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İran İslam Respublikasının sənaye, mədən və ticarət naziri Reza Rəhmaninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Şahin Mustafayev vurğulayıb ki, Azərbaycan və İran prezidentlərinin siyasi iradəsi və dostluq münasibətləri ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişafı üçün möhkəm zəmin yaradır. İkitərəfli əlaqələrdə xalqlarımızın ortaq dinə, adət-ənənələrə malik olması da əhəmiyyətli rol oynayır. Son 5 ildə Azərbaycan-İran əlaqələri xüsusilə inkişaf edib və yeni mərhələyə qədəm qoyub.
İqtisadiyyat naziri bildirib ki, Azərbaycanda 1000-dən çox İran şirkəti qeydiyyatdan keçib, İran Azərbaycana 3,4 mlrd. ABŞ dolları həcmində investisiya yatırıb. Azərbaycan və İran birgə layihələri çərçivəsində Neftçala Sənaye Məhəlləsində avtomobil zavodu uğurla fəaliyyət göstərir. 2018-ci ildə zavodda 1000-dən çox avtomobil, bu ilin birinci rübündə isə 360 avtomobil istehsal edilib və satılıb. Görüşdə həmçinin, Pirallahı Sənaye Parkında birgə əczaçılıq zavodunun inşa ediləcəyi diqqətə çatdırılıb. Bununla yanaşı, Hacıqabul Sənaye Məhəlləsində avtobus istehsalı zavodunun təməli qoyulacaq.
Qarşılıqlı ticarət sahəsində əlaqələrin genişləndiyini qeyd edən Şahin Mustafayev ötən il ticarət dövriyyəsinin 74% artdığını diqqətə çatdırıb. Bu ildə də ticarət dövriyyəsində artım tendensiyası davam edir. Belə ki, 2019-cu ilin ilk 2 ayında ticarət dövriyyəsi 4,5 dəfə artıb. Bununla belə, ticarət əməkdaşlığının daha da genişləndirilməsi, strukturunun şaxələndirilməsi üçün geniş imkanlar var.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Azərbaycan və İran dövlət başçılarının siyasi iradəsi və tapşırıqlarının icrası nəticəsində nəqliyyat-tranzit sahəsində mühüm işlər görülüb. Böyük tarixi və iqtisadi əhəmiyyət kəsb edən Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı istiqamətində önəmli tədbirlər həyata keçirilib. Bu ilin martın 6-da İran Prezidenti Həsən Ruhaninin və Azərbaycan nümayəndə heyətinin iştirakı ilə Qəzvin-Rəşt dəmir yolunun açılışı olub ki, bu da yalnız Şimal-Cənub deyil, eyni zamanda Cənub-Qərb Nəqliyyat Dəhlizinin inkişafı istiqamətində atılmış çox mühüm addımdır.
Görüşdə Şahin Mustafayev enerji, sənaye, kənd təsərrüfatı, nəqliyyat, yükdaşımalar, ticarət, su təsərrüfatı, humanitar, turizm və s. sahələrdə ikitərəfli əlaqələrin inkişaf etdiyini vurğulayıb.
İranın sənaye, mədən və ticarət naziri Reza Rəhmani Azərbaycana səfərindən məmnunluğunu ifadə edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşdə aparılan müzakirələrin ikitərəfli əlaqələrin daha da genişləndirilməsində mühüm rol oynayacağını vurğulayıb. Reza Rəhmani son illərdə Azərbaycan-İran əlaqələrinin daha da inkişaf edərək yüksək səviyyəyə çatdığını, hər iki ölkənin prezidentlərinin İran-Azərbaycan əlaqələrinin inkişafına böyük önəm verdiklərini, qarşılıqlı yüksək siyasi münasibətlərin iqtisadi tərəfdaşlığın genişlənməsinə əlverişli şərait yaratdığını, iqtisadi-ticarət əməkdaşlığın dərinləşdiyini vurğulayıb.
İranlı nazir qeyd edib ki, ölkəsində sahibkarlar üçün əlverişli şərait yaradılıb və Azərbaycan iş adamları bu imkanlardan yararlana bilərlər.
Görüşdə sənaye, kənd təsərrüfatı, ticarət, kiçik və orta sahibkarlıq və s. sahələrdə əməkdaşlığın genişləndirilməsinə, birgə layihələrə dair müzakirələr aparılıb.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
3 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 2 gün sonra
- 15 d. əvvəl
-
26 d. əvvəl
Neft bazarında yeni bahalaşma dalğası – Brent 114 dolları, ABŞ nefti 100 dolları ötüb
- 33 d. əvvəl
-
56 d. əvvəl
Azərbaycanda bitki yağları üzrə təminat zəifdir: göstərici 52,4%-ə geriləyib
- 58 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Süd və süd məhsulları üzrə özünütəminetmə 81% olub – 6 illik mənzərə
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Daşkəsəndə kənd köçürülür? – Rəsmi reaksiya
Nvidia-nın rəhbəri ilk dəfə Qazaxıstana səfər edib – Ölkədə süni intellektə 10 milyard dollarlıq investisiya planlaşdırılır
Ən çox oxunanlar
Balıq və balıq məhsulları üzrə təminat güclənib: 81,1%
Yumurta üzrə yerli təminat daxili tələbatı üstələyib – 104%
Süd və süd məhsulları üzrə özünütəminetmə 81% olub – 6 illik mənzərə
Oktyabrın 24-də gözlənilən hava şəraiti
“AllAllFinance”ın xalis mənfəəti 14% artıb
Quş əti üzrə təminat güclənib: 81,9%
“Yüksək gəlir hələ başlanğıcdır – TL kart hədiyyəsi də Ziraat Bank Azərbaycandan!” ®
























