Azərbaycan ÜTT-yə üzv ölkələrə danışıqlar üçün yeni təkliflər göndərib
Azərbaycan hökuməti Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv ölkələrə yeni təkliflər - təşkilata daxil olmaq üzrə danışıqlar çərçivəsində onları maraqlandıran sullara cavablar göndərib.
Bu barədə Azərbaycanın Xarici İşlər nazirinin müavini Mahmud Məmmədquliyev məlumat verib.
"Bu mərhələdə ÜTT ölkələri ilə danışıqlar yazışma yolu ilə həyata keçirilir. Onlar bizə təkliflərini göndərir, biz də cavab veririk", - deyə M.Məmmədquliyev bildirib.
Onun sözlərinə görə, Cenevrədə ÜTT üzvləri ilə növbəti görüşün tarixi Azərbaycanın danışıqlar prosesini sürətləndirməyə dair çağırışlarına baxmayaraq, hələ müəyyənləşdirilməyib: "Azərbaycan hökuməti üçün ən başlıcası danışıqların keyfiyyəti, əldə edilmiş razılaşmaların iqtisadi inkişaf kriteriyaları ilə uyğunlaşdırılması, inkişaf etməkdə olan ölkələrə verilən güzəştlərin əldə edilməsidir".
Azərbaycan dörd əsas istiqamət - mallar (kənd təsərrüfatı və sənaye məhsullarına tariflər), xidmətlər üzrə ticarət, qanunvericiliyin təkmilləşdirilməsi (onun ÜTT tələblərinə uyğun hala gətirilməsi) və kənd təsərrüfatına dəstək (subsidiyalaşdırma) üzrə danışıqlar aparır.
Xatırladaq ki, ÜTT katibliyinin təklifi ilə Azərbaycan bu mərhələdə ölkənin ikitərəfli əsasda təşkilata daxil olması üzrə danışıqları davam etdirir. Buna qədər Azərbaycan nümayəndə heyətinin ÜTT-nin işçi qrupu ilə görüşləri həm təşkilata üzv ölkələrlə ikitərəfli danışıqlar, həm də kənd təsərrüfatı ilə bağlı çoxtərəfli danışıqlarla müşayiət olunub.
2018-ci ilin dekabrında keçirilən son görüşdə Yaponiya, Braziliya, Norveç və digər ölkələrlə, ilk növbədə, mal və xidmətlər bazarlarına qarşılıqlı çıxışın təmin edilməsi məsələləri üzrə ikitərəfli danışıqlar aparılıb.
Azərbaycan ÜTT-yə üzv ölkələrlə danışıqlara 2004-cü ildə başlayıb.
Hazırda Azərbaycan 13 ölkə ilə danışıqlar prosesindədir. Bu günə qədər artıq Türkiyə, Oman, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan və Qırğız Respublikası ilə danışıqlar tamamlanıb və protokollar imzalanıb, Çin və Moldova ilə münasibətlər protokolların imzalanması mərhələsindədir.
Xatırladaq ki, Azərbaycanda son vaxtlar bir sıra islahatlar aparılıb, o cümlədən iqtisadiyyatın inkişaf üçün 12 strateji yol xəritəsi qəbul edilib, ticarət sektorunun tənzimlənməsində, idxal tarifləri sistemində dəyişikliklər edilib, ticarət və logistika infrastrukturu təkmilləşdirilib. Yol xəritələrinin həyata keçirilməsinin Azərbaycanın ÜTT-yə uğurla üzv seçilməsinə əsas olacağı gözlənilir. Uyğun olaraq, ölkədə 2020-ci ilədək keçirilməsi gözlənilən iqtisadi islahatlardan ilkin nəticələr əldə edildikdən sonra danışıqların intensivləşdirilməsi və Azərbaycanın ÜTT-yə üzvlüyü prosesinin başa çatdırılması mümkündür.
Qeyd edək ki, Azərbaycanın 1997-ci ildən ÜTT-də müşahidəçi statusuna malikdir. 1997-ci il iyulun 16-da ÜTT Katibliyi yanında Azərbaycan üzrə işçi qrupu yaradılıb.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır















.jpg)








