Beynəlxalq Bankdan unudulmuş kart şifrəsinin bərpası imkanı
(®) Müştəriyönümlü inkişaf siyasətini davam etdirən Azərbaycan Beynəlxalq Bankı bir çox kart sahiblərinin tez-tez üzləşdikləri problemin həlli məqsədilə daha bir xidmətini istifadəyə verib. “PİN Erase” adlanan bu xidmət unudulmuş PİN kodun bərpasına imkan yaradır. Beləliklə, müştəri plastik kartının şifrəsini unutduğu halda yeni kartın əldə olunmasına ehtiyac qalmır.
Xidmətdən istifadə qaydaları belədir:
Müştəri kartının şifrəsini unutduğu zaman bankın istənilən filial və ya şöbəsinə müraciət edir. Ona təqdim olunmuş ərizə formasını doldurur. Müştərinin ərizəsi və şəxsiyyət vəsiqəsi əsasında ona öz kartına yeni şifrə təyin etmək imkanı yaradılır. Müştəri kartın yeni şifrəsini ya filiallarda olan müvafiq POS terminallar vasitəsilə, ya bankın ATM-ləri, yaxud da www.ibar.az internet səhifəsi üzərindən təyin edir. Əməliyyatların tam təhlükəsizliyi təmin olunur.
Azərbaycan Beynəlxalq Bankı ölkəmizdə ən böyük ATM şəbəkəsinə malik olan və ən çox sayda beynəlxalq ödəniş sistemləri ilə əməkdaşlıq edən Azərbaycan bankıdır. Bankın müxtəlif çeşiddə plastik kartlarını bu linkdən onlayn sifariş vermək mümkündür: https://www.ibar.az/az/individual/plastic-cards/
Müştərilərin xəbərləri
PAŞA Real Estate Qrup və Marriott International Daşkənddə JW Marriott brendi altında rezidensiya layihəsi üzrə saziş imzalayıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
6 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
-
3 saat əvvəl
Avtomobil nəhəngi milyardlarla avro zərərə düşdü – Zavodların bağlanması gündəmdədir
-
3 saat əvvəl
Avropa Mərkəzi Bankı faizləri dəyişmədi – Enerji qiymətlərinin artması ilə bağlı xəbərdarlıq etdi
- 4 saat əvvəl
-
4 saat əvvəl
Maliyyə Nazirliyinin hərraclarının əksəriyyəti baş tutmur – səbəbi açıqlanıb
- 4 saat əvvəl
-
5 saat əvvəl
Dollar alışında ailə üzvlərinə məhdudiyyət var? – Taleh Kazımov üçün SÜRPRİZ
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
İlham Əliyev Türkiyədəki Zirvə görüşündə iştirak edə bilməyəcək
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - “Həmin maddəni masanın üstünə qoyun”
Valyuta hərraclarında nə qədər dollar satıldığı açıqlanıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Real Estate Qrup və Marriott International Daşkənddə JW Marriott brendi altında rezidensiya layihəsi üzrə saziş imzalayıb
İlham Əliyev Türkiyədəki Zirvə görüşündə iştirak edə bilməyəcək
Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama
Azərbaycan və Gürcüstan arasında yeni iqtisadi razılaşma imzalanacaq




























