Azərbaycan rusiyalı turistlər üçün Gürcüstanı əvəz edə bilər?
Rusiya Prezidenti Vladimir Putin ölkənin hava şirkətlərinin Gürcüstana sərnişin daşımalarını qadağan edən fərman imzalayıb. Rusiyanın Gürcüstana aviareysləri dayandırması turizm sektorunu çox ciddi risk qarşısında qoyur. Belə ki, hər il Rusiyadan Gürcüstana təxminən iki milyona yaxın turist gəlir və hər il turistlərin hesabına dövlət büdcəsinə 500 milyon dollara yaxın pul daxil olur. İndi isə Rusiya vətəndaşlarının Gürcüstana gedə bilməməsi bu ölkədə ciddi problem, digər ölkələrin turizm sektorunda isə canlanma yaradıb.
Məlumdur ki, yay mövsümü ilə əlaqədar olaraq turistlər, eləcə də rusiyalı turistlər daha çox çimərlikdə istirahət etməyə üstünlük verir. Batumi bu baxımdan Rusiya vətəndaşları üçün ən yaxşı seçimlərdən biri idi.
Bəs indi qonşu ölkənin turistlərinin seçimi hansı ölkə ola bilər?
Ümumiyyətlə, mövcud vəziyyətdən maksimum faydalanmaq və ölkəyə turist axınını artırmaq üçün bu istiqamətdə hansı addımlar atılmalıdır? Daha dəqiq desək, Azərbaycan rusiyalılar üçün Gürcüstanı əvəz edə bilərmi?
Mövzu ilə bağlı açıqlama verən Azərbaycan Turizm Assosiasiyası İdarə Heyətinin sədri Nahid Bağırovun sözlərinə görə, düzgün istiqamət seçilərsə, turistlərin ölkəyə maraq göstərməsini təmin etmək olar:
“Mövcud vəziyyətdən mümkün qədər faydalanmaq üçün ciddi tədbirlər görülməlidir. Bu gün rusiyalıların Gürcüstanı seçmələrinə səbəb xüsusilə çimərliklərdə istirahətə üstünlük vermələridir. Növbəti seçimləri Türkiyə ola bilər. Biz çimərlik turizmində Batumi ilə rəqabət apara bilmərik. Amma bu, bu gün üçün belədir. Ciddi müzakirlər aparılarsa, həmin iki milyona yaxın turisti ölkəmizə cəlb edə bilərik.
Mədəni, tarixi turizmlə bağlı Tbilisi turistlərini cəlb edə bilirik. Təəssüf ki, bizdə dəniz turizmi Batumi ilə müqayisədə, dəniz sahilində yerləşən cəmi dörd istirahət mərkəzi (hotel) var. Bu isə kifayət qədər azdır. Düşünürəm ki, turizm elə bil sahədir ki, hər dəqiqə yenilik axtarışında olmalısan.
Əlverişli vəziyyətləri dəyərləndirməlisən. Əminəm ki, Rusiya özü həmin turistləri ölkədə saxlamaq üçün maksimum tədbirlər görəcək. Mən inanıram ki, yerli turizm şirkətlərimiz bu istiqamətdə aktivlik göstərsə, bu il üçün daha çox turist artımı müşahidə edilə bilər”.
Xatırladaq ki, bir müddət əvvəl “TurStat” agentliyi Azərbaycanın paytaxtı Bakının Rusiya vətəndaşları arasında yay istirahəti üçün ən populyar istiqamətlər siyahısına başçılıq etdiyini açıqlamışdı.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Oxu
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 40 d. əvvəl
-
-
55 d. əvvəl
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
-
2 saat əvvəl
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Azexport” portalı vasitəsilə Yaponiyaya ixrac müzakirə olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
Agentlik 191 şirkətdən 22-nin uçotunu ləğv edib
Sərfəli şərtlərlə istehlak krediti
Fevralın 18-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Müasir marketinq: səs-küydən mənaya doğru
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var



















