Rəqəmsal ödənişlər - Birinci yarımilliyinin nəticələri açıqlandı

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli 508 nömrəli Sərəncamı ilə təsdiq edilən “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı tədbirlər davam etdirilir.
Mərkəzi Bankın yaydığı məlumatda bildirilir ki, 2019-cu ilin birinci yarımili üzrə ölkədə banklararası ödəniş sistemləri vasitəsilə aparılan ödəniş əməliyyatlarının həcmi 131.3 mlrd manat, sayı 25 mln 378 min ədəd təşkil etmiş və ötən ilin analoji dövrü ilə müqayisədə göstəricilər üzrə müvafiq olaraq 5.1% və 41.3% artım müşahidə olunmuşdur.
Hökumət Ödəniş Portalı (HÖP) üzərindən cari ilin I yarımili üzrə həyata keçirilən əməliyyatların həcmi 1 mlrd 412 mln manat təşkil etmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 34% artım deməkdir. Sözügedən əməliyyatların 551 mln manatı nağdsız qaydada həyata keçirilmişdir ki, bu göstərici 2018-ci ilin I yarımili ilə müqayisədə 3,4 dəfə artmışdır.
30.06.2019-cu il tarixinə ölkə üzrə ödəniş kartlarının sayı keçən ilin müvafiq dövrünə nisbətən 14,7% artaraq 7 milyon ədədi ötmüşdür. Bunlardan təmassız ödəniş kartlarının sayı 998 min ədəd olmuşdur. Təmassız kartların sayı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,4 dəfə, təmassız əməliyyatların sayı isə 4,6 dəfə artmışdır.
I yarımil üzrə ölkə daxilində ödəniş kartları ilə aparılmış əməliyyatların həcmi 9 mlrd 532 mln manat təşkil etmişdir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 24% artım olmuşdur. Ödəniş kartları ilə aparılmış əməliyyatlarda nağdsız hesablaşmaların çəkisi 20% təşkil etmişdir ki, ötən ilin analoji dövründə bu göstərici 16% idi.
30.06.2019-cu il tarixinə Azərbaycan Respublikası üzrə bankomatların sayı 2571 ədəd olmuşdur ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 90 ədəd çoxdur. Bankomatların 1373-ü Bakı şəhərində, 1198-i isə digər şəhər və rayonlarda yerləşir. Ölkədə banklar tərəfindən quraşdırılmış POS-terminalların sayı 63396 ədəd olmuşdur ki, bunun da 25747 ədədi təmassız POS-terminallardır. 2018-ci ilin I yarımili ilə müqayisədə təmassız POS-terminalların sayı 26% (5305 ədəd) artmışdır.
"Aparılan təhlillər bir daha göstərir ki, ölkədə rəqəmsal ödəniş infrastrukturunun inkişafı, ictimaiyyətdə nağdsız ödəniş vərdişlərinin formalaşdırılması istiqamətində görülən işlər öz müsbət nəticələrini verməkdədir. “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın hədəflərinə nail olunması istiqamətində işlər bundan sonra da davam etdiriləcəkdir",- Məlumatda deyilir.
Müştərilərin xəbərləri

“Citycard” istifadəyə verilir. Gəncə sakinləri ictimai nəqliyyatdan bu kart vasitəsilə yararlana biləcəklər
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 saat əvvəl
“PAŞA Holding”in təşkilatçılığı ilə “INMerge” İnnovasiya Sammitinin birinci günü başa çatıb
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“PAŞA Bank” “İNMerge” sammitində “CX Hero Challenge” oyununu təqdim edib
- 2 saat əvvəl
-
3 saat əvvəl
Avropa Bankının 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - TARİX AÇIQLANDI
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azercell İT ixtisası üzrə ən yüksək nəticə göstərmiş tələbə qızları təbrik etdi
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

“PAŞA Holding”in təşkilatçılığı ilə “INMerge” İnnovasiya Sammitinin birinci günü başa çatıb

ABB SIBOS 2025 beynəlxalq konfransında!

Avropa Bankının 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - TARİX AÇIQLANDI

Bank sektorunda çalışanların sayı artmaqda davam edir
Ən çox oxunanlar

Ölkədaxili nağdsız əməliyyatların həcmi 20% artıb

"Sabah gəldikdə gördüm ki, lombardda qırğındır. Qaçıblar” - "Lombard Xəyal"ın məhkəməsi

Lufthansa 4 min nəfəri işdən azad edəcək

“Citycard” istifadəyə verilir. Gəncə sakinləri ictimai nəqliyyatdan bu kart vasitəsilə yararlana biləcəklər

“MyGov Biznes” - sahibkarların bütün dövlət xidmətlərinə tam çıxış imkanı yaranacaq
