Qeyri neft-qaz məhsulları üzrə yarım illik ixrac 1 milyard dollara çatmır
2019-cu ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 177 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 103 ölkəyə məhsul ixrac olunmuş, 164 ölkədən idxal olunmuşdur.
Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilir ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2019-cu ilin yanvar-iyun aylarında ölkənin xarici ticarət dövriyyəsi 16866,2 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 9850,6 milyon dollar, idxalın dəyəri 7015,6 milyon dollar təşkil etmiş, nəticədə 2835,0 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır. 2018-ci ilin yanvar-iyun ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 15,2 faiz, o cümlədən idxal 50,5 faiz artmış, ixrac 1,4 faiz azalmışdır. Real ifadədə isə dövriyyə 6,5 faiz, o cümlədən idxal 19,6 faiz, ixrac 0,4 faiz artmışdır.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 28,1 faizini İtaliyaya, 12,4 faizini Türkiyəyə, 6,9 faizini Çinə, 6,3 faizini Hindistana, 5,7 faizini Almaniyaya, 5,5 faizini İsrailə, 4,3 faizini İspaniyaya, 3,8 faizini Rusiyaya, 3,3 faizini Çexiyaya, 3,2 faizini Gürcüstana, 2,6 faizini Fransaya, 2,3 faizini Birləşmiş Krallığa, 15,6 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.
Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 14,4 faizi İsveçrə, 14,3 faizi Rusiya, 9,7 faizi Türkiyə, 8,4 faizi Çin, 5,9 faizi ABŞ, 5,6 faizi Kanada, 4,7 faizi Almaniya, 4,1 faizi İran, 3,1 faizi Ukrayna, 2,9 faizi Avstraliya, 2,5 faizi İtaliya, 1,9 faizi Fransa, 1,8 faizi Qazaxıstan, 20,7 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.
2019-cu ilin yanvar-iyun aylarında ölkədən 979,1 milyon dollar dəyərində qeyri neft-qaz məhsulları ixrac edilmişdir ki, bu da 2018-ci ilin yanvar-iyun aylarına nisbətən faktiki qiymətlərlə 15,7 faiz, real ifadədə isə 11,1 faiz çoxdur. Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (36,3 faiz), Türkiyəyə (21,8 faiz), Gürcüstana (8,7 faiz), İsveçrəyə (7,5 faiz), İtaliyaya (3,1 faiz), Ukraynaya (2,4 faiz), Yunanıstana (1,8 faiz), İrana (1,8 faiz), Çinə (1,7 faiz) və Almaniyaya (1,2 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.
2019-cu ilin yanvar-iyun aylarında 2018-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə tərəvəz ixracı 3,1 faiz, təzə meyvə – 31,3 faiz, şəkər – 22,3 faiz, tütün – 1,9 dəfə, meyvə və tərəvəz şirələri – 37,9 faiz, meyvə və tərəvəz konservləri – 10,5 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 34,5 faiz, pambıq lifi – 2,9 dəfə, polietilen – 1,1 faiz, pambıq ipliyi – 50,3 faiz, qara metallardan yarımfabrikatlar – 2,3 dəfə, bentonit gili – 11,1 faiz artmış, kartof ixracı isə 7,4 faiz, çay – 1,6 faiz, bitki yağları – 35,2 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 27,3 faiz, emal olunmamış alüminium – 12,4 faiz, qara metallardan borular – 80,8 faiz azalmışdır.
2018-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 2019-cu ilin yanvar-iyun aylarında buğda idxalı 7,0 faiz, təzə meyvə – 2,4 faiz, xam şəkər və şəkər – 2,5 dəfə, bitki yağları –0,9 faiz, çay – 1,7 faiz, kartof – 13,6 faiz, quş əti və onun əlavə məhsulları – 14,0 faiz, mal əti – 8,8 faiz, təzə tərəvəz – 39,2 faiz, minik avtomobilləri – 2,0 dəfə, polad prokatı – 3,6 faiz, mineral gübrələr – 10,5 faiz, hesablama maşınları, blok və qurğuları – 23,6 faiz, məişət kondisionerləri – 1,9 dəfə, mebellər – 11,9 faiz, rezin şinlər – 5,8 faiz, polietilen – 15,1 faiz, yük avtomobilləri – 1,6 dəfə, paltaryuyan maşınlar – 1,2 faiz, qara metallardan künclüklər – 24,8 faiz, avtobuslar – 1,7 dəfə artmış, siqaret idxalı isə 41,6 faiz, kərə yağı, digər süd yağları və pastaları – 2,4 faiz, qara metallardan borular – 2,3 faiz, qara metallardan çubuqlar – 5,3 faiz, sement və sement klinkerləri – 32,7 faiz, məişət soyuducuları – 9,9 faiz azalmışdır.
Müştərilərin xəbərləri
Özbəkistan nümayəndə heyətinin "Prime Cotton"a səfəri çərçivəsində əməkdaşlıq imkanları müzakirə olunub
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
6 gün sonra
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
-
-
4 gün sonra
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
-
26 d. əvvəl
Prezident Əliyev Zelenskiyə yazdı: “Dəstəyi davam etdirəcəyik”
- 28 d. əvvəl
-
40 d. əvvəl
“Prior Lizinq”dən ölkədə ilk: 7 illik faizsiz lizinq imkanı! ®
-
1 saat əvvəl
METAK istehsalı rəqəmsallaşdırır – Şimali Makedoniya şirkəti ilə yeni layihəyə başladı
-
2 saat əvvəl
Azərbaycan şirkəti Özbəkistanda 700 hektarlıq nəhəng layihəyə başlayır
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Matanat-A”nın Özbəkistanda gips zavodu açıldı – prezidentlər mərasimə qatıldılar
- 11 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
“Prior Lizinq”dən ölkədə ilk: 7 illik faizsiz lizinq imkanı! ®
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyulub
“Landau” sərhədləri aşdı – Özbəkistanda 2 yeni məktəb
Prezident İlham Əliyev Özbəkistanın ən böyük şəhərsalma layihəsi - “Yeni Daşkənd”lə tanış olub
Azərbaycan və Özbəkistan ticarət dövriyyəsini 1 milyard dollara çatdıracaq – Proqram qəbul edildi






















