“FINCA Azerbaijan” maliyyə vəziyyətini açıqladı
“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı 2018-ci ili 142 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, təşkilat 2017-ci ili 18 milyon 327 min manat xalis mənfəət ilə bağlamışdı və bunun səbəbi borc alınan vəsaitlərin imtinası üzrə yüksək gəlir idi.
Ötən il təşkilat ehtimal olunan kredit zərərlərinin bərpası vəsaiti hesabına fəaliyyət göstərib. Təşkilatın kəskin azalmış faiz və qeyri-faiz gəlirləri xərclərindən dəfələr ilə az olub.
“Marja” təşkilatın illik hesabatına istinadən xəbər verir ki, 2017-ci ildə 7 milyon 120 min manat təşkil etmiş faiz gəliri ötən il 967 min manata düşüb (7,4 dəfə azalma).
Ötən il “FINCA Azerbaijan” 967 min manat faiz gəlirinə qarşı 962 min manat faiz xərci çəkib və nəticədə 5 min manat xalis faiz gəliri qalıb.
Həmçinin təşkilat 8 min manat xarici valyuta ilə əməliyyatlardan və 26 min manat digər gəlirlər əldə edib. Təbii, FINCA 39 min manat cəmi gəlir ilə fəaliyyət göstərə bilməz.
Ötən il “FINCA Azerbaijan” ehtimal olunan kredit zərərlərinin bərpası vəsaiti hesabına xərclərinin böyük hissəsini bağlayıb. Belə ki, ehtiyatın 4 milyon 473 min manat azad olub. 4 milyon 631 min manatlıq cəmi qeyri-faiz xərcləri bu vəsait hesabına örtülüb.
Ötən il təşkilatın 158 min manat əməliyyat zərəri yaranıb. 300 min manatlıq mənfəət vergisi gəliri bu zərəri də bağlayıb. Nəticədə, təşkilat ili 142 min manat xalis mənfəət ilə başa vurub.
Qeyd edək ki, “FİNCA Azerbaijan” qeyri-bank kredit təşkilatı 2016-cı ildəki 23 milyon 894 min manat zərərdən sonra 2017-ci ili 6 milyon 131 min manat xalis mənfəətlə başa vurmuşdu. Həmin il də mənfəət təşkilatın biznes fəaliyyətindən qaynaqlanmamışdı.
BORCLARI AZALIB, CƏMİ KAPİTALI ARTIB
31 Dekabr 2018-ci il tarixində “FINCA Azerbaijan” 8 milyon 344 min manat cəmi aktivlərə, 7 milyon 608 min manat cəmi kapitala və 736 min manat cəmi öhdəliklərə malik olub. 2017-ci ilin sonunda Təşkilat 21 milyon 379 min manat cəmi aktivlərə, 6 milyon 616 min manat cəmi kapitala və 14 milyon 763 min manat cəmi öhdəliklərə malik idi. Əvvəlki illər devalvasiyalara görə böyük ziyana düşmüş “FINCA Azerbaijan” ötən il də 3 dəfəyə yaxın kiçilsə də borclarından xilas olaraq kapitalını bərpa etməsi diqqəti çəkir.
Ötən ilin sonunda təşkilat 3 milyon 828 min manat kredit portfelinə malik olub. 2017-ci ilin sonunda təşkilatın müştərilərə verdiyi kreditlər 21 milyon 379 min manat təşkil etmişdi.
Xatırladaq ki, devalvasiyalardan öncəki il “FİNCA Azerbaijan” 230 milyondan çox cəmi aktivlərə malik idi.
“ÖTƏN İL GƏLİRLİLİYİ TƏMİN EDƏ BİLMİŞİK”
“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatından “Marja”ya daxil olmuş məlumatda bildirilir ki, təşkilat 2018-ci il ərzində gəlirliliyi təmin edə bilib:
“Bu, şirkətin 2016-2017-ci illərdə əməliyyat xərclərini azaltması səyləri və əməliyyatları daha səmərəli şəkildə yenidən qurması ilə mümkün olub.
“FINCA Azerbaijan” kredit təşkilatının ötən maliyyə ilində yenilənmiş Beynəlxalq Maliyyə Hesabatları Standartının (IFRS9) tətbiqinə qədər 4.1 milyon AZN əməliyyat gəliri olub. Şirkət 2018-ci ildə IFRS9 (International Financial Reporting Standarts ) standartını tətbiq etdikdən sonra gəlir 3.9 milyon AZN civarında azalıb. Bununla belə, Təşkilatın 2018-ci ildə IFRS9 standartını tətbiq etməsi bölüşdürülməmiş mənfəətə müsbət təsir edərək şirkətin kapitalının əhəmiyyətli dərəcədə artmasına səbəb olmuşdur.
Yenidən kreditləşməyə 2018-ci ilin dekabrından başlayan FINCA-nın ötən maliyyə ilində əsas gəliri kredit borcları üzrə geri yığımları daha yaxşı şəkildə təşkil etməsi, eləcə də silinmiş kredit borc portfeli üzrə geri yığımın bərpası və əməliyyat xərclərinin azaldılması hesabına mümkün olmuşdur.
Hazırda Təşkilatın nizamnamə kapitalı 3.7 milyon AZN təşkil edir ki, bu da bank olmayan kredit təşkilatları üçün müəyyənləşdirilmiş minimum həddən 12 dəfə çoxdur. Şirkətin 31 dekabr 2018-ci il tarixinə cəmi kapitalı 7.7 milyon AZN təşkil edib.
Hal-hazırda FINCA əməliyyatların daha səmərəli şəkildə qurulması prosesini davam etdirir və regionlarda yeni filial şəbəkəsinin artırılması üzrə 5 illik fəaliyyət planına uyğun olaraq, işlərini genişləndirir”.
Qeyd edək ki, “FINCA Azerbaijan” icma əsaslı 20 mikromaliyyə institutu və banka sahib “FINCA Impact Finance” şəbəkəsinin bir hissəsidir və Azərbaycanda 1998-ci ildən bəri fəaliyyət göstərir. Bu qlobal şəbəkə aşağı gəlirli müştərilərin öz maliyyəsini genişləndirməsi üçün onlara yenilikçi, məsuliyyətli və əsaslı təsir imkanları olan maliyyə xidmətləri təklif edir. “FINCA Azerbaijan” ölkənin aparıcı mikromaliyyə təşkilatı olaraq kiçik sahibkarların gəlirlərini artırmasını təşviq etmək niyyətilə onlara müxtəlif kredit məhsulları təklif edir. Şirkət kənd təsərrüfatı üzrə kreditlərin verilməsinə daha çox önəm verir.
Müştərilərin xəbərləri
PAŞA Real Estate Qrup və Marriott International Daşkənddə JW Marriott brendi altında rezidensiya layihəsi üzrə saziş imzalayıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
6 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
- 6 d. əvvəl
-
20 d. əvvəl
Dollar alışında ailə üzvlərinə məhdudiyyət var? – Taleh Kazımov üçün SÜRPRİZ
- 23 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama
-
1 saat əvvəl
İndoneziyalı investorların diqqəti Daşkəsən dəmir filizi layihəsindədir
-
1 saat əvvəl
Azərbaycan və Gürcüstan arasında yeni iqtisadi razılaşma imzalanacaq
-
1 saat əvvəl
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
-
1 saat əvvəl
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Valyuta hərraclarında nə qədər dollar satıldığı açıqlanıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama
Ən çox oxunanlar
Azərbaycan və Gürcüstan arasında yeni iqtisadi razılaşma imzalanacaq
“BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil”
Bayramov Fidanla görüşüb
AFB Bank-ın aktivləri 79% artıb: Bank rəhbərliyi yeni hədəfləri açıqladı - MÜSAHİBƏ

























