“ATL Tech” şirkəti Süni İntellekt laboratoriyasını yaratdı
Çətin hazırlıq və sınaq dövründən sonra "ATL Tech" ailəsi öz Süni İntellekt (AI) Laboratoriyasını təqdim etdi!
“Chatbot”-un onlayn müştərilər ilə qüsursuz ünsiyyəti, elektron ticarət saytları tərəfindən müştərilərə tövsiyyə olunan məhsullar siyahısı, taksi şirkətləri tərəfindən ən optimal tarif dərəcəsinin və çatma müddətinin hesablanması, "Google" və ya "Alexa"-nın nitq tanıma funksiyaları və bu kimi digər uğurlu nəticələr AI-in həyatımıza nə qədər dərin nufüz etdiyini göstərir.

Süni İntellekt heç də bir çoxumuzun düşündüyü kimi insanlığı məhv edib dünyanı ələ keçirmək istəyən qəddar bir robot deyil. AI əslində, sadə dildə desək, IT mütəxəssislər tərəfindən hazırlanmış insan müdaxiləsini minimallaşdırmaqla tapşırıqların avtomatlaşdırılmasını təmin edən süni zəka maşınıdır.
Bəli, AI günümüzün ən aktual mövzularından biridir. Ancaq, "ATL Tech" kimi yerli texnologiya şirkətinin bu sahəyə ciddi investisiya etməsi çox sevindirici bir hal olmaqla yanaşı, həmçinin ölkəmizdə bu sahənin gələcəyinə ümidlə baxmağımıza zəmin yaradır.
İnformasiya Texnologiyaları sahəsində 10 ildən artıq uğurlu təcrübəsi olan "ATL Tech" öz süni intellekt laboratoriyasını yaradan və bu sahənin istedadlı mütəxəssislərilə birgə çalışan ilk Azərbaycan şirkətlərindən biridir.
"ATL Tech"-in nəzdində yaradılmış süni intellekt mərkəzinin əsas diqqəti Azərbaycan dilində müxtəlif dialektlər daxil olmaqla nitqin tanınması və mətnə çevrilməsinə yönəlmişdir.
Hal-hazırda "ATL Tech"-in proqram təminatçıları yuxarıda qeyd edilən "nitqdən mətnə" funksiyasını şirkətin ən qabaqcıl məhsullardan biri olan K3 – fövqaladə halları idarəetmə proqramına uyğunlaşdırmaq üzərində işləyirlər. Məqsəd proqram vasitəsilə zəng edən şəxsin danışığından baş verən hadisənin növü və ünvanı kimi lazımi məlumatların çıxarılması və avtomatik olaraq anketə yazılmasını insan müdaxiləsi olmadan təmin etməkdir. Bu funksiya çağrı mərkəzi operatorlarına lazımi tədbirləri daha tez və səhvsiz görməyə imkan verəcək ki, nəticədə ümumi risk əhəmiyyətli dərəcədə azalmış olacaqdır.
Mütəxəssislərin də qeyd etdiyi kimi, Azərbaycan dilində "nitqdən mətnə” köçürmə funksiyası hələ də problemli məsələlərdən biri olaraq qalmaqdadır. Bunu həll etmək üçün fərqli dialektlərdə, tonlarda və vəziyyətlərdə milyonlarca fərqli səs haqqında məlumat bazasının toplanması və yaradılması tələb olunur. Buna baxmayaraq, gözlənilən uğurun böyüklüyü yerli mütəxəssislərimizi çox həvəsləndirir.
Sevindirici haldır ki, süni intellekt mərkəzinin yeni elmi nəticələri ötən ay London Metropolitan Universitetində keçirilən beynəlxalq konfransda da müzakirə edilmişdir.
"ATL Tech"-in “AI Lab” layihəsi üzrə elmi məsləhətçisi Dr. Samir Rüstəmov bu tipli layihələrin ölkəmizdə süni intellekt sahəsinin inkişafı üçün əhəmiyyətindən danışmışdır: “"ATL Tech" şirkətinin təqdim etdiyi məhsullara süni intellekt yönümlü funksiyalar daxil etmə strategiyası təqdirə layiqdir. Belə funksiyalara malik məhsullar daxili və xarici bazarda yüksək rəqabət potensialına malikdir. Bunu da qeyd etmək istərdim ki, laboratoriyada süni intellekt yönümlü məhsullarların yaradılması ilə yanaşı, nəzəri və təcrübi elmi tədqiqat işləri də aparılmaqdadır. Bu isə öz növbəsində yeri kadrların formalaşmasına zəmin yaradır”.
Hazırda AI Laboratoriyasında iki tədqiqatçı və bir professor çalışır. Lakin "ATL Tech" komandasını böyütmək məqsədilə bu sahədə işləmək istəyən mühəndis və tədqiqatçıları komandaya qoşulmağa dəvət edir. Maraqlanan namizədlər CV-lərini mövzu olaraq "AI" qeyd etməklə [email protected] elektron poçtuna göndərə bilərlər.
https://www.facebook.com/atltech.az

Ələkbər Vəlizadə, ATL AI Lab-ın rəhbəri

ATL Tech, baş ofisindən ümumi görüntü
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
2 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 2 gün sonra
-
4 saat əvvəl
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
-
4 saat əvvəl
Rusiya Mərkəzi Bankı faizləri endirmədi – İnflyasiya yenidən sürətlənir
-
4 saat əvvəl
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
-
4 saat əvvəl
Tramp Zelenskiyə çağırış etdi: Artıq Rusiya ilə razılaşmağın vaxtıdır
- 4 saat əvvəl
-
5 saat əvvəl
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
-
5 saat əvvəl
Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
Ən çox oxunanlar
Qızılın unsiyasının qiyməti 4000 dollardan da aşağı düşdü
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
Böyük şirkət istismara yararsız texnikalarını satır – 1 tonunun qiyməti 1 200 manatdan başlayır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kristal Bakı”da növbədənkənar yığıncaq keçirilib
Türkiyədə Orta Dəhlizi gücləndirəcək dəmir yolu xəttinin tikintisinə 250 mln. dollar ayrılıb
Azərbaycana soğan idxalı artıb – 15 057 ton






















