Hökumətdən iri dövlət şirkətlərinə dair qərar
Nazirlər Kabinetinin Qərarı ilə “İri dövlət şirkətlərinə dair vahid məlumat bazasının formalaşdırılması və ondan istifadə Qaydaları”nın təsdiq edilib.
“Marja” xəbər verir ki, Qərar “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 19 iyul tarixli 1003 nömrəli Fərmanının 1.2-ci bəndinə əsasən qərara alınıb.
Qərara əsasən, “İri dövlət şirkətlərinə dair vahid məlumat bazasının formalaşdırılması və ondan istifadə Qaydaları” təsdiq edilib.
Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və digər aidiyyəti olanlarla razılaşdırmaqla, “İri dövlət şirkətlərinə dair vahid məlumat bazası” informasiya sisteminin fasiləsiz, dayanıqlı və təhlükəsiz fəaliyyətini təmin etmək məqsədilə tələb olunan maliyyə vəsaiti ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə də, “İri dövlət şirkətlərinə dair vahid məlumat bazası” informasiya sisteminin “Elektron Hökumət” İnformasiya Sisteminə inteqrasiyası ilə bağlı zəruri tədbirlər görmək tapşırığı verilib.
Qaydalarda göstərilir ki, informasiya sistemi aşağıdakıları təmin edir:
- iri dövlət şirkətlərinin maliyyə-təsərrüfat fəaliyyətində şəffaflığın artırılmasına və səmərəliliyin yüksəldilməsinə nail olunmasını;
- iri dövlət şirkətlərinə dair maliyyə, kadr uçotu və daşınmaz əmlak üzrə məlumatların vahid bazada birləşdirilməsini;
- iri dövlət şirkətlərinin maliyyə-təsərrüfat fəaliyyətinin müqayisəli təhlil edilməsini;
-informasiya sisteminin istifadəçiləri tərəfindən iri dövlət şirkətlərinə dair müvafiq məlumatların real vaxt rejimində əldə edilməsini.
İnformasiya sisteminin operatoru Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsidir.
İnformasiya sistemi üzrə xidmətlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi internet səhifəsində dövlət xidmətləri bölməsi, eləcə də “Elektron hökumət” portalı vasitəsilə göstəriləcəkdir.
İnformasiya sistemi kadr uçotu üzrə məlumatları özündə əks etdirən altsistemdən, maliyyə göstəriciləri üzrə məlumatları özündə əks etdirən altsistemdən və daşınmaz əmlaka dair məlumatları özündə əks etdirən altsistemdən ibarət olacaqdır.
Kadr uçotu üzrə məlumatları özündə əks etdirən altsistemdə iri şirkətlərdəki ştat vahidi, faktiki işləyənlərin sayı, vakant yerlərin sayı, mühəndistexniki heyətin sayı və əməkhaqqı fondu barədə məlumatlar əks etdiriləcəkdir.
Maliyyə göstəriciləri üzrə məlumatları özündə əks etdirən altsistemdə “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”na 5 1 və 2 nömrəli əlavələrdəki hesabat formaları və bu formalarda göstərilən məlumatlar əks etdiriləcəkdir.
Daşınmaz əmlaka dair məlumatları özündə əks etdirən altsistemdə iri dövlət şirkətlərinə aid daşınmaz əmlakın sayı, tikililərin ümumi sahəsi, istehsal təyinatlı binaların sahəsi, tikililərin balans dəyəri, tikililərin qalıq dəyəri və ümumi torpaq sahəsi barədə məlumatlar əks etdiriləcəkdir.
Məlumatlar Qaydalarda müəyyən edilən müddətlərdə iri dövlət şirkətləri tərəfindən altsistemlərə daxil edilməlidir.
Qərar ilə daha ətraflı buradan tanış ola bilərsiniz.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
3 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 2 gün sonra
- 3 d. əvvəl
- 22 d. əvvəl
-
33 d. əvvəl
Neft bazarında yeni bahalaşma dalğası – Brent 114 dolları, ABŞ nefti 100 dolları ötüb
- 40 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda bitki yağları üzrə təminat zəifdir: göstərici 52,4%-ə geriləyib
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Volvo Cars-ın səhmləri 27% ucuzlaşdı – Şirkət 2500 işçisini ixtisar edəcək, milyardlarla kron zərər açıqlayıb
Neft bazarında yeni bahalaşma dalğası – Brent 114 dolları, ABŞ nefti 100 dolları ötüb
Nvidia-nın rəhbəri ilk dəfə Qazaxıstana səfər edib – Ölkədə süni intellektə 10 milyard dollarlıq investisiya planlaşdırılır
Ən çox oxunanlar
Balıq və balıq məhsulları üzrə təminat güclənib: 81,1%
Yumurta üzrə yerli təminat daxili tələbatı üstələyib – 104%
Süd və süd məhsulları üzrə özünütəminetmə 81% olub – 6 illik mənzərə
Oktyabrın 24-də gözlənilən hava şəraiti
“AllAllFinance”ın xalis mənfəəti 14% artıb






















