Azərbaycana ərəb turstlərin axınının kəskin azalacağı gözlənilir
Yaxın Şərq əlbəttə ki, prioritet bazardır, lakin Azərbaycan üçün mütləq deyil. Bu, həm siyasi, həm də iqtisadi nöqteyi-nəzərdən çox qeyri-sabit bazardır
Yaxın Şərq ölkələrindən olan turistlər Azərbaycana marağı itirə bilərlər. Dövlət Turizm Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kənan Quluzadənin verdiyi məlumata görə, bu ölkədən olan turistlərin bir özəlliyi var. Onlar uzun illər bir turistik istiqamətə getmirlər.
"Onlar beş-səkkiz il ərzində eyni yerə gedirlər və bu, onlara kifayət edir. Onlar əvvəlcə bir turistik istiqamətə çox böyük axın edirlər, sonra isə bu axın azalmağa başlayır. Bu tendensiya ərəb ölkələrində həmişə izlənilib. Bizim üçün ən çox prioritet olan ölkələr Hindistan, Avropa və Çindir. Ərəb turistlər heç vaxt bizim top beşliyimizdə olmayıblar. Yalnız indi Səudiyyə Ərəbistanından ölkəyə gələn qonaqlar say etibarilə dördüncü yerdədir", - deyə Quluzadə bildirib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2019-cu ilin yanvar-avqust ayları ərzində Azərbaycanı 2 milyon 138 min 700 əcnəbi ziyarət edib. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 8,2% çoxdur. Onların düz 30,6%-i Rusiyadan, 22,1%-i Gürcüstandan, 9,5%-i Türkiyədən, 7,7%-i İrandan, 4 %-i Səudiyyə Ərəbistanından, 2,2%-i Birləşmiş Ərəb Əmirliklərindən, 1,8%-i Ukraynadan, 1,8%-i Hindistandan, 1,7 %-i İraqdan, 1,5%-i Türkmənistan və Qazaxıstandan, 1,4%-i İsraildən, 1,3%-i Pakistandan, 1,2%-i Böyük Britaniyadan, 11,6%-i digər ölkələrdən olan turistlərdir. Onların 0,1%-i isə vətəndaşlığı olmayan şəxslərdir.
Yaxın Şərq ölkələrindən olan turistlər Azərbaycanı 2015-ci ildən etibarən kəşf etməyə başlayıblar. Misal üçün, əgər 2015-ci ildə təkcə Səudiyyə Ərəbistanından bura 727 nəfər gəlmişdisə, 2018-ci ildə artıq bu göstərici 73 mindən çox turist olub. Eyni vəziyyət sözügedən bölgənin digər ölkələrində də izlənib.
Amma bu tendensiya öz istiqamətini dəyişə bilər. DTA da, bunu normal qəbul edir.
"Biz turizm marketinqi planında konkret bir regiona üstünlük vermirik. 12 prioritet bazar var ki, biz 2018-ci ildən 2023-cü ilə qədərki beş il ərzində o istiqamətlərdən turizm axınını əhəmiyyətli dərəcədə böyütməyi hədəfləmişik. Onların arasında Azərbaycan üçün ənənəvi olan Rusiya, Çin, yaxud da Cənubi Asiya da var" - deyə Quluzadə bildirib.
Onun sözlərinə görə, müəyyən regionlar üzrə turist sayının artmasına və azalmasına təsir göstərən çoxlu amillər var. Yaxın Şərq əlbəttə ki, prioritet bazardır, lakin Azərbaycan üçün mütləq deyil. Bu, həm siyasi, həm də iqtisadi nöqteyi-nəzərdən çox qeyri-sabit bazardır.
Azərbaycan Tuirzm Assosiasiyasının rəhbəri Nahid Bağırov isə öz növbəsində qeyd edib ki, sözügedən ölkələrdən olan turistlərə marağın azalması bütün dünya ölkələrində mövcuddur. Hətta azərbaycanlıların nümunəsində belə aydın görünür ki, onlar bir ölkəyə davamlı olaraq axın edəndən sonra fasilə verirlər və başqa istiqamətə səyahət edirlər. Lakin bunu Türkiyə haqqında demək olmaz. Yerli vətəndaşlar son iki onillikdə sabit şəkildə bu qonşu ölkəyə gedirlər və hər fürsətdə bir daha ora getməyə hazırdırlar.
"Əgər bu istiqamət mənə maraqlıdırsa, əgər orada məni yaxşı qarşılayırlarsa, əgər mən orada hamıdan razıyamsa, əgər qiymətlər əl yandırmırsa, əgər əyləncə varsa, mən niyə də ora getməyim?", - deyə Bağırov vəziyyəti izah etməyə çalışıb. Onun sözlərinə görə, əgər bir ölkə davamlı olaraq yaxşı mənada xatırlanırsa, azərbaycanlılar ora gedəcəklər. Əks təqdirdə, ora cəmi bircə dəfə səyahət edəcəklər.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
© "Sputnik Azərbaycan"
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
2 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 2 gün sonra
-
2 saat əvvəl
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
-
2 saat əvvəl
Rusiya Mərkəzi Bankı faizləri endirmədi – İnflyasiya yenidən sürətlənir
-
2 saat əvvəl
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
-
2 saat əvvəl
Tramp Zelenskiyə çağırış etdi: Artıq Rusiya ilə razılaşmağın vaxtıdır
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
-
4 saat əvvəl
Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
Ən çox oxunanlar
Qızılın unsiyasının qiyməti 4000 dollardan da aşağı düşdü
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
Böyük şirkət istismara yararsız texnikalarını satır – 1 tonunun qiyməti 1 200 manatdan başlayır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kristal Bakı”da növbədənkənar yığıncaq keçirilib
Türkiyədə Orta Dəhlizi gücləndirəcək dəmir yolu xəttinin tikintisinə 250 mln. dollar ayrılıb
Azərbaycana soğan idxalı artıb – 15 057 ton





















