ABŞ elektron ticarət məhsullarının çatdırılma xərclərinin artırılmasını tələb edib
145 illik tarixi olan Ümumdünya Poçt İttifaqının (ÜPİ) Üçüncü Fövqəladə Konqresi İsveçrənin Cenevrə şəhərində öz işini başa çatdırıb. Konqres Türkiyənin Poçt və Teleqraf Təşkilatının Baş direktoru, UPİ-nin İnzibati Şurasının sədri Kenan Bozgeyikin sədrliyi ilə baş tutub.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaydığı məlumatda bildirilir ki, tədbir ÜPİ-nin gələcək fəaliyyəti üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, konqresin çağırılmasının əsas səbəbi 2018-ci ilin oktyabrında ABŞ-ın ÜPİ üzvlüyündən çıxmaq qərarı və bunun baş verməməsi üçün tərkibi elektron ticarət mallarından ibarət kiçik paketlərin çatdırılma xərclərinin artırılması tələbi olub. Bu səbəb təşkilatın gələcək fəaliyyəti üçün ciddi təhdid yaradırdı.
Konqresin əhəmiyyətini nəzərə alaraq 192 üzv-ölkədən 154-nün nümayəndə heyətləri toplantıya qatılıb.
Gündəliyə kiçik paketlərin xərcləri ilə bağlı 3 təklif çıxarılıb. A variantı adlandırılan sənəd ÜPİ-nin İnzibati Şurası tərəfindən hazırlanıb, B variantı ABŞ-ın və onun tərəfdaşlarının təklifi, C variantı isə bu iki variantın əsasında kompromis xarakteri daşıyan və əksəriyyət ölkələrin, xüsusən də inkişaf etməkdə olan ölkələrin mövqeyini əks etdirib. C variantına müxtəlif əlavələr də təqdim edilib. C variantı Fransa, Almaniya, Niderland, Çin və digər ölkələr, o cümlədən Azərbaycan tərəfindən dəstəklənib.
Sentyabrın 24-də konqresin birinci günü ABŞ-ın təkidi və tələbi əsasında B variantının müzakirəsi keçirilib. Bu sənədin qəbulu halında digər variantlara baxılmayacaqdı. Belə bir vəziyyət müzakirələrin gərgin keçməsinə səbəb olub. Günün sonunda səsvermə ilə B variantı qəbul edilməyib və ABŞ nümayəndə heyəti iclas zalını tərk edib.
Yaranmış vəziyyətdə sentyabrın 25-də konqres səhər saat 09:00-da öz işinə başlaya bilməyib. Gərgin müzakirələr 15:00-dək davam edib. İclas öz işinə başladıqda ÜPİ-nin Baş direktoru Bişar Husseyn aparılan müzakirələr barədə ətraflı məlumat verib, konsensus xarakteri daşıyan və C variantının əsasında işlənilən, müzakirələr zamanı səsləndirilən digər mövqeləri də əks etdirən kompromis xarakterli digər variantın işlənildiyini bildirib.
Bu sənəd ətraflı şəkildə iştirakçılara təqdim edilib və müzakirələr aparılıb. Konqres iştirakçıları yaranmış vəziyyətdə sənədin ÜPİ-nin vahidliyinin saxlanılması və gələcək fəaliyyəti üçün əhəmiyyətini yüksək qiymətləndirib, onun qəbul olunmasına dəstək veriblər. ABŞ nümayəndə heyəti də bu sənədə müsbət rəyini verib və qəbul ediləcəyi təqdirdə onun ÜPİ-nin üzvlüyündə qalacağını bildirib. Azərbaycan nümayəndə heyəti də bu varianta dəstək nümayiş etdirib və onun icrası mərhələsinə diqqəti yönəldib.
İclasın sonunda yekdilliklə sənəd qəbul edilib və ÜPİ-nin Konvensiyasına müvafiq düzəlişlər edilib. Düzəlişlərdə tərkibi elektron ticarət mallarından ibarət kiçik paketlər üzrə göndərişlərin həcmindən asılı olaraq ölkələr tərəfindən xərclərin müəyyənləşdirilməsi, bu xərclərin aşağı və yuxarı hədləri, 2025-ci ilədək xərclərdəki dəyişikliklərin həcmi barədə müddəalar əks olunub.
Konqresin 3-cü günü, günün birinci yarısında Konvensiyaya qəbul edilmiş düzəlişlər bu sənədə ikinci əlavə protokol olaraq təsdiq edilib.
Günün ikinci yarısında ÜPİ-nin Poçt İstismarı Şurasının növbədənkənar iclası keçirilib və konqresdə Konvensiyaya edilmiş düzəlişlərə uyğun olaraq onun Reqlamentinə də müvafiq düzəlişlər qəbul edilib.
Konqres zamanı Azərbaycan nümayəndə heyətinin üzvləri Türkiyə, Rusiya, Qazaxıstan, Belarus, Estoniya və digər ölkələrin nümayəndələri ilə görüşüb və əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 2 saat sonra
-
- 11 d. əvvəl
-
24 d. əvvəl
Samsung-un 45 mindən çox əməkdaşı 18 günlük tətilə çıxa bilər
- 40 d. əvvəl
-
57 d. əvvəl
"Saat işləyir, İrana verilən vaxt azalır. Dərhal və sürətlə hərəkətə keçsələr yaxşı olar"
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
11 saat əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
19 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 19 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Samsung-un 45 mindən çox əməkdaşı 18 günlük tətilə çıxa bilər
"Saat işləyir, İrana verilən vaxt azalır. Dərhal və sürətlə hərəkətə keçsələr yaxşı olar"
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 26 GÜN
Ən çox oxunanlar
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb






.jpg)







.jpg)








