Azərbaycanda bank aktivlərinin yeni risk qrupları müəyyənləşdirilir
Azərbaycanda bank aktivlərinin risk qruplarına dair xüsusiyyətlər dəyişir, yeni risk qrupları müəyyənləşdirilir.
Bu, Maliyyə Bazarlarına Nəzarət Palatasının "Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları"nda etdiyi dəyişiklikdə əksini tapıb.
Dəyişiklik bu il noyabrın 30-dan qüvvəyə minəcək.
Beləliklə, borcun gəlirlərə nisbəti, yəni BGN əmsalı istehlak kreditləri üzrə borcalanın aylıq borc yükünün onun gəlirlərinə nisbəti əmsalıdır. BGN əmsalı birgə borcalan qrupuna daxil olan fiziki şəxslər üzrə isə onların ümumi aylıq borc yükünün onların ümumi gəlirlərinə nisbətidir.
Qüvvədə olan Qaydalara əsasən, aktivlər 0 (sıfır), 20 (iyirmi), 35 (otuz beş), 50 (əlli), 75 (yetmiş beş), 100 (yüz), 120 (yüz iyirmi) və 150 (yüz əlli) faizli risk dərəcələrindən (qruplarından) birinə aid edilir. Dəyişikliyə əsasən, bu risk qruplarına dair yeni xüsusiyyətlər müəyyənləşir, eyni zamanda 180 (yüz səksən) faizli (1,8 əmsallı) risk qrupu və 200 (iki yüz) faizli (2,0 əmsallı) risk qrupu yaradılır.
Dəyişikliyə əsasən, artıq risk qruplarının xüsusiyyətləri müəyyənləşdirilərkən tək İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələrinin valyutaları deyil, ümumiyyətlə, ölkələrin valyutaları anlayışından istifadə ediləcək.
20 (iyirmi) faizli (0,2 əmsallı) risk qrupuna beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum “AA-” kredit reytinqinə (və ya buna ekvivalent digər reytinq dərəcəsinə) malik uzunmüddətli korporativ qiymətli kağızlar və beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum “A-1” kredit reytinqinə (və ya buna ekvivalent digər reytinq dərəcəsinə) malik qısamüddətli korporativ qiymətli kağızlar daxil ediləcək.
Beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum “A-” kredit reytinqinə (və ya buna ekvivalent digər reytinq dərəcəsinə) malik uzunmüddətli korporativ qiymətli kağızlar, beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum “A-2” kredit reytinqinə (və ya buna ekvivalent digər reytinq dərəcəsinə) malik qısamüddətli korporativ qiymətli kağızlar, 20 (iyirmi) faizli risk qruplarına aid edilməyən və Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən olunmuş kiçik və orta sahibkarlıq subyektlərinə verilən və təyinatı üzrə istifadə olunması müvafiq sənədlərlə təsdiq edilmiş milli valyutada biznes kreditləri və 20 (iyirmi) faizli risk qruplarına aid edilməyən və ixracın (qeyri-neft sektoru üzrə) maliyyələşməsinə yönəlmiş və təyinatı üzrə istifadə olunması müvafiq sənədlərlə təsdiq edilmiş milli valyutada biznes kreditləri isə artıq 50 (əlli) faizli (0,5 əmsallı) risk qrupuna daxil olacaq.
Digər dəyişikliyə əsasən, 75 (yetmiş beş) faizli (0,75 əmsallı) risk qrupuna ixracın (qeyri-neft sektoru üzrə) maliyyələşməsinə yönəlmiş və təyinatı üzrə istifadə olunması sənədlərlə təsdiq edilmiş milli valyutada biznes kreditləri deyil, noyabrın 30-dan xarici valyutada biznes kreditləri daxil olacaq.
50 (əlli) faizli risk qrupuna aid edilməyən beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum “BB-” kredit reytinqinə (və ya buna ekvivalent digər reytinq dərəcəsinə) malik və ya reytinqi olmayan uzunmüddətli qiymətli kağızlar isə 100 (yüz) faizli (1,0 əmsallı) risk qrupuna daxil edilir. İƏİT-ə daxil olmayan ölkələrin depozit və ya digər maliyyə-kredit təşkilatlarına qarşı tələblər bu risk qrupundan çıxarılır.
Qüvvədə olan Qaydalara əsasən, xarici valyutada gəliri olan borcalanlara verilmiş istehlak kreditləri istisna olmaqla, xarici valyutada olan istehlak kreditləri və verilmə anında faiz dərəcəsi əvvəlki rübdə verilmiş istehlak kreditləri üzrə sektorun orta faiz dərəcəsi və onun üçdə birinin cəmindən böyük olan və BGN əmsalı indikativ hədlərdən yuxarı olan istehlak kreditləri (təminatı qismində milli və sərbəst dönərli xarici valyutada pul vəsaitləri çıxış edən və təminatının dəyəri təmin etdiyi öhdəliyin 100 (yüz) faizindən az olmayan, habelə təminatı qismində daşınmaz əmlak və avtomobil nəqliyyatı vasitələri çıxış edən və təminatının dəyəri təmin etdiyi öhdəliyin 150 (yüz əlli) faizindən az olmayan istehlak kreditləri istisna olmaqla) balans aktivləri 150 (yüz əlli) faizli (1,5 əmsallı) risk qrupuna daxildir. İstehlak kreditləri üzrə orta faiz dərəcəsi Palata tərəfindən hesablanır və hər rübdən sonrakı ayın 15-dək Palatanın rəsmi internet səhifəsində açıqlanır. Orta faiz dərəcəsinin açıqlandığı tarixdən sonrakı 1 iş günü ərzində banklara bu barədə elektron və ya poçt bildirişi ilə məlumat verilir. Orta faiz dərəcəsi açıqlanana qədər, banklar əvvəlki rübün məlumatından istifadə edir. Dəyişikliyə əsasən, noyabrın 30-dan 150 (yüz əlli) faizli (1,5 əmsallı) risk qrupuna beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş “BB-” kredit reytinqindən aşağı kredit reytinqinə (və ya buna ekvivalent digər reytinq dərəcəsinə) malik uzunmüddətli korporativ qiymətli kağızlar və BGN əmsalı 45 (qırx beş) faizdən yuxarı olan, lakin 60 (altmış) faiz həddini keçməyən istehlak kreditləri (təminatı qismində milli və sərbəst dönərli xarici valyutada pul vəsaitləri çıxış edən və təminatının dəyəri təmin etdiyi öhdəliyin 100 (yüz) faizindən az olmayan, habelə təminatı qismində daşınmaz əmlak və avtomobil nəqliyyatı vasitələri çıxış edən və təminatının dəyəri təmin etdiyi öhdəliyin 150 (yüz əlli) faizindən az olmayan istehlak kreditləri istisna olmaqla) daxil ediləcək. Verilmə anında faiz dərəcəsi əvvəlki rübdə verilmiş istehlak kreditləri üzrə sektorun orta faiz dərəcəsi və onun üçdə birinin cəmindən böyük olan istehlak kreditləri. İstehlak kreditləri üzrə orta faiz dərəcəsi Palata tərəfindən hesablanacaq və hər rübdən sonrakı ayın 25-nə kimi Palatanın rəsmi internet səhifəsində açıqlanacaq. Orta faiz dərəcəsinin açıqlandığı tarixdən sonrakı 1 iş günü ərzində banklara bu barədə elektron və ya poçt bildirişi ilə məlumat veriləcək. Orta faiz dərəcəsi açıqlanana qədər banklar əvvəlki rübün məlumatından istifadə edəcək.
Noyabrın 30-dan yeni müəyyənləşdirilən 180 (yüz səksən) faizli (1,8 əmsallı) risk qrupu və 200 (iki yüz) faizli (2,0 əmsallı) risk qrupunun xüsusiyyətləri də açıqlanıb:
180 (yüz səksən) faizli (1,8 əmsallı) risk qrupu:
- BGN əmsalı 60 (altmış) faizdən yuxarı olan, lakin 70 (yetmiş) faiz həddini keçməyən istehlak kreditləri (təminatı qismində milli və sərbəst dönərli xarici valyutada pul vəsaitləri çıxış edən və təminatının dəyəri təmin etdiyi öhdəliyin 100 (yüz) faizindən az olmayan, habelə təminatı qismində daşınmaz əmlak və avtomobil nəqliyyatı vasitələri çıxış edən və təminatının dəyəri təmin etdiyi öhdəliyin 150 (yüz əlli) faizindən az olmayan istehlak kreditləri istisna olmaqla);
- verilmə anında faiz dərəcəsi əvvəlki rübdə verilmiş istehlak kreditləri üzrə sektorun orta faiz dərəcəsi və onun yarısının cəmindən böyük olan istehlak kreditləri.
200 (iki yüz) faizli (2,0 əmsallı) risk qrupu:
- BGN əmsalı 70 (yetmiş) faizdən yuxarı olan istehlak kreditləri (təminatı qismində milli və sərbəst dönərli xarici valyutada pul vəsaitləri çıxış edən və təminatının dəyəri təmin etdiyi öhdəliyin 100 (yüz) faizindən az olmayan, habelə təminatı qismində daşınmaz əmlak və avtomobil nəqliyyatı vasitələri çıxış edən və təminatının dəyəri təmin etdiyi öhdəliyin 150 (yüz əlli) faizindən az olmayan istehlak kreditləri istisna olmaqla).
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
© APA
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
5 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
3 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
-
- 3 gün sonra
-
12 saat əvvəl
Vens: Rusiya və Ukrayna danışıqlar masasına oturmağa razılaşıb
-
12 saat əvvəl
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
-
12 saat əvvəl
Nvidia-nın rəhbəri: Süni intellektə tələb həddindən artıq yüksəkdir, lakin kapital çatışmır
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
İnvestorlar üçün yeni istiqrazlar – İllik 15% gəlir, aylıq faiz ödənişi
-
14 saat əvvəl
Britaniya şirkəti Azərbaycanın Yaşıl Enerji Dəhlizinə sərmayə yatırmaq istəyir
- 14 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
Dünyanın ən böyük sərvət fondu 30 milyard dollar zərər edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avropaya Azərbaycan elektrik enerjisinin ixracı üçün yeni imkanlar müzakirə olunur – “Zhero” layihəyə maraq göstərir
Dövlət Fondu yeni məhsulunu təqdim etdi – Sahibkarlara 5%-dən başlayan faizlə 50 min manatadək kredit veriləcək
Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinə zərbə endirib
Rabalon Microsoft texnologiyaları ilə bizneslərə yeni imkanlar açır
Çin şirkəti Azərbaycanda 200 MVt gücündə dəniz külək elektrik stansiyası tikmək imkanlarını araşdırır
Türkiyə Mərkəzi Bankı faiz dərəcəsini aşağı saldı
























