"Marketinq departamenti və planı olmayan şirkətlər aşağı satışdan gileylənirlər”

"Marketinq departamenti və marketinq planı olmayan şirkətlər satış həcminin aşağı düşməsindən gileylənirlər”
Apamark şirkətinin Satış departamentinin müdiri Taleh Kərimovla müsahibə
-İndiki bazar şərtləri ilə yerli şirkətlərlə çalışmaq Sizin şirkət çətinliklər yaradırmı və bu çətinliklər nələrdən ibarətdir?
-Bir çox yerli şirkətlərlə çalışdığımız zaman müəyyən çətinliklərlə üzləşməli oluruq. Ölkədə fəaliyyət göstərən bəzi yerli şirkətlərdə şirkət fəlsəfəsinin formalaşmaması, iş prinsiplərinin və gələcək hədəflərinin müəyyən olunmaması həm onların işini axsadır, həm də fəaliyyəti müvafiq qurumlar tərəfindən tənzimlənən marketinq şirkətlərinin işini çətinləşdirir. Belə olan halda bizim üçün də həmin şirkətlərə uyğun təkliflər hazırlamaq nisbətən çətin olur.
Marketinq plan hələ yoldadır
Şirkətlərlə əməkdaşlıq çərçivəsində ortaya çıxan problemlərdən biri və mən deyərdim ən vacib olanı illik marketinq planın və ya ümumiyyətlə şirkətin marketinq departamentinin olmamasıdır. İl başlamasına, hətta ilk 3 ayın bitməsinə baxmayaraq hələ də bəzi şirkətlərdə ümumiyyətlə marketinq plan nə hazırlanıb, nə də təsdiq olunub. Bir şirkət olaraq bu məsələ bizim ən yaralı yerimizdir.
Qərar vermə prosesi çox vaxt aparır
Daha çox rast gəldiyimiz problemlərdən biri də marketinq departamentinin departament olaraq mövcudluğuna baxmayaraq müstəqil qərar vermə kimi bir səlahiyyətinin olmamasıdır. Bu kimi şirkətlərə təklif hazırlayıb göndərdikdən sonra günlərlə, hətta həftələrlə cavab gözləməli oluruq. Nəzərə alsaq ki, qərar verəcək rəhbər şəxsin iş qrafiki olduqca sıxdır, tərəfimizdən göndərilən təklifin nə qədər diqqətlə incələnəcəyi və ya nə zaman incələyəcəyi insanda sual doğurur.
-Bəzi şirkətlərdə eyni şəxs həm marketinq həm də satış departamentində çalışır. Sizin fikrinizcə bu nə qədər doğru addımdır?
-Bəli. Təəssüf ki, bu kimi hallarla tez-tez rastlaşmalı oluruq. Əksər şirkətlərdə marketinq və satış departamentinin işini eyni şəxs icra edir. Marketinq satışla əlaqəli olsa da, bir adama hər iki departamentin işinin həvalə edilməsi düzgün deyil. Təcrübəmizdən irəli gələrək deyə bilərik ki, bir şəxsin iki işi eyni zamanda görməsi, lazım olan məlumatları natamam şəkildə bizə ötürməsi nəticəsində ortaya keyfiyyətsiz bir iş çıxmışdır. Bu da sonda həmin şəxsə görə şirkətlə korporativ əlaqələrimizin korlanmasına gətirib çıxartmışdır. Bu gün müxtəlif iş elanları saytlarında “satış və marketinq menecer” və ya “satış və marketinq direktor” adı altında başlıqlara rast gəlirəm. Bu düzgün yanaşma deyil. Mən başa düşürəm, şirkət öz xərclərinə qənaət etməklə 2-si 1-ində işçi cəlb etmək istəyir, amma şirkətin bünövrəsini möhkəmləndirən bu iki departamentə işçi seçərkən qənaət etmək doğru deyil. Satışla və marketinq bir biri ilə sıx əlaqəlidir, amma funksiya baxımından hər biri ayrı-ayrı işləri yerinə yetirir. Bunu şirkətlər mütləq nəzərə almalıdırlar.
-Hər hansı bir şirkətin öz marketinq işlərini “outsource” etməsi məsələsinə necə baxırsınız və öz işlərini “outsource etmək istəyən şirkətlər hansı məqamlara diqqət etməlidir?
-Şirkətlərin öz marketinq işlərini “outsource” etməsi məsələsi dünya təcrübəsində çoxdan mövcuddur və bunu normal hal kimi qarşılamaq lazımdır. Orta statistik bir şirkətin marketinq strategiyasını qurmaq, satışlarını artan xətt üzrə inkişaf etdirmək həmin departamentdə çalışan bir nəfərin çiyinlərinə görə olan yük deyildir. İşlərin uğurla və planlaşdırılmış şəkildə getməsi üçün departamentdə ən azı 4-5 təcrübəli şəxs çalışmalıdır ki, bu da bir çox şirkətlər üçün əlavə xərcdir.
Öz işlərini “outsource” etmək istəyən şirkətlər ilk öncə həmin marketinq şirkətinin fəaliyyətinin müvafiq qurumlar tərəfindən tənzimləndiyinə diqqət etməlidir. Belə olmadığı halda yaranmış mübahisələrin həllinin heç bir hüquqi əsası olmayacaqdır. İkinci məsələ iş etibar olunacaq şirkətin güclü texniki bazası və müxtəlif sahələr üzrə təcrübəli işçiləri olmalıdır ki, verilən sifariş vaxtında və düzgün şəkildə təhvil verilsin.
Müştərilərin xəbərləri

Mələk İnvestorlar Məktəbi — Azərbaycanda yeni nəsil investor mədəniyyətinin formalaşması üçün platforma
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
-
21 d. əvvəl
Türkiyədə zeytun yağı qiymətlərində 10 faizə qədər əlavə artım gözlənilir
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Fresco SS” şirkəti 3 şirkətin ona qoşulması yolu ilə yenidən təşkil edilib
-
2 saat əvvəl
Azərbaycandan Rusiyaya pomidor ixracı son iki ayda minimum səviyyəyə düşüb
-
2 saat əvvəl
Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti bir sıra maliyyə institutları ilə görüşüb
-
2 saat əvvəl
AZAL təyyarəsinin sərnişinləri Pulkovoda məcburi enişdən sonra Bakıya yollanıblar
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər

Şaxta Baba şokdadır: Birmarket lotereyası başlayır!

Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti bir sıra maliyyə institutları ilə görüşüb

BOKT illik 14 faizlə 1 milyon manat borc alır

Oktyabrın 21-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar

Azərbaycanın lizinq şirkətinin səhmdarları dəyişdi

Naxçıvanda 107 istehsal müəssisəsi yaradılıb

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Azərbaycanda 5 bankın aktivləri 2 milyard manatdan çoxdur
