Azərbaycan ədliyyədə islahatlar üçün 50 milyon dollar kredit ala bilər
Dünya Bankı (DB) 2020-ci ildə Azərbaycana 150 milyon dollara yaxın məbləğdə kreditin ayrılmasını təsdiq edə bilər. Bu barədə bankdan məlumat verilib.
"Hazırda DB ilə Azərbaycan hökuməti arasında iki layihənin maliyyələşdirilməsi ilə bağlı danışıqlar aparılır. Bank bu layihələrin həyata keçirilməsi üçün 150 milyona dollara yaxın məbləğdə kredit ayıra bilər. Maliyyələşmənin 2020-ci ildə təsdiqlənməsi planlaşdırılır", - deyə məlumatda bildirilir.
Xüsusilə DB məşğulluğun dəstəklənməsi üçün 100 milyon həcmində kredit ayırmağı planlaşdırır. "Bu layihə üçün kreditlə bağlı rəsmi danışıqlar gələn ilin yanvar ayına, kreditin təsdiqlənməsi isə 2020-ci ilin birinci yarısına planlaşdırılıb", - deyə məlumatda qeyd olunur.
Bundan başqa, DB Azərbaycanın ədliyyə sistemində islahatların davam etdirilməsi üçün əlavə olaraq 50 milyon dollara yaxın məbləğdə kredit ayırmağı planlaşdırır.
“Rəsmi danışıqlar gələn ilin birinci rübünün sonunadək, kreditin təsdiqlənməsi isə gələn il ərzində baş tuta bilər. Kredit vəsaitlərinin elektron məhkəmə sisteminin inkişafına, müvafiq İT avadanlıqlarının alınmasına yönəldilməsi nəzərdə tutulur", - deyə bankdan vurğulayıblar.
Məşğulluğa dəstək layihəsi Azərbaycan əhalisinin iş axtaran həssas qrupları: gənclər, qadınlar, məcburi köçkünlər, əlillər və təhsil səviyyəsi aşağı olan insanlar arasında məşğulluqla bağlı vəziyyətin yaxşılaşdırılmasına yönəldilib.
Layihə üç komponentdən ibarət olacaq: özünüməşğulluq proqramının əhatə dairəsi və səmərəliliyinin artırılması; işlə təmin etmə xidmətlərinin həyata keçirilməsi üçün Dövlət Məşğulluq Xidmətinin potensialının gücləndirilməsi; layihənin idarə edilməsi, monitorinq və qiymətləndirmə.
Azərbaycan 1992-ci ildən DB-nin üzvüdür. Bu günədək bank 54 layihənin həyata keçirilməsi üçün respublikaya ümumilikdə 3,4 milyard dollar məbləğində kredit ayırıb.
© “İnterfaks-Azərbaycan”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
6 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
- 5 d. əvvəl
- 31 d. əvvəl
- 37 d. əvvəl
-
38 d. əvvəl
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 20%-dən çox artıb
- 54 d. əvvəl
-
57 d. əvvəl
Dövlət Neft Fondu İndoneziyanın nəhəng investisiya holdinqi ilə danışıqlar aparıb
-
1 saat əvvəl
Google-un sahibi “Alphabet”in gəliri 25% artıb, xalis mənfəəti isə 25% azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Əhali dollar satır, Mərkəzi Bank alır - Azərbaycanda dollar bolluğu
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
"Valyuta bazarına əlavə 0,5 - 1 milyard dollar civarında alış yönümlü müdaxilə edəcəyimizi gözləyirik"
Ən çox oxunanlar
Unibank məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib
Əhali dollar satır, Mərkəzi Bank alır - Azərbaycanda dollar bolluğu
Yeni Ombudsman seçiləcək
Azərbaycana xaricdən pul axınında müsbət fərq böyüyüb – 70 faizlik artım, 830 milyon dolları keçib


























