“İKT, tikinti və səhiyyə sahələri bizim üçün daha maraqlıdır”
Portuqaliyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Mariya Joao Lopes Kordoso Caspian Energy İnternational Media Group-un prezidenti və baş redaktoru Nataliya Əliyevanın rəhbərliyi ilə Caspian Energy-nin nümayəndə heyətini qəbul edib.
Görüşdə Caspian European Club, Caspian American Club və Caspian Energy International Media Group çərçivəsində informasiya əməkdaşlığının genişləndirilməsi perspektivlərinə toxunulub. Mariya Joao Lopes Kordoso Caspian Energy Forum Baku-2017-yə marağını ifadə edərək, onun informasiya əhəmiyyətini qeyd edib.
Enerji sektoruna toxunaraq o bildirib ki, “Avropa enerji ehtiyatları tədarükçülərinin diversifikasiyasında maraqlıdır və Portuqaliya da bu baxımdan istisna deyil”. “Bununla əlaqədar olaraq, Cənub Qaz Dəhlizi Avropada təbii qaz mənbələrinin diversifikasiyasına yardım edən enerji təhlükəsizliyi üçün strateji layihədir”, - deyə Mariya Joao Lopes Kordoso qeyd edib.
Onun sözlərinə görə, Portuqaliya öz qaz və elektroenerji tranzit sistemini inkişaf etdirməyə can atır. “Həyata keçirdiyimiz layihələrdən biri North South interconnector in Western Europe-dur (“NSI West Gas”)”, - deyə o çıxışına davam edib. Müvəqqəti işlər vəkilinin sözlərinə görə, Portuqaliya və Piriney yarımadası təbii qazın və LNG-nin Avropaya əsas çatdırılma məntəqəsi olmaq üçün hər cür imkanlara sahibdir ki, bu yolla idxal potensialını və tədarükçülərin diversifikasiyasını genişləndirir.
“Cənub Qaz Dəhlizi (CQD) və irəli sürdüyümüz təşəbbüslər bu baxımdan bir-birini tamamlayır. Belə ki, bizim ümumi məqsədimiz Avropanın və ümumilikdə bütün regionun enerji təhlükəsizliyidir”, - deyə Mariya Lopes-Kardoso əlavə edib. Onun sözlərinə görə, bu layihələrin əsas məqsədi istənilən enerji böhranına müqavimət göstərmək üçün biri şərqdən, digəri qərbdən olmaqla mənbələrin diversifikasiyasına və sabitliyin yüksəlməsinə yardım etməkdən ibarətdir.
İkitərəfli Azərbaycan-Portuqaliya iqtisadi əlaqələrindən danışan Mariya Joao Lopes Kordoso 2016-cı ildə Azərbaycanla Portuqaliya arasında əmtəə dövriyyəsinin 457 milyon avro təşkil etdiyini (Portuqaliyanın Azərbaycana ixracatı 1,8 mln. avro, idxalatı 455 mln. avro) xatırladıb. Beləliklə, Azərbaycan Portuqaliya tədarükçüləri arasında 20-ci yeri tutur. “O da qeyd edilməlidir ki, Portuqaliya şirkətlərinin Azərbaycana ixracata marağının artması sayəsində Azərbaycana ixracat həyata keçirən Portuqaliya şirkətlərinin sayı 2011-ci ildən 2015-ci ilədək 39-dan 83-ə yüksəlib”, - deyə Mariya Joao Lopes Kordoso çıxışına davam edib.
“Azərbaycanda bir sıra səmərəli görüşlər keçirməklə mən belə qənaətə gəldim ki, İKT, tikinti, turizm və səhiyyə sahələri Azərbaycanla Portuqaliya arasında əməkdaşlığı genişləndirmək üçün daha maraqlı və perspektivli olacaq”, - deyə regional əməkdaşlıq mövzusuna toxunan Portuqaliyanın Azərbaycandakı müvəqqəti işlər vəkili söyləyib.
Sonda Mariya Joao Lopes Kordoso Caspian Energy jurnalına eksklüziv müsahibə verib. Müsahibədə o, ikitərəfli əlaqələrin inkişaf imkanlarına, iqtisadi əməkdaşlığın genişləndirilməsinə, həmçinin turizm sektorunun və enerji əməkdaşlığının inkişafı məsələlərinə toxunub. Müsahibə iləwww.caspianenergy.net saytında tanış ola bilərsiniz.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
5 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
3 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
-
- 3 gün sonra
-
6 saat əvvəl
Vens: Rusiya və Ukrayna danışıqlar masasına oturmağa razılaşıb
-
6 saat əvvəl
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
-
7 saat əvvəl
Nvidia-nın rəhbəri: Süni intellektə tələb həddindən artıq yüksəkdir, lakin kapital çatışmır
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
İnvestorlar üçün yeni istiqrazlar – İllik 15% gəlir, aylıq faiz ödənişi
-
8 saat əvvəl
Britaniya şirkəti Azərbaycanın Yaşıl Enerji Dəhlizinə sərmayə yatırmaq istəyir
- 9 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
Dünyanın ən böyük sərvət fondu 30 milyard dollar zərər edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avropaya Azərbaycan elektrik enerjisinin ixracı üçün yeni imkanlar müzakirə olunur – “Zhero” layihəyə maraq göstərir
Dövlət Fondu yeni məhsulunu təqdim etdi – Sahibkarlara 5%-dən başlayan faizlə 50 min manatadək kredit veriləcək
Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinə zərbə endirib
Rabalon Microsoft texnologiyaları ilə bizneslərə yeni imkanlar açır
Çin şirkəti Azərbaycanda 200 MVt gücündə dəniz külək elektrik stansiyası tikmək imkanlarını araşdırır
Türkiyə Mərkəzi Bankı faiz dərəcəsini aşağı saldı





















