“Bank Respublika”nın xalis mənfəəti 10 dəfə artıb
Azərbaycanın aparıcı maliyyə qurumlarından biri olan Bank Respublika 2019-cu ilin yekunlarına dair maliyyə göstəricilərini açıqlayıb.
Bankdan "Marja"ya daxil olmuş məlumata görə, Bank bazarda öz mövqeyini möhkəmləndirərək bütün əsas maliyyə göstəriciləri üzrə ciddi artım nümayiş etdirib.
Belə ki, hesabata əsasən, 2018-ci ilə nisbətən bankın xalis mənfəəti 10 dəfə artaraq 20,4 milyon manat, xalis əməliyyat mənfəəti 4 dəfə artaraq 40,7 milyon manat, xalis faiz gəlirləri isə 68% artaraq 41,3 milyon manat təşkil etmişdir.
1 yanvar 2020-ci il tarixinə bankın aktivləri 1,4 milyard manatdan çox olmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 44% çoxdur. Bundan əlavə, bankın məcmu kapitalı 49%, depozit portfeli 54%, kredit portfeli isə 41% artmışdır.
“2019-cu ildə bank bütün sahələr üzrə ciddi artım nümayiş etdirərək dinamik inkişaf etməyə davam etdirərək, iqtisadiyyatın real sektoruna xidmət istiqamətində seçdiyimiz biznes modelinin dayanıqlığını bir daha təsdiqləmişdir. Bank məhsul və xidmətlərin davamlı olaraq təkmilləşdirilməsi, müştəri xidmətinin keyfiyyətinin yüksəldilməsi, yeni rəqəmsal həllərin yaradılması və inkişafı sayəsində yüksək nəticələr əldə edə bilmişdir. Hesabat ili ərzində biz bankın müştəri bazasını əhəmiyyətli dərəcədə genişləndirməklə yanaşı, xüsusən mikro, kiçik və orta sahibkarlıq seqmentləri olmaqla ümumi kredit portfelini də artırdıq.
Yüksək maliyyə nəticələri beynəlxalq maliyyə qurumları tərəfindən də qeyd edilmişdir. Uzun fasilədən sonra 3 böyük maliyyə təşkilatı (FMO, IFC və EBRD) Bank Respublika ilə kredit müqavilələri bağlayaraq Azərbaycan bazarına qayıtmışdır. Eyni zamanda, Moodys beynəlxalq reytinq agentliyi “Bank Respublika”nın reytinqini "Pozitiv" proqnozu ilə "B3" dərəcəsinə qaldırmışdır.
İstərdim bütün bizim komandamıza, müştərilərimizə və tərəfdaşlarımıza bu nəticəni əldə etməkdə göstərdikləri əməkdaşlığa və verdikləri töhfəyə görə təşəkkür edəm! Biz öz işimizlə, yüksək keyfiyyətli xidmətimizlə və maraqlı təkliflərimizlə göstərilən etimadı doğruldaraq gələcəkdə də dinamik inkişafımızı davam etdirəcəyik “, deyə “Bank Respublika”nın Müşahidə Şurasının sədri Şakir Rəhimov qeyd edib.
Müştərilərin xəbərləri
“Prime Cotton” beynəlxalq treyderlərlə ilk müqavilələrini bağlayıb: Azərbaycan pambığı üçün yeni bazar imkanları
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
- 9 d. əvvəl
- 26 d. əvvəl
-
42 d. əvvəl
Avropada təbii qazın qiyməti son 4 ilin ən yüksək səviyyəsinə çatdı – 130 avroya yüksələ bilər
-
8 saat əvvəl
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
10 saat əvvəl
“Apple” illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı “MacBook Pro” satışa çıxır
-
10 saat əvvəl
FED-in sərt siyasəti “tamaşa” adlandırıldı – Ekspert faizlərin azaldılacağını gözləyir
-
11 saat əvvəl
Xankəndidə mühüm beynəlxalq toplantı – Maliyyə və birja sektorlarına nəzarət gündəmdə
- 11 saat əvvəl
-
11 saat əvvəl
“Kredit Evi” 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Bu gün Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqlayacaq
Avropada təbii qazın qiyməti son 4 ilin ən yüksək səviyyəsinə çatdı – 130 avroya yüksələ bilər
“Apple” illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı “MacBook Pro” satışa çıxır
FED-in sərt siyasəti “tamaşa” adlandırıldı – Ekspert faizlərin azaldılacağını gözləyir
Ən çox oxunanlar
Xankəndidə mühüm beynəlxalq toplantı – Maliyyə və birja sektorlarına nəzarət gündəmdə
FED faiz qərarını açıqladı
Bu bank minimum 8.5%-lə kredit təklif edir ®
Bakıda köhnə avtobuslar gələn il tamamilə yenilənəcək
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

























