Beynəlxalq maliyyə qurumları Azərbaycanda ilk tərəfdaş olaraq Unibank-ı seçdi
® Bir sıra Avropa maliyyə inistitutlarının və inkişaf hökumətlərinin səhmdar payı olan "Frontclear" maliyyə bazarları inkişaf şirkəti və nüfuzlu TCX maliyyə təşəbbüsləri fondu Azərbaycan bank sektorunda ilk çatdırılmayan forvard (NDF) sazişini “Unibank”la bağlayıb.
Bu saziş, “Unibank”a öz müştərilərinin valyuta risklərini minimuma endirmək və korporativ müştərilərinin uzunmüddətli maliyyə mənbələrinə çıxış imkanlarını daha da genişləndirməyə imkan yaradacaq.
Saziş Beynəlxalq Svop və Derivativlər Assosiasiyasının (ISDA) 2002 Master Agreement şərtlərinə uyğun olaraq həyata keçiriləcək.
“Unibank KB” ASC-nin İdarə Heyətinin sədri Faiq Hüseynov nüfuzlu Frontclear şirkəti və TCX fondu ilə tərəfdaşlığın bankın müştəriləri üçün yeni imkanlar yaradacağını vurğulayıb: “Biz çox şadıq ki, NDF sazişi “Unibank”ın strategiyasında vacib hədəflərdən olan yerli biznesin maliyyələşdirməsində yeni imkanlar açacaq. Bu razılaşma korporativ müştərilərimizi sərfəli və az riskli olan maliyyə vəsaitləri ilə təmin etməyə daha çox şərait yaradacaq. Bununla da Unibank real sektorun inkişafına dəstəyini bir qədər də artırmaq imkanı əldə edəcək”.
Frontclear şirkətinin böyük vitse-prezidenti Andrey Şinkeviç saziş haqda fikirlərini bildirib: “Biz ilk sövdələşməmizi Azərbaycanda həyata keçirdiyimizdən və “Unibank”ın nümunəsində Azərbaycan bankına xarici NDF bazarına çıxışında əsas rol oynayan bazanın yaradılmasında iştirakımızdan qürur duyuruq. Saziş qlobal bazar oyunçularının ölkədə hüquqi riskləri azaltmaq imkanlarını gücləndirir və gələcəkdə Azərbaycanın pul bazarlarının inkişafı üçün meyar müəyyənləşdirir”.
TCX Maliyyə Fondunun baş vitse-prezidenti Jerome Pirose təmsil etdiyi qurumun bu müqavilədə tərəfdaşlığından məmnun olduğunu bildirib: "Frontclear" kredit və hüquqi risklərin aspektlərinə böyük diqqət ayırdığından, bu tərəfdaşlıq TCX-yə partyorluq münasibətlərinin gələcəkdə inkişafı üçün birbaşa qarşılıqlı əlaqə imkanı yaradır”.
Frontclear haqqında
Frontclear, Niderland Krallığında təsis edilən, sabit və inklüziv pul bazarları ilə məşğul olan maliyyə inkişaf şirkətidir. Onun investorları əsasən Avropa maliyyə qurumları və inkişaf hökumətləridir. Milli valyutadakı aktivlərin girov idarə etmə məqsədləri üçün istifadə olunacağı təqdirdə, qarşı tərəfin kredit riskini ödəmək üçün kredit zəmanəti verməklə, Frontclear EMDC (Economically More Developed Country) bankları üçün qlobal və yerli banklararası bazarlara çıxış imkanı yaradır. Bundan əlavə, Frontclear sağlam pul bazarlarının inkişafına yönəlik texniki yardımlar da təklif edir. Bu günədək 13-dən çox ölkədə 900-dən çox borclu və tənzimləyiciyə təlim verib, mərkəzi banklar və yerli benefisarlarla onlarla partnyorluq sazişinə imza atıb.
Unibank haqqında
Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Azərbaycanın ən böyük özəl banklarındandır. Dünyanın ən böyük maliyyə qurumlarından olan AYİB “Unibank”ın əsas səhmdarlarından biridir. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. Hazırda Unibank 1 milyondan çox fərdi və korporativ müştəriyə xidmət göstərir. 27 ildən artıq mövcudluğu dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.
TCX haqqında
TCX Fondu Amsterdamda korporativ bazası və ofisləri olan, 80-dən artıq maliyyə bazarında uzun müddətli valyuta svopları və ekspedisiyaları təklif edən qlobal inkişaf maliyyə təşəbbüsüdür. Bir sıra beynəlxalq maliyyə inistitutları tərəfindən yaradılan Fond, 2007-ci ildə fəaliyyətə başlayıb və o vaxtdan bəri 3000-dən çox tranzaksiya üzrə ümumi həcmi 6,5 milyard ABŞ dolları olan hedcləmə alətləri əməliyyatı həyata keçirib. Bu gün fondun sərhəd bazarlarının 60 valyutasında 4 milyard ABŞ dollarından çox pulu var. Bu vasitə ilə Fond beynəlxalq bazarlarda iştirakı məhdud ölkələrin beynəlxalq kapital bazarına çıxışını təmin edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 6 gün sonra
-
-
16 d. əvvəl
33 min 615 baş heyvanın alınmasına 89,8 milyon manat məbləğində güzəşt tətbiq edilib
-
39 d. əvvəl
İllik gəlirlilik dərəcəsi 15% olan istiqrazlar ticarətə buraxılacaq - TARİX
- 42 d. əvvəl
-
49 d. əvvəl
"Dino Park": 3 və daha çox uşağı olan ailələr üçün 20% endirim tətbiq olunacaq
-
1 saat əvvəl
Süd məhsullarının istehsalçılarına ubsidiyaların verilməsi planlaşdırılır
-
1 saat əvvəl
Avropa bankı Qafqazın böyük avtomobil distribütor şirkətinə 25 milyon avro kredit ayırır
-
1 saat əvvəl
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
-
1 saat əvvəl
Qızılın qiyməti üzrə dünyanın ən yaxşı proqnoz verən qurumları - SİYAHI
-
2 saat əvvəl
Rusiya sülhü qəbul etməzsə…: ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avropa bankı Qafqazın böyük avtomobil distribütor şirkətinə 25 milyon avro kredit ayırır
Ən çox oxunanlar
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
"Azər-Türk Bank"ın kredit reytinqləri təsdiqlənib - BANK YENİ STRATEGİYA HAZIRLAYIR
Bakı limanında “mafiya filmi” ssenarisi
OpenAI Amazon ilə 10 milyard dollar investisiya və süni intellekt çiplərindən istifadə barədə danışıqlara başlayıb









.webp)
















.jpg)
