"Məhkəməni udmuşam, bank adımı "qara siyahı"dan çıxarmır"
"Yerli tingçilik təsərrüfatının yaradılması bizim üçün əsas məqsədlərdən biridir. Bununla bağlı ölkə başçısının müvafiq fərmanı və tapşırıqları var. Lakin bu gün bizim bağlarda qocalma və seyrəlmə prosesi gedir".
Bunu "Qeyri-neft ixracatçılarının respublika müşavirəsi"ndə çıxışı zamanı "Tovuz-Baltiya" MMC-nin baş direktoru Naiq Məmmədhəsənov bildirib.
Onun sözlərinə görə, bu gün şərabçılığın inkişafı baxımından texniki üzüm sortlarının yetişdirilməsi olduqca vacibdir.
"Ən vacib məsələlərdən biri də köməkçi materiallara olan tələbatın daxili bazar hesabına ödənilməsidir. Cənab prezidentin də qeyd etdiyi kimi, valyuta axınının qarşısını almaq üçün zavod və fabriklərimizin imkanları artırılmalıdır. Azərbaycanda "İnterGlass" adlı zavod var və həmin zavod Qafqazın şüşəyə olan tələbatını tam ödəyə bilər. Oradakı avadanlıqların hamısı İtaliyadan gətirilib və dövlət bu zavoda iri investisiya qoyub. Biz bu gün bəzi məhsulları Fransadan idxal edirik. Niyə bizim valyutamız xaricə axmalıdır? Biz niyə logistikaya əlavə vəsait verməliyik? Biz bu gün qiymətlə bağlı rəqabətə tab gətirmirik. Bu gün biz məcburiyyətdən Moldova, Gürcüstan kimi kiçik ölkələrdən məhsul alırıq. Bizim yaxşı şərabçılıq məhsullarımız var. Lakin köməkçi materialların çatışmazlığı, onların idxalı ucbatından xaricə məhsul ixrac edə bilmirik. Buna görə, mən "İnterGlass" zavodunun tam gücü ilə işləməsi üçün xahiş edirəm ki, aidiyyəti qurumlar bir tədbir görsün. Bu problem həllini taparsa, biz idxaldan azad olarıq", - deyə o bildirib.
Şirkət rəhbəri bankların əməllərindən də gileylənib: "Bu gün biz overdraftlarımızdan, akkreditivlərimizdən istifadə edə bilmirik. Bu gün logistika, köməkçi materiallar necə vacibdirsə, hər şeyin mərkəzində dayanan maliyyə-bank sistemi də bir o qədər vacibdir. Məsələn, mənim bu gün bank hesabımda 50 min avro oturub, mənə 20 min manat verin ki, elektrik enerjisinin pulunu köçürüm. Mənə o vəsaiti vermirlər. Deyirlər ki, mənim adım hansısa bankın "qara siyahısı"ndadır. Halbuki mən həmin bankla məhkəmə çəkişməsini udmuşam, əlimdə qətnamə də var. Amma adımı "qara siyahı"dan çıxaran yoxdur! Belə çıxır ki, bu cür məsələləri araşdıran yoxdur".
© APA
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
5 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
3 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
-
- 3 gün sonra
-
8 saat əvvəl
Vens: Rusiya və Ukrayna danışıqlar masasına oturmağa razılaşıb
-
8 saat əvvəl
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
-
8 saat əvvəl
Nvidia-nın rəhbəri: Süni intellektə tələb həddindən artıq yüksəkdir, lakin kapital çatışmır
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
İnvestorlar üçün yeni istiqrazlar – İllik 15% gəlir, aylıq faiz ödənişi
-
10 saat əvvəl
Britaniya şirkəti Azərbaycanın Yaşıl Enerji Dəhlizinə sərmayə yatırmaq istəyir
- 10 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
Dünyanın ən böyük sərvət fondu 30 milyard dollar zərər edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avropaya Azərbaycan elektrik enerjisinin ixracı üçün yeni imkanlar müzakirə olunur – “Zhero” layihəyə maraq göstərir
Dövlət Fondu yeni məhsulunu təqdim etdi – Sahibkarlara 5%-dən başlayan faizlə 50 min manatadək kredit veriləcək
Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinə zərbə endirib
Rabalon Microsoft texnologiyaları ilə bizneslərə yeni imkanlar açır
Çin şirkəti Azərbaycanda 200 MVt gücündə dəniz külək elektrik stansiyası tikmək imkanlarını araşdırır
Türkiyə Mərkəzi Bankı faiz dərəcəsini aşağı saldı























