"Lukoyl haqlıdır; Avtomobil istehsalçıları çənin tutumunu aşağı göstərirlər"
"LUKOYL-Azərbaycan" QSC-nin baş direktoru Zaur Cəlilovun müsahibəsi-"LUKOYL-Azərbaycan" ölkə ərazisində 63 yanacaqdoldurma məntəqəsindən ibarət şəbəkəni idarə edir. Nəzarət orqanları ilə münasibətlər necə inkişaf edir, onların nəzarətini həddindən artıq olduğunu hesab etmirsinizmi?
- QSÇ-nin bütün yanacaqdoldurma məntəqələrində müəyyən edilmiş dövlət tələblərinə uyğun olaraq yanacaq paylama kolonkaları işləməsi təmin olunub. Yanacaqdoldurma məntəqələrində avadanlıqlar mövcud qanunvericiliyə uyğun olaraq mütəmadi olaraq səlahiyyətli dövlət qurumları tərəfindən yoxlanılır. Bizim üçün bu, daim xidmət və məhsul keyfiyyətinə nəzarət etmək üçün əlavə bir stimuldur.
- Azərbaycanda satdığınız yanacaq Rusiyada və ya Avropada satılanlardan fərqlidir?
- Heç bir fərqi yoxdur. LUKOYL müştərilərinə tərkibində xüsusi əlavələrdən ibarət olan patentləşdirilmiş, yüksək keyfiyyətli EKTO yanacağını təklif edir. LUKOYL-in neft məhsulları ən yüksək beynəlxalq standartlara, eləcə də Rusiya və Avropa Birliyində qəbul edilmiş ekoloji tələblərə cavab verir.
- Narazı müştərilərlə qarşılaşırsınız? Yanacaqdoldurma məntəqələrinizdə Şikayətlər və Təkliflər Kitabı aktualdırmı?
- Müasir sosial şəbəkələr ənənəvi Şikayətlər və Təkliflər Kitabını uğurla tamamlayır. Çox vaxt şikayətlər əsassız olur və sosial şəbəkələrdə yerləşdirilən paylaşımları artıq digər istifadəçilər də dəstəkləyirlər. Biz həmişə müştərilərin istəklərinə diqqətlə yanaşırıq və hər bir istəyi fərdi qaydada dərhal nəzərdən keçiririk. Bunun sayəsində istehlakçının LUKOYL brendinə sadiqlik dərəcəsi yüksəkdir.
- Əvvəlcə narazı olan bir müştərini özünüzə cəlb edə və onu iddialarının əsassız olduğuna inandıra bilirsinizmi?
- Bunun üçün səy göstəririk. Məsələn, bir bloqqer müştərisinin bir yanacaqdoldurma məntəqəsində doldurulan yanacaq həcmi ilə avtomobilin texniki pasportunda göstərilən çənin tutumu arasındakı uyğunsuzluqla əlaqəli son bir sorğusunu yerinə yetirmək üçün onun avtomobilinin çən tutumu yoxlanışını təşkil etmək lazım olub. Məsələ ondadır ki, təhlükəsizlik baxımından avtomobilin texniki xüsusiyyətlərində çənin həcmi faktiki səviyyədən aşağı göstərilə bilər. Müxtəlif istehsalçıların avtomobilləri üçün faktiki və texniki pasportunda göstərilən yanacaq çənin həcmi fərqlidir və bir sıra amillərdən, o cümlədən istismar amillərdən, asılıdır. Dəqiq həcmi ölçmək yalnız apardığımız yoxlamanın nəticələrinə görə mümkündür. Və biz onu etdik.
Nəticədə müştəri paylanmış yanacaq həcmi ilə avtomobilinin çəninin həqiqi tutumu arasındakı dəqiq uyğunluqdan əmin ola bildi. Bloqqer sosial şəbəkələrdə daha əvvəl yazılmış iddianı təkzib edən başqa bir paylaşım edib, həmçinin video görüntüləri və yoxlamanın nəticələrini də yerləşdirmişdi.
-Azərbaycanda yanacaqdoldurma məntəqəsinin əməkdaşları üçün bu vəziyyətdə necə davranmaq, qəza vəziyyətində reaksiya göstərmək barədə təlimatlar varmı? Axı, yanacaqdoldurma məntəqələri artan yanğın təhlükəsi obyektidir.
- LUKOYL yanacaqdoldurma məntəqəsinin bütün işçiləri təlim, peşəkar inkişaf proqramları və müntəzəm brifinqlərdən keçirlər. Təhlükəsizlik qaydalarına riayət etmək hər LUKOYL işçisinin borcudur. Bu, təkcə Azərbaycana deyil, şirkətin işlədiyi bütün ölkələrə aiddir. Yanacağın keyfiyyətinə, yanacaqdoldurma məntəqələrində xidmət səviyyəsinə və təhlükəsizlik səviyyəsinə diqqətlə yanaşmaq eyni zamanda "LUKOYL" şirkətinin sənaye və ekoloji təhlükəsizlik sahəsində korporativ standartları ilə şərtləndirilib.
-Bu ilin birinci yarısında şirkətin Azərbaycandakı fəaliyyətinin nəticələri hansılardır? Bu ilin birinci yarısında Azərbaycanda LUKOYL neft bazası vasitəsilə neft məhsullarının daşınması həcmi nə qədərdir? Şirkət tərəfindən ilin birinci yarısının sonunda respublikada satılan neft məhsullarının həcmi nə qədərdir?
- "LUKOYL Azərbaycan" QSC-nin 2020-ci ilin birinci yarısında neft məhsullarının daşınması 158 min tonu keçib. Neft məhsullarının pərakəndə satışı təxminən 99 min ton təşkil edib. Kiçik topdan satış 59 min tonu keçib.
Xatırladaq ki, Azərbaycan Milli Antidopinq Agentliyinin Media və Kommunikasiya şöbəsinin müdiri Vamiq Nəsirov sosial şəbəkə hesabında iddia etmişdi ki, "Lukoil"un yanacaqdoldurma məntəqəsində tutumu 75 litr olan avtomobilin yanacaq çəninə 82 litr yanacaq vurulub.
""Lukoil"un yanacaqdoldurma məntəqələrindən birində tam çən yanacaq doldurdum. 75 litr tutumu olan çənə 82 litr yanacaq "vurdular". Üstəlik çəndə ən az 3 litr yanacaq vardı. Məsələni aydınlaşdırmaq istədim. Amma çox konkret bir cavab verdilər - "Nə var odur". O qədər əmin və qəti cavab verdilər ki, özümdən və "Hyundai" şirkətindən şübhələndim. Dedim yəqin "Hyundai" "bezrazmer" yanacaq çəni istehsal edib, müştəriləri məlumatlandırmayıb".
©️ Trend
Müştərilərin xəbərləri
PAŞA Bankın səhmlərinə abunə yazılışının müddətinin uzadılmasından sonra yaranmış iddialara cavab: "İnvestorlar 2025-ci il üzrə dividend əldə etmək hüququnu saxlayırlar"
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
3 saat sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 15 d. əvvəl
- 43 d. əvvəl
-
1 saat əvvəl
“PAŞA Bank” 2025-cı ilin illik maliyyə nəticələrini açıqlayıb
-
1 saat əvvəl
"Ötən il BOKT “İnternational” bazardakı mövqeyini daha da möhkəmləndirib" - MÜSAHİBƏ
-
2 saat əvvəl
"PAŞA Bank": 107 milyon manat dividend elan edilməsi barədə qərar qəbul olunacağını gözləyirik"
-
2 saat əvvəl
"PAŞA Bank": Bugünədək 13 min unikal investor yeni səhmləri almaq üçün sifariş yerləşdirib
-
2 saat əvvəl
CityNet TV kino həvəskarları üçün özəl “Film Paketi” təqdim edir
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 19 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bank sektorunda son vəziyyət - YENİ RƏQƏMLƏR AÇIQLANDI
“PAŞA Bank” 2025-cı ilin illik maliyyə nəticələrini açıqlayıb
"PAŞA Bank": 107 milyon manat dividend elan edilməsi barədə qərar qəbul olunacağını gözləyirik"
"PAŞA Bank": Bugünədək 13 min unikal investor yeni səhmləri almaq üçün sifariş yerləşdirib
Ən çox oxunanlar
"Ötən il “PAŞA Bank” dayanıqlı artımlar nümayiş etdirib"
Rəsmi məzənnələr açıqlandı
Neft razılaşma ümidilə kəskin ucuzlaşıb























.jpg)

