Azərbaycanda iki nəhəng şirkət arasında məhkəmə çəkişməsi
Bakı Apellyasiya Məhkəməsində "Holcim" (Azərbaycan) ASC-nin “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə qarşı məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.
Hakim Valeh Ağayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, "Holcim" (Azərbaycan) ASC-nin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərardad dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, "Holcim" (Azərbaycan) ASC “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-ni məhkəməyə verib. 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi iddia ərizəsini geri qaytarılıb. Qərardaddan narazı qalan "Holcim" (Azərbaycan) ASC apellyasiya şikayəti verib.
Xatırladaq ki, "Holcim" (Azərbaycan) ASC dünyanın aparıcı sement təchizatçılarından olan "Holcim Qrup"unun bir hissəsi olaraq, ölkədə klinker və sement istehsal edən qabaqcıl müəssisələrdən sayılır.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 9 d. əvvəl
- 18 d. əvvəl
-
19 d. əvvəl
Prezident İlham Əliyev İranın Ali Rəhbərinə başsağlığı verib
-
31 d. əvvəl
İranın prezidenti səlahiyyətlərini icra edəcək şəxs məlum olub
- 1 saat əvvəl
-
1 saat əvvəl
Heydər Əliyev prospektinin bir addımlığında yeni yaşayış kompleksi tikilir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"İran prezidentinin helikopterində olanların hamısı ölmüş sayılır"
- 11 saat əvvəl
-
12 saat əvvəl
Türk İnvestisiya Fondunun təsis iclası keçirilib, Baş direktoru seçilib