"Heç kim narahat olmasın"
“Mən bütün xalqımızı, dünya azərbaycanlılarını, Ali Baş Komandanımızı və bizə bu qələbəni qanı canı ilə bəxş edən Azərbaycan ordusunu təbrik edirəm. Qürurlu tarixə şahidlik edirik”.
Bunu deputat Vahid Əhmədov deyib. Millət vəkili xatırladıb ki, 30 ilə yaxın müddətdə az qala bir milyon insanımız məcburi köçkün həyatı yaşayıb:
“Şükürlər olsun ki, şanlı tariximizi yazan rəşadətli Ordumuz, bizə bu xoşbəxtliyi yaşatdı. Biz kimsənin inanmadığı, heç kimin edə bilmədiyini gerçəkləşdirdik. Biz Prezident İlham Əliyevin də dediyi kimi, dünyaya necə qüdrətli bir dövlət, əzmkar bir millət olduğumuzu sübut etdik. Biz millət və Silahlı Qüvvələr olaraq tarix kitablarına adımızı qızıl hərflərlə yazdırdıq. Yüz illərlə dünyanın çeşidli ölkələrində bizdən bəhs ediləcək, hər yerdə Azərbaycan adı gələndə köks ötürəcək. Bir sözlə, bu qələbəni ifadə etməkdə söz acizdir”.
Vahid Əhmədov Qarabağda yerləşdirilən sülhməramlılara da münasibət bildirib:
“Yeri gəlmişkən, bölgəyə Rusiya sülhməramlılarının gəlişindən əndişələnən soydaşlarımıza səslənirəm. Heç kim narahat olmasın. Əvvəla, Rusiya doxsanıncı illərdəkindən fərqli olaraq, bu əməliyyatlar dönəmində səmimiyyətini və digər vasitəçi dövlətlərdən, Ermənistanın aşkar-gizli havadarlarından fərqli olaraq neytrallığını qorumaqla Azərbaycanın səmimi dostu olduğunu və bizimlə strateji müttəfiqlik münasibətlərində olmaq istəyini ortaya qoydu. Eyni zamanda bölgəyə azsaylı sülhyaradıcı rus kontingentinin gəlməsi heç bir halda Rusiyanın Azərbaycanda yenidən hərbi baza yaratması kimi qiymətləndirilməsin. Bu sadəcə Türkiyə hərbçiləri ilə birlikdə məhdud sayda sülhməramlı hərbçilərin mövcudluğundan ibarət olacaq.
Bir vacib məqamı da unutmayaq ki, bölgədəki sülhün qarantı təkcə Rusiya deyil, bizi biz yapan qardaş ölkəmiz - Türkiyə də olacaq. Türkiyənin yeddidən yetmişədək bütün vətəndaşlarına sonsuz təşəkkürümü və minnətdarlığımı da bildirirəm və Ərdoğanın Türk dünyasının lideri adına haqq etdiyini qəbul edirəm. Türkiyə savaş dönəmində Azərbaycana verdiyi misilsiz mənəvi dəstəyinə görə hər birimizin qəlbində özünə əbədi yer qazandı. Eşq olsun Türkiyə-Azərbaycan qardaşlığına”.
Modern.az
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
2 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 2 gün sonra
-
2 saat əvvəl
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
-
2 saat əvvəl
Rusiya Mərkəzi Bankı faizləri endirmədi – İnflyasiya yenidən sürətlənir
-
2 saat əvvəl
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
-
2 saat əvvəl
Tramp Zelenskiyə çağırış etdi: Artıq Rusiya ilə razılaşmağın vaxtıdır
- 2 saat əvvəl
-
3 saat əvvəl
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
-
3 saat əvvəl
Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
Ən çox oxunanlar
Qızılın unsiyasının qiyməti 4000 dollardan da aşağı düşdü
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
Böyük şirkət istismara yararsız texnikalarını satır – 1 tonunun qiyməti 1 200 manatdan başlayır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kristal Bakı”da növbədənkənar yığıncaq keçirilib
Türkiyədə Orta Dəhlizi gücləndirəcək dəmir yolu xəttinin tikintisinə 250 mln. dollar ayrılıb
Azərbaycana soğan idxalı artıb – 15 057 ton























