Nağıyev sahibkarları azad olunmuş torpaqlarda hotellərin tikintisinə investisiya qoymağa çağırıb
Fuad Nağıyev sahibkarları azad olunmuş torpaqlarda hotellərin tikintisinə investisiya qoymağa çağırıb. Bu haqda Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev dekabrın 17-də keçirilən Azərbaycan Hotel Assosiasiyasının 3-cü Baş Assambleyasında çıxış edərkən bildirib.
Onlayn təşkil olunan Baş Assambleyanın keçirilməsində əsas məqsəd Azərbaycan Hotel Assosiasiyasının il ərzində fəaliyyəti, 2021-ci il üçün planlaşdırılmış tədbirlər haqqında məlumat verməkdir. Assambleyada iştirakçılar Milli Ulduz Təsnifatı sisteminə uyğun olaraq hotellərin ulduzlaşması, müraciət qaydaları və tətbiq prosedurları haqqında da məlumatlandırılıblar. Həmçinin pandemiya və postpandemiya dövründə turizmin bərpası üzrə çətinliklərlə bağlı sənaye nümayəndələri ilə müzakirələrin aparılıb.
Assambleyada çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev dünya turizminin bütün sahələri kimi hotelçilik sahəsinin də xeyli zərər gördüyünü qeyd edib.
Fuad Nağıyev sənaye üçün daha əlverişli mühitin yaradılması məqsədilə Dövlət Turizm Agentliyi tərəfindən müvafiq dəstək mexanizmlərinin hazırlandığı barəsində məlumat verib.
Agentlik sədri, həmçinin Assambleya iştirakçılarını şanlı qələbəmiz münasibətilə təbrik edib. O, Qarabağ üzrə Regional Turizm İnkişaf Strategiyasının hazırlandığını bildirib. Eyni zamanda Fuad Nağıyev sahibkarları Qarabağın turizm potensialına və hotellərin tikitintisinə investisiya yatırmağa səsləyib. Qarabağda turizmi birlikdə inkişaf etdirməyə çağıran F.Nağıyev tezliklə Qarabağda yeni hotellərin açılacağına və oraya üz tutan turistlərə ən yüksək keyfiyyətli xidmətlərin göstəriləcəyinə dair inamını ifadə edib.
Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid Milli Ulduz Təsnifatı sisteminə uyğun olaraq artıq 4 regional hotelə ulduz kateqoriyasının verildiyini bildirib.
O, çıxışında, həmçinin turizm sənayesini postpandemiya dövrünə hazırlamaq üçün həyata keçirilən layihələr haqqında məlumat verib. O bildirib ki, hotelçilik sənayesinin nümayəndələri pandemiya ilə bağlı yaranmış böhranlı və çətin vəziyyətdə sosial məsuliyyətlilik nümayiş etdiriblər. “Xaricdən gələn vətəndaşların yerləşdirilməsi üçün karantin rejimində istifadə olunan hotellərin dəstəyi yüksək qiymətləndirilir”,- deyə F.Zenqstşmid əlavə edib.
Assosiasiyanın Prezidenti Martin Kleinman hotelçilik sənayesində qısa və uzunmüddətli bərpa planlarının həyata keçirilməsinin vacibliyi haqqında danışıb.
AHA-nın Baş İcraçı Direktoru Günay Sağlam Assosiasiyanın işində Dövlət Turizm Agentliyi, eyni zamanda Azərbaycan Turizm Bürosunun dəstəyini vurğulayıb. O, pandemiya dövründə sənayenin birgə və koordinasiyalı fəaliyyətinin yaranmış çətinliklərə daha çevik reaksiya verilməsində mühüm rol oynadığını qeyd edib.
2018-ci ildən fəaliyyətə başlayan Azərbaycan Hotel Assosiasiyası hotelçilik sənayesinin nümayəndələrini bir araya toplamaq və qonaqpərvərlik sənayesini inkişaf etdirmək üçün platforma rolunu oynayır.
Müştərilərin xəbərləri
"Prime Cotton" şirkəti GOTS sertifikatını əldə edərək Azərbaycan pambıq sektorunda yeni mərhələ açır
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 2 gün sonra
-
-
5 d. əvvəl
9% gəlir təklif edən dollar istiqrazları üzrə hərrac keçiriləcək - TARİX AÇIQLANDI
- 15 d. əvvəl
-
20 d. əvvəl
EBRD ötən il Azərbaycandakı layihələrə 81 milyon avro ayırıb
- 21 d. əvvəl
-
30 d. əvvəl
Bitcoin-in qiyməti 60 min dollara düşüb - 2 trilyon dollar silinib
- 1 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
“Volvo” səhmlərində tarixinin ən sərt satışları baş verib
Ən çox oxunanlar
Yapı Kredi-nin mənfəəti 62 faiz artıb
Almaniyadan “Amazon”a 59 milyon avro cərimə
“İrana bombardmançı təyyarələrimizi göstərdik”
Avropa Mərkəzi Bankı faizlərini dəyişdirmədi
Azərbaycanda bank müştəri hesablarının sayı 17%-ə yaxın artıb
Dövlət Vergi Xidməti proqnozdan 50 milyon manat daha çox vergi yığıb
Azərbaycanda restoranda robot-ofisiant xidmət göstərməyə başlayıb





















