Marcom 2021-ci il üçün planlarını açıqladı
Yerli bazar iştirakçıları üçün özəl marketinq xidmətləri formalaşdıran Marcom marketinq və kommunikasiyalar şirkəti növbəti il üçün planlarını açıqladı.
Şirkətin icraçı direktoru Ceyhun Fərzəliyev 2020-ci ili şirkət üçün məhsuldar olduğunu bildirib.
“Hər il olduğu kimi bu il də Marcom şirkəti olaraq yerli bazar iştirakçılarını maarifləndirmə istiqamətində işlərimizi davam etdirdik. Ödənişsiz konsultasiya xidməti sayəsində marketinq xidmətlərindən faydalanmaq istəyən sahibkarları həm üzləşə biləcəkləri risklərlə bağlı maarifləndirdik, həm də qeyri-peşəkar marketinq xidməti təklif edən şirkət və ya fiziki şəxslərdən qorumağa çalışdıq. Bu şirkətin uzunmüddətli strategiyası olduğu üçün biz bu işi davamlı olaraq etməyi planlaşdırırıq. Dünyada və ölkəmizdə pandemiya səbəbi ilə iqtisadiyyatda ciddi kiçilmələr olmasına baxmayaraq yerli bazar iştirakçılarına xidmət göstərməyə davam etdik. 2017-ci ildə şirkətin krizis kommunikasiya planı çərçivəsində formalaşdırdığımız marketinq audit, kontent marketinq, tibbi marketinq və autsors marketinq xidmətləri bu il bazarda ən çox sifariş olunan xidmətlərimizdən oldu.”
Ceyhun Fərzəliyev növbəti il bazar iştirakçıları üçün yeni xidmətlər təqdim edəcəklərini söylədi.
“Biz daima bazardakı tendensiyaları araşdırır və yerli bazar iştirakçılarının ehtiyaclarına uyğun xidmətlər formalaşdırmağa çalışırıq. Növbəti il ərzində də bu ənənəni davam etdirərək bazar iştirakçıları üçün yeni xidmətlər təqdim edəcəyik. Təqdim edəcəyimiz xidmətlər müştərilərin həm rəqəmsal marketinq, həm də oflayn marketinq hisəsini əhatə edir. Yeni xidmətlər şirkətlərin marka dəyəri və satışlarının artırılmasına xidmət edəcəkdir.”
İcraçı direktor gələn il bir çox şirkətlər ilə mühüm strateji tərəfdaşlıqlara imza atacaqlarını da vurğuladı.
“Hal-hazırda 4 şirkətlə strateji tərəfdaşlıq imkanlarımızı müzakirə edirik. Bunların içərisində həm yerli, həm də xarici şirkətlər var. Düşünürəm ki, həmin şirkətlərlə əməkdaşlıq yerli bazar iştirakçıları üçün marketinq sahəsində yeni istiqamətlər açacaqdır".
İcraçı direktor növbəti il həmçinin şirkətin yeni və daha funksional saytının da təqdim olunacağını söylədi.
“Pandemiya insanlarda yeni vərdişlər formalaşdırdı. Biz də bir il ərzində bu vərdişləri analiz edərək yeni saytımızda tətbiq etməyi qərara almışıq. İstifadəçilər yeni interfeysli saytda bir çox xidmətləri avtomatlaşdırılmış formada görəcəklər. Yeni saytda olan funksionallıqları mərhələli şəkildə istifadəyə verməyi nəzərdə tutmuşuq. Hal-hazırda sayt proqramlaşdırma mərhələsindədir.”
Şirkət növbəti il Gürcüstan bazarına və Azərbaycanda hüquq, təhsil, kənd təsərrüfatı, tikinti, turizm, informasiya texnologiyaları sahələrinə daha çox diqqət ayıracaq.
“Marcom şirkəti olaraq artıq neçə ildir Gürcüstan bazarında da şirkətlərə marketinq xidmətləri göstərməyə davam edirik. Təəssüflər olsun ki, pandemiya bu il bizə ordakı fəaliyyətimizi tam şəkildə davam etdirməyə imkan vermədi. Ona görə də gələn il vəziyyət düzələrsə, Gürcüstan üzrə işlərə daha çox fokuslanacağıq. Yerli bazarda isə bu il biz pandemiyadan daha çox əziyyət çəkən fəaliyyət sahələrinə dəstək olmağa çalışacağıq. Araşdırmalarımız göstərir ki, bu istiqamətlər üzrə fəaliyyət göstərən şirkətlərin rəqəmsal dünyaya keçid etməsində ciddi boşluqlar mövcuddur. Bu boşluqlar onlara yeni rəqəmsal vərdişləri formalaşmış istifadəçilərlə ayaqlaşmaqda çətinliklər yarada bilər.”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 12 d. əvvəl
-
- 25 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Birləşmiş Ərəb Əmirlikləri ölkədə qalmış turistlərin yaşayış xərclərini qarşılayacaq
-
2 saat əvvəl
Avropada birja ticarətinin açılışında qazın qiyməti 20% artıb
-
2 saat əvvəl
Gəncə Cümə məscidində təmir-bərpa işləri üçün 1,6 milyon manat ayrıldı
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Müharibənin ABŞ üçün xərci hesablanıb
TAP-ın ötürücülük gücü əlavə olaraq 1,2 milyard artırılıb
“Trendyol”da Novruz endirimləri başlayır
Birləşmiş Ərəb Əmirlikləri ölkədə qalmış turistlərin yaşayış xərclərini qarşılayacaq
Avropada birja ticarətinin açılışında qazın qiyməti 20% artıb
Türkiyə iqtisadiyyatı 2025-ci ildə 3,6 faiz artıb
Qızıl daha da bahalaşdı
Martın 3-də gözlənilən hava şəraiti
İran rəsmisi Əli Laricani: "İran ABŞ ilə danışıqlar aparmayacaq"
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Naxçıvan filialına rəhbər təyin edilib
İnvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Qlobal bankdan Hörmüz boğazı ssenariləri




















