Azərbaycanın turizm sektorunun tənəzzül göstəriciləri açıqlandı
Koronavirus (COVID-19) pandemiyasının yaratdığı böhran nəticəsində turizm sektorunda müşahidə olunan tənəzzül digər ölkələrdə olduğu kimi, Azərbaycanda da müşahidə olunmaqda davam edir.
Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2020-ci ildə Azərbaycana dünyanın 155 ölkəsindən 795,7 min və ya 2019-cu illə müqayisədə 4,0 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.
Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikası ilə qonşu dövlətlər arasında dövlət sərhədində məhdudlaşdırıcı rejimin, eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması 2020-ci ilin aprel-dekabr aylarında ölkəmizə gələnlərin sayında kəskin azalmaya səbəb olmuş və baş tutmuş səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilmişdir.
2020-ci ildə ölkəmizə gələnlərin 28,3 faizi Rusiya Federasiyası, 23,2 faizi Gürcüstan, 20,2 faizi Türkiyə, 9,1 faizi İran, 2,1 faizi Ukrayna, 1,6 faizi Hindistan, 1,5 faizi Səudiyyə Ərəbistanı, 1,1 faizi Qazaxıstan, hər birindən 1,0 faiz olmaqla Pakistan, Birləşmiş Ərəb Əmirlikləri və Türkmənistan, hər birindən 0,9 faiz olmaqla Küveyt və Böyük Britaniya, 0,8 faizi Belarus, hər birindən 0,7 faiz olmaqla Özbəkistan və İraq, 0,5 faizi İsrail, hər birindən 0,4 faiz olmaqla Almaniya və İtaliya, 4,5 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olmuşdur. Gələnlərin 81,1 faizini kişilər, 18,9 faizini qadınlar təşkil etmişdir.
2020-ci il ərzində Çindən gələnlərin sayı 16,7 dəfə, Cənubi Koreyadan - 13,8 dəfə, İsraildən - 11,1 dəfə, Yaponiyadan - 10,2 dəfə, Polşadan - 10,0 dəfə, İraqdan - 9,8 dəfə, Səudiyyə Ərəbistanından - 9,0 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən - 8,6 dəfə, Macarıstandan - 8,3 dəfə, Omandan - 7,5 dəfə, Kanadadan - 7,4 dəfə, ABŞ-dan - 7,2 dəfə, Qətərdən - 6,7 dəfə, Türkmənistandan - 6,3 dəfə, Fransadan - 6,0 dəfə, Almaniyadan - 5,8 dəfə, Qazaxıstandan - 5,6 dəfə, Niderlanddan - 5,3 dəfə, Böyük Britaniyadan - 5,2 dəfə, Misirdən - 5,1 dəfə azalmışdır.
Ümumilikdə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 5,9 dəfə azalaraq 23,0 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 5,0 dəfə azalaraq 110,7 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 4,2 dəfə azalaraq 273,4 min nəfər olmuşdur.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 70,0 faizi dəmir yolu və avtomobil, 27,6 faizi hava, 2,4 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.
2019-cu illə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 4,8 dəfə azalaraq 1164,6 min nəfər olmuşdur.
Ölkə vətəndaşlarının 29,2 faizi İrana, 26,4 faizi Gürcüstana, 18,9 faizi Rusiya Federasiyasına, 16,4 faizi Türkiyəyə, 9,1 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 70,4 faizini kişilər, 29,6 faizini qadınlar təşkil etmişdir. Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 6,0 dəfə, Gürcüstana gedənlərin sayı 5,2 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı 4,5 dəfə, Türkiyəyə gedənlərin sayı isə 3,3 dəfə azalmışdır.
2020-ci ildə xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 73,2 faizi dəmir yolu və avtomobil, 23,8 faizi hava, 3,0 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
3 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 2 gün sonra
- 9 d. əvvəl
-
20 d. əvvəl
Neft bazarında yeni bahalaşma dalğası – Brent 114 dolları, ABŞ nefti 100 dolları ötüb
- 27 d. əvvəl
-
50 d. əvvəl
Azərbaycanda bitki yağları üzrə təminat zəifdir: göstərici 52,4%-ə geriləyib
- 52 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Süd və süd məhsulları üzrə özünütəminetmə 81% olub – 6 illik mənzərə
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Daşkəsəndə kənd köçürülür? – Rəsmi reaksiya
Nvidia-nın rəhbəri ilk dəfə Qazaxıstana səfər edib – Ölkədə süni intellektə 10 milyard dollarlıq investisiya planlaşdırılır
Ən çox oxunanlar
Balıq və balıq məhsulları üzrə təminat güclənib: 81,1%
Yumurta üzrə yerli təminat daxili tələbatı üstələyib – 104%
Süd və süd məhsulları üzrə özünütəminetmə 81% olub – 6 illik mənzərə
Oktyabrın 24-də gözlənilən hava şəraiti
“AllAllFinance”ın xalis mənfəəti 14% artıb
Quş əti üzrə təminat güclənib: 81,9%
“Yüksək gəlir hələ başlanğıcdır – TL kart hədiyyəsi də Ziraat Bank Azərbaycandan!” ®
























