Azərbaycan prezidenti ödəmə qabiliyyətini itirmiş banklarla bağlı fərman imzalayıb
Azərbaycan prezidenti İlham Əliyev “Ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.
Marja-nın məlumatına görə, Fərmana əsasən, Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Həmçinin Maliyyə Bazarlarına Nəzarət Palatasına Fərmandan irəli gələn məsələləri həll etmək, Ədliyyə Nazirliyinə isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.
Ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi Qaydası
Azərbaycan Respublikası Prezidentinin
2017-ci il 3 may tarixli
Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Bu Qayda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 164.1.36-cı maddəsinə əsasən hazırlanmışdır və ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi qaydasını müəyyən edir.
1.2. Ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həmin qeyri-işlək (toksik) aktivlərə mülkiyyət hüququnun, habelə həmin qeyri-işlək (toksik) aktivlərlə birlikdə təqdim olunan onlara dair təminata girov hüququnun özgəninkiləşdirilməsindən ibarətdir.
2. Əsas anlayışlar
2.1. Bu Qaydanın məqsədləri üçün qeyri-işlək (toksik) aktiv dedikdə, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının normativ xarakterli aktlarına əsasən qeyri-standart aktiv kimi təsnifləşdirilmiş aktiv, habelə bu aktiv üzrə təminatlar başa düşülür.
2.2. Bu Qaydada istifadə olunan digər anlayışlar “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş mənaları ifadə edir.
3. Qeyri-işlək aktivlərin təqdim edilmə forması
3.1. Qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsindən əvvəl bank tərəfindən həmin aktivlərin qeyri-işlək (toksik) aktivlər kateqoriyasına aid olması barədə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının rəyi alınır.
3.2. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən bu Qaydanın 3.1-ci bəndində nəzərdə tutulan rəy 20 (iyirmi) gün müddətində verilməlidir.
3.3. Ödəmə qabiliyyətini itirmiş bankın rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş mülki-hüquqi müqavilələrə uyğun olaraq həyata keçirilir.
3.4. Təqdim edilən qeyri-işlək (toksik) aktivlər digər aktivlərlə birlikdə təqdim olunursa, müqavilədə qeyri-işlək aktivlər barədə məlumatlar ayrıca qeyd olunmalıdır.
3.5. Təqdim edilən qeyri-işlək (toksik) aktivlərin dəyəri müqavilə tərəflərinin qarşılıqlı razılığı əsasında müstəqil qiymətləndirici (müstəqil qiymətləndiricilər) tərəfindən müəyyən edilir.
3.6. Qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsinə dair müqavilədə ən azı aşağıdakılar göstərilməlidir:
3.6.1. müqavilənin tərəfləri, predmeti, məbləği;
3.6.2. tərəflərin hüquq və vəzifələri, məsuliyyəti;
3.6.3. qeyri-işlək (toksik) aktivlərə ödəmə qabiliyyətini itirmiş bankın mülkiyyət hüququnu yaradan müqavilənin tərəfləri, tarixi, nömrəsi.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
5 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
3 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
-
- 3 gün sonra
-
20 d. əvvəl
İlon Mask 80 milyard dollar borcu olan media nəhənginə 1 milyard dollar yatırıb
- 31 d. əvvəl
- 43 d. əvvəl
-
52 d. əvvəl
PepsiCo və Taco Bell əməkdaşlığı 2036-cı ilə qədər uzadıb - KFC isə Coca-Cola-ya keçir
-
1 saat əvvəl
Netflix-in xalis mənfəəti 44 faiz artaraq 3,66 milyard dollara çatıb
-
13 saat əvvəl
Vens: Rusiya və Ukrayna danışıqlar masasına oturmağa razılaşıb
-
13 saat əvvəl
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
-
14 saat əvvəl
Nvidia-nın rəhbəri: Süni intellektə tələb həddindən artıq yüksəkdir, lakin kapital çatışmır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
Netflix-in xalis mənfəəti 44% artıb, lakin səhmləri 6% ucuzlaşıb – Şirkət reklam gəlirləri üzrə proqnozunu azaldıb
PepsiCo və Taco Bell əməkdaşlığı 2036-cı ilə qədər uzadıb - KFC isə Coca-Cola-ya keçir
Netflix-in xalis mənfəəti 44 faiz artaraq 3,66 milyard dollara çatıb
Ən çox oxunanlar
Vens: Rusiya və Ukrayna danışıqlar masasına oturmağa razılaşıb
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
Nvidia-nın rəhbəri: Süni intellektə tələb həddindən artıq yüksəkdir, lakin kapital çatışmır
Dünyanın ən böyük sərvət fondu 30 milyard dollar zərər edib



























