Virusun tam qarşısını alan burun spreyi hazırlanır
“Bildiyimiz kimi, virusla mübarizədə peyvəndlər qədər önəmli olan vasitələrdən biri də virusu öldürən və ya yoluxduqdan sonra onun çoxalmasının qarşısını alan farmakoloji birləşmələr və dərmanlardır. Bu istiqamətdə son günlərdə önəmli və nəticələri uğurla yekunlaşan bir tədqiqat aparılıb”.
Bunu açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib.
Onun sözlərinə görə, bu tədqiqatda göstərilir ki, yoluxduqdan sonra orqanizmdə birbaşa virusu öldürən, yəni antiviral təsir edən dərmanı tapmaq yox, eləcə də virusa yoluxma prosesi zamanı bu yoluxmanın qarşısını alacaq dərmanı tapmaq da çox önəmli şəkildə kömək edə bilər:
“Belə ki, virusun orqanizmə daxil olması üçün hüceyrə membranı ilə virusun birləşməsi vacibdir və bu birləşmənin qarşısını alacaq preparat yoluxmanın da qarşısını alacaq. Tədqiqatda bu birləşmənin qarşısını ala biləcək peptidlərdən, yəni müəyyən zülallardan istifadə edilərək onlar lipidlərlə, yəni yağlarla birləşdirilib. Bu da öz növbəsində peptidlərin təsir vaxtını müəyyən qədər uzadıb. Bu effekt isə tədqiqatın nəticələrini daha da vacib edib. Yekun nəticəyə əsasən, bu effektin parainfluenzalara, influenzaya, qızılcaya və nipah virusuna qarşı da təsiri göstərilib”.
Tibb elmləri doktoru bildirib ki, artıq elmi ədəbiyyata daxil olan bu tədqiqatda yuxarıda qeyd olunan və elmə məlum olan bu lipopeptid birləşməsi profilaktika məqsədilə virusa qarşı burundaxili istifadə edilib:
“Elmi tədqiqatın ilkin nəticələri ən nüfuzlu jurnallardan olan "Science"də dərc edilib. Bu profilaktikanın həm virusla kontaktdan öncə, həm də virusa yoluxduqdan sonra istifadəsi nəzərdə tutula bilər. Profilaktika dedikdə isə artıq xəstələnmiş və yataqda olan insana tətbiq deyil, həqiqətən sadəcə virusla kontakt zamanı nəzərdə tutulur. Məsələn, insanların bu dərmandan 24 saat ərzində kontaktda olduğu adamın virusa yoluxduğunu sonradan bilən zaman istifadə etməsi nəzərdə tutulur. Tədqiqatda göstərilib ki, bu birləşmə 24 saat sonra yuxarı konsentrasiyada heyvanların ağciyərlərində də qalır, orada da effekt göstərir və hətta müəyyən qədər qana da keçir. Bu zaman ərzində isə hüceyrələrə toksik təsir etməmişdir. Bundan sonra onlar virusun 8 saatdan sonra hüceyrələrə daxil olmasının qarşısının alınmasını da təsdiq edə biliblər. Sonra heyvan modelində bu birləşmənin necə istifadəsini də araşdırıblar. Belə ki, tədqiqatın önəmli olan bu nəticəsi insanlarda da təsdiqini taparsa, böyük bir uğurun başlanğıcı ola bilər. Tədqiqatda iştirak edən heyvanlara burun spreyi şəklində iki dəfə bu birləşməni vurub 6 saat sonra virusa yoluxmuş digər heyvanlarla birgə bir yerə yerləşdiriblər. Eyni zamanda burun spreyi almayan eyni heyvanları da həmin yerə yerləşdirmişlər. Nəticədə isə burun spreyi alan heyvanlarda 100 faiz müdafiə sübut edilib və digər burun spreyi almayan heyvanlar isə virusa yoluxmuş və qanlarında da anticisim tapılmışdır. Tədqiqatın digər maraqlı nəticəsi isə yeni virus ştammlarına qarşı, xüsusilə də Böyük Britaniya ştammına qarşı da effektivliyin sübut edilməsidir”.
“Sonda isə bir daha qeyd etmək istəyirəm ki, bu sadəcə heyvanlar üzərində aparılan tədqiqatdır və insanlar üzərində hələ sınanmayıb. Pandemiya bitənə qədər o sınaqlar da bitərsə təbii ki, 24 saata qədər olan effektivliyi ilə virusa yoluxmaların sayını kəskin şəkildə ala bilər ki, bu da böyük bir uğurun başlanğıcı ola bilər”, - azərbaycanlı alim əlavə edib.
Report
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
-
1 saat əvvəl
Məşhur bazar analitikindən 20 faizlik çöküş xəbərdarlığı: 6 səbəb sadaladı
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
- 2 saat əvvəl
-
3 saat əvvəl
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
- 3 saat əvvəl
-
3 saat əvvəl
Almaniyada məşğulluq böhranı: İşçi qüvvəsinin 30 faizi bazarı tərk edəcək
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
İri bank 2027-ci ilin ortalarına qədər qızılın bir unsiyasının qiymətinin 5100 dollara çatacağını proqnozlaşdırır
"Dünya iqtisadiyyatı böyük təhlükədən yayındı”
İDEAL KREDİT BOKT-da işçi sayı il ərzində 67 faiz artıb
Lizinq şirkəti BOKT yaradır
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
Ən çox oxunanlar
Azercell və Samsung-dan yeni kampaniya!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
“Merkuri BOKT” növbədənkənar yığıncaq keçiriləcək
İyunun 24-nün hava proqnozu - yağış yağacağı gözlənilir



























