Martda icbari tibbi sığorta çərçivəsində 1 milyondan çox xidmət göstərilib
İcbari tibbi sığortanın tətbiq edildiyi 59 inzibati ərazi üzrə fəaliyyət göstərən mərkəzi xəstəxanaların və onların struktur bölmələrinin, habelə müalicə diaqnostika mərkəzlərinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik) təqdim etdikləri ilkin hesabatlara əsasən 2021-ci ilin mart ayı ərzində 337 807 nəfər sözügedən müəssisələrə ümumilikdə 535 714 dəfə müraciət edib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaydığı məlumata görə, bu müraciətlər üzrə ümumilikdə 1 180 643 tibbi xidmət göstərilib. Tibbi xidmətlərin 1 002 940-ı ambulator, 177 703-ü isə stasionar şəraitdə göstərilib.
Cari ilin mart ayı ərzində əhalinin hər 1000 (min) nəfərinə tibb müəssisələrinə olunan müraciət sayına görə ilk onluqda yer alan şəhər və rayonlar: Mingəçevir şəhəri (402), Şirvan şəhəri (200), Yevlax (165), Zaqatala (164), Ağdaş (160), Qəbələ (158), Oğuz (150), Ağstafa (145) rayonları, Gəncə şəhəri (137) və Göyçay (136) rayonu.
Ən çox xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Mingəçevir şəhər Mərkəzi Xəstəxanası (118 449), Gəncə Birləşmiş Şəhər Xəstəxanası (91 800), Xaçmaz (59 685), Yevlax (56 156), Ağdaş (42 782), Şəki (37 790), Quba (37 440), Zaqatala (34 954), Göyçay (34 699) və Qusar (31 778) rayon Mərkəzi Xəstəxanaları.
Ən çox ambulator xidmət göstərən tibb müəssisələrinin ilk onluğu: Mingəçevir şəhər Mərkəzi Xəstəxanası, Gəncə Birləşmiş Şəhər Xəstəxanası, Yevlax, Xaçmaz, Ağdaş, Şəki, Zaqatala, Göyçay, Quba və Beyləqan rayon Mərkəzi Xəstəxanaları.
Ən çox stasionar xidmət göstərən tibb müəssisələrinin ilk onluğu: Gəncə Birləşmiş Şəhər Xəstəxanası, Mingəçevir şəhər Mərkəzi Xəstəxanası, Xaçmaz, Quba, Qusar, Ağdaş, Bərdə rayon Mərkəzi Xəstəxanaları, Şirvan şəhər Mərkəzi Xəstəxanası, Yevlax və Göyçay rayon Mərkəzi Xəstəxanaları.
Tibb müəssisələrinə müraciətlərin çoxu tibbi müayinə (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla), qan dövranı sistemi, endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluğu, həzm, sidik-cinsiyyət, tənəffüs, sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, habelə mamalıq və ginekologiya, sinir sistemi xəstəlikləri, gözün və gözün əlavə aparatının xəstəlikləri ilə bağlı olub.
Qeyd olunmalıdır ki, Agentlik tərəfindən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyinə verilmiş tibb müəssisələrinin resurslarından və kadr potensialından səmərəli istifadəni təmin etmək, fəaliyyətlərini optimallaşdırmaq və əhalinin müxtəlif növ tibbi yardıma əlçatanlığını təmin etmək məqsədilə respublikanın inzibati ərazi vahidləri üzrə tibbi ərazi bölmələri (TƏB) yaradılmışdır. Hazırda icbari tibbi sığortanın tətbiqi 11 TƏB-i və Sumqayıt TƏB-ə aid olan Xızı rayonunu əhatə edir.
2021-ci ilin mart ayı ərzində TƏB-lər üzrə göstərilmiş tibbi xidmət sayına görə ardıcıllıq aşağıdakı kimidir: Bərdə-Yevlax TƏB (255 100), Şəki-Zaqatala TƏB (180 799), Quba-Xaçmaz TƏB (166 183), Gəncə TƏB (144 161), Göyçay-Kürdəmir TƏB (94 943), Dağlıq Şirvan TƏB (80 493), Şəmkir-Tovuz TƏB (73 895), Ağdam-Ağcabədi TƏB (57 597), İmişli-Sabirabad TƏB (54 480), Lənkəran TƏB (40 097), Cəlilabad-Salyan TƏB (31 601) və Sumqayıt TƏB (1 294).
01.01.2020-ci il tarixinə olan rəsmi məlumata əsasən icbari tibbi sığortanın tətbiq edildiyi 59 inzibati ərazi vahidləri üzrə qeydiyyatda olan əhalinin sayı 6 577 600 nəfər təşkil edir.
Ümumilikdə 2021-ci ilin I rübü ərzində 711 498 nəfər 1 544 679 dəfə tibb müəssisələrinə müraciət edərək 3 268 080 sayda tibbi xidmətlərdən istifadə edib.
Qeyd edək ki, 1 aprel 2021-ci il tarixindən etibarən Bakı, Sumqayıt şəhərlərində, Abşeron rayonunda rəsmi qeydiyyatda olan şəxslər də icbari tibbi sığortanın Xidmətlər Zərfindən yararlanmağa başlayıb.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
2 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 2 gün sonra
-
1 saat əvvəl
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
-
1 saat əvvəl
Rusiya Mərkəzi Bankı faizləri endirmədi – İnflyasiya yenidən sürətlənir
-
1 saat əvvəl
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
-
1 saat əvvəl
Tramp Zelenskiyə çağırış etdi: Artıq Rusiya ilə razılaşmağın vaxtıdır
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
-
2 saat əvvəl
Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
Ən çox oxunanlar
Qızılın unsiyasının qiyməti 4000 dollardan da aşağı düşdü
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
Böyük şirkət istismara yararsız texnikalarını satır – 1 tonunun qiyməti 1 200 manatdan başlayır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kristal Bakı”da növbədənkənar yığıncaq keçirilib
Türkiyədə Orta Dəhlizi gücləndirəcək dəmir yolu xəttinin tikintisinə 250 mln. dollar ayrılıb
Azərbaycana soğan idxalı artıb – 15 057 ton
























