Maliyyə Nazirliyi “Sovetski” sakinlərinin iddialara münasibət bildirdi

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Bakı şəhəri Yasamal rayonunun keçmiş “Sovetski” adlanan ərazisində vaxtilə yaşamış bir qrup sakinin səsləndirldiyi iddialara münasibət bildirib.
Nazirliyin açıqlamasında bildirilir ki, keçmiş “Sovetski” adlanan ərazidə vaxtilə könüllü razılıq əsasında köçmüş, indi isə tərəflərin razılığı ilə bağlanmış alqı-satqı müqavilələri əsasında satın alınan evlərinə görə onlara edilən ödənişlərin guya natamam hesablanması, evlərin düzgün ölçülməməsi, kompensasiya məbləğinin azaldılması, habelə həmin ərazidə torpaq sahələri üzrə mülkiyyət hüquqlarının pozulmasına dair bir qrup keçmiş sakinin səsləndirdikləri iddiaların heç bir əsası yoxdur.
Ərazidə vaxtilə alınma və köçürmə işləri torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qanunvericiliyə, o cümlədən Nazirlər Kabinetinin müvafiq qəralarına uyğun olaraq alan orqan kimi müəyyən edilmiş Yasamal RİH tərəfindən icra olunub, Maliyyə Nazirliyi isə qeyd olunan dövlət ehtiyacları üçün alınma işlərində nəzarət orqanı qismində iştirak etməklə prosesə nəzarət edib.
Köçürülmə ərazisinə düşən daşınmaz əmlaklar üzrə qiymətləndirmə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna uyğun olaraq, bu işlərə cəlb edilmiş müstəqil qiymətləndirici şirkət tərəfindən sözügedən ərazidə mövcud bazar qiymətləri öyrənilməklə aparılıb. Hesablanmış məbləğlər Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən sakinlərlə ilkin razılaşma əldə olunduqdan sonra notariat qaydada alqı-satqı müqavilələri bağlanmaqla müvafiq banklarda mənzillərin sahiblərinin adlarına açılmış hesablara köçürülüb və heç bir əlavə xərc olmadan hesablanmış məbləğlər həmin şəxslər tərəfindən bütünlüklə alınıb. Və bununla əlaqədar alqı-satqı dövründə sakinlər tərəfindən heç bir irad bildirilməyib. Hər bir sakinlə bağlanmış əqdlərin sürətləri bu gün də mövcuddur və istənilən şəxs həmin alqı-satqı müqavilələri ilə tanış ola bilər.
Vəsaitlərini götürən bütün sakinlərə evlərindən yeni mənzillərinə köçmək üçün ən azı bir ay müddət və əlavə olaraq hər bir ailəyə 1000 manat məbləğində köçmək üçün vəsait ödənilib.
Bundan başqa, köçürülmə zamanı torpaq sahələrinin onların xüsusi mülkiyyətində olmasına dair müvafiq sənədlər təqdim edən sakinlərə əlavə kompensasiya hesablanaraq ödənilib.
Maliyyə Nazirliyi bir daha bəyan edir ki, könüllü razılıq əsasında notarial qaydada bağlanan əqdlərə uyğun olaraq köçürülmüş həmin şəxslərin xeyli müddətdən sonra yenidən peyda olaraq şikayətlər səsləndirmələri, bəzi şəxslər tərəfindən koordinasiya olunaraq dövlət qrumlarının qarşısına toplaşmaları, dəfələrlə şifahi və yazılı qaydada onlara izahat verilməsinə baxmayaraq Yasamal RİH və Maliyyə Nazirliyindən əlavə vəsait tələb etmələri, mətbuatda və sosial şəbəkələrdə dövlət orqanlarına, ayrı-ayrı vəzifəli şəxslərə qarşı iradlar səsləndirmələri tam əssasızdır və həqiqəti əks etdirmir.
Bununla yanaşı qeyd olunmalıdır ki, sözügedən alqı-satqı müqavilələri hazırda qüvvədədir və onların şərtləri müqavilə tərəfləri üçün məcburi xarakter daşıyır. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müqavilələrin, o cümlədən alqı-satqı müqavilələrinin məcburi qaydada dəyişdirilməsi və ya ləğv edilməsi Azərbaycan Respublikasının müvafiq məhkəmələrinin səlahiyyətindədir.
Eyni zamanda “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu da alınmanın təsirinə məzur qalmış şəxslərin məhkəmə müdafiəsinə təminat verir.
Göstərilənlərə əsasən keçmiş “Sovetski” adlanan ərazinin sakinləri olmuş vətəndaşlarımızı ictimai qaydanın və aşayişin pozulması ilə müşaiyət olunan destruktiv fəaliyyətdən, bir qrup şəxslərin təhriki ilə əlavə vəsait tələb etməkdən çəkinməyə çağırır və iddia tələbləri ilə bağlı müvafiq məhkəmələrə müraciət etmələrini tövsiyə edirik.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 gün sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
-
1 gün sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
14 d. əvvəl
Şuşa Zəfər Muzeyinin layihə-smeta sənədlərini 1,1 milyon mnata İtaliya şirkəti hazırlayacaq
- 37 d. əvvəl
-
41 d. əvvəl
Elektrik və hibrid avtomobillərə güzəştlərin müddətinin uzadılması təklif edilir
-
50 d. əvvəl
Yeni inşa olunacaq gəmilər Xəzər dənizində marşrutlara buraxılacaq
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Yaxşı olardı ki, gəlir vergisi üçün güzəşt müddətinin uzadılmasına baxılsın”
-
1 saat əvvəl
TuranBank ilə ECO Ticarət və İnkişaf Bankı arasında kredit sazişi imzalanıb - MƏBLƏĞ
-
1 saat əvvəl
Bu ilin 1-ci yarısında Azərbaycan İsrailə 542,5 milyon dollar investisiya yatırıb
-
2 saat əvvəl
Ekspeditorun müştəriyə dəymiş zərəri ödəmə proseduru müəyyənləşir
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

Şuşa Zəfər Muzeyinin layihə-smeta sənədlərini 1,1 milyon mnata İtaliya şirkəti hazırlayacaq

1 elektrik avtobusu "BakuBus"a 544 min manata başa gəlib

Yeni inşa olunacaq gəmilər Xəzər dənizində marşrutlara buraxılacaq

TuranBank ilə ECO Ticarət və İnkişaf Bankı arasında kredit sazişi imzalanıb - MƏBLƏĞ
Ən çox oxunanlar

Azərbaycanın Tədiyə balansı kəsir ilə qalmaqda davam edib

Avronun qiyməti son 4 ilin rekord səviyyəsinə yüksəlib

Qlobal birjalarda SON VƏZİYYƏT

Leobank Uşaq kartını təqdim edir: erkən yaşdan maliyyə savadlılığı

Azərbaycan neftinin son qiyməti
