Trampın dəstəklədiyi “dünyanın səkkizinci möcüzəsi” gerçəkləşməyəcək
Tayvan şirkəti 10 milyard dollarlıq layihənin əsas hissəsindən imtina edib.Tayvanın elektronika məhsulları istehsalçısı, bu sahədə sifarişlər üzrə dünya lideri Foxconn ABŞ-ın Viskonsin ştatında inşa edilməsi planlaşdırılan 10 milyard dollarlıq nəhəng istehsal müəssisəsi ilə bağlı planlarına ciddi dəyişiklik edib.
Marja xəbər verir ki, ötən gün ştat rəsmiləri ilə yeni razılaşmanın detallarını açıqlayan şirkət ilkin olaraq planlaşdırılan 10 milyard dollar əvəzinə 672 milyon dollar investisiya yatıracağını və iş yerlərinin sayının da 13 mindən 1500-ə qədər azaldılacağını bildirib.
Foxconn-Viskonsin anlaşması ilə bağlı məlumat hələ ilk dəfə 2017-ci ildə Ağ Ev tərəfindən çox böyük gözləntilərlə elan edilmiş, o zamankı ABŞ prezidenti Donald Tramp layihəni “dünyanın səkkizinci möcüzəsi” adlandıraraq, onun özünün elan etdiyi “Amerika hər şeydən öncə” proqramı çərçivəsində ABŞ texnologiya sektorunun necə canlanacağına dair ən bariz nümunə olması ilə öyünmüşdü. Foxconn və onun həmin zamankı sədri Terri Gou üçün bu investisiya imkanı Trampın Çinə qarşı elan etdiyi ticarət müharibəsi və Apple-ın Iphone markalı telefonlarının Amerika bazarına ixracı üçün Çində istehsalına yaranan təhlükələr fonunda göydəndüşmə fürsət idi.
Layihə çərçivəsində televizorlar və digər avadanlıqlar üçün ultramüasir ekranlar istehsalı müəssisəsinin qurulması və Viskonsinin texnoloji şirkətlər üçün yeni cəlbedici məkana çevrilməsi nəzərdə tutulurdu. Lakin sənaye ekspertləri, o cümlədən Foxconn rəsmilərinin bəziləri layihəyə skeptik yanaşaraq bildirirdilər ki, Viskonsin ətrafında nazik ekranların istehsalı üçün heç bir normal təchizat zənciri yoxdur. Bununla belə, 2019-cu ilin sonuna kimi layihənin yerləşəcəyi kənd üzrə 132 daşınmaz əmlak obyektinə 152 milyon dollar ödənmiş, əlavə olaraq köçürülmə xərcləri üçün 8 milyon dollara yaxın vəsait xərclənmişdi. Ümumilikdə Foxconn 2017-ci ildən bəri mərhələlərlə Viskonsin ştatındakı müxtəlif sənaye və infrastruktur sahələrinə 900 milyon dollara yaxın sərmayə yatırıb.
Rəsmi adı Hon Hai Precision Industry Co olan Foxconn yeni razlaşmanın “dəyişən qlobal bazar şərtlərinə cavab olaraq daha çevik hərəkət imkanı yaratdığını” bildirib. Şirkət həmçinin “2017-ci ildəki danışıqlarda istifadə olunan ilkin proqnozların bazardakı gözlənilməz tərəddüdlər səbəbindən dəyişdiyin” vurğulayıb. Foxconn-un yeni sədri Liu Young-vey Viskonsindəki şəraitin elektromobillər üçün də böyük imkanlar vəd etdiyini açıqlayıb. Daha öncə Liu Viskonsinin ənənəvi ABŞ avtomobil sənayesin yaxın olduğundan burda elektromobillərin istehsalı üçün geniş imkanların mövcudluğunu, lakin hələ yekun qərar vermədiklərini və Meksikanın da seçimlər arasında olduğunu bildirmişdi.
Viskonsin ştatının qubernatoru Toni Evers “yeni razılaşmanın ştatın vergi ödəyiciləri üçün ümumilikdə 2,77 milyard dollar vəsaitə qənaət edəcəyini, iş yerlərinin yaradılması ilə bağlı öhdəliklərə əməl olunacağını və indiyə qədər layihənin dəstəklənməsi üçün yerli və ştat səviyyəsində yatırılmış 200 milyon dollarlıq investisiyaların hədər getməyəcəyini” bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
6 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
-
9 d. əvvəl
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
-
16 d. əvvəl
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
-
53 d. əvvəl
“BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil”
- 58 d. əvvəl
-
1 saat əvvəl
AFB Bank-ın aktivləri 79% artıb: Bank rəhbərliyi yeni hədəfləri açıqladı - MÜSAHİBƏ
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda dövlət xidmətlərinə süni intellekt gəlir – Yeni platforma yaradılacaq
-
1 saat əvvəl
Paşinyan Ermənistanın Müstəqillik Bəyannaməsinin mətnini dövlətçilik əleyhinə hesab edir
-
2 saat əvvəl
Mərkəzi Bankdan kiçik banklara mesaj – Birləşmə və satınalma çıxış yolu ola bilər
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil”
AFB Bank-ın aktivləri 79% artıb: Bank rəhbərliyi yeni hədəfləri açıqladı - MÜSAHİBƏ
Özəl şirkət dövlət şirkətlərini geridə qoyub
Ən çox oxunanlar
Paşinyan Ermənistanın Müstəqillik Bəyannaməsinin mətnini dövlətçilik əleyhinə hesab edir
Mərkəzi Bankdan sanksiyalar altındakı İran bankı ilə bağlı açıqlama
Vəzifəli şəxsin gəlirləri üzrə məhdudiyyətlər müəyyənləşir
İcbari Sığorta Bürosu “We Invest in People – Silver” beynəlxalq akkreditasiyasına layiq görülüb


























