Bakıda iri ixtisaslaşmış kitab mağazası açılıb
Bakıda ixtisaslaşmış kitab mağazası – “Azərkitab” istifadəyə verilib.
“Marja” xəbər verir ki, mağaza "Azərkitab” Kitab Təbliğatı Mərkəzi tərəfindən yaradılıb.
Layihənin ideya müəllifi Sabir Həsənovdur.
"Azərkitab” Kitab Təbliğatı Mərkəzi 1924 –cü ildə fəaliyyətə başlamış "Azərkitab” İstehsalat Birliyinin mənəvi varisidir. 2000-ci ildə Azərkitab” İstehsalat Birliyinin fəaliyyətinə xitam verilmişdi.
"Bilirsiniz ki, mənim həyatım kitabla bağlı olub. Sovet dönəmində "Azərkitab” adlı bir qurum fəaliyyət göstərirdi. Sovetlər birliyinin dağılması ilə "Azərkitab”ın fəaliyyətinə son qoyuldu. O gündən belə bir mərkəzin açılışını etmək ürəyimdə arzu olaraq yaşayırdı. Nəhayət ki, bunu həyata keçirmək mənə nəsib oldu. Bu mərkəzi açmaqla məqsədimiz kitaba dönmək, gənclərimizi pis vərdişlərindən çəkinməkdən ibarətdir”,- Sabir Həsənov deyib.
Tədbir iştirakçıları da çıxışı zamanı təxminən 20 illik fasilədən sonra "Azərkitab” mərkəzinin açılmasının yenidən fəaliyyətə başlamasını çox əlamət hadisə hesab etdilər.
“Azərkitab” Kitab Təbliğatı Mərkəzi dörd mərtəbədən ibarətdir. Burada oxucular hər sahədən kitablar əldə edə bilərlər. Eyni zamanda, mərkəzdə onların istirahəti üçün Book-cafe fəaliyyət göstərəcək. Mağazanın 1-ci mərtəbəsində ziyalılar evi təşkil olunub, 2-ci və 3-cü mərtəbəsi kitab satışı üçün nəzərdə tutulub. 4-cü mərtəbəsində isə qalereya və konfrans zalı yerləşir, burada oxucuların yazarlarla, şairlərlə görüşləri keçiriləcəkdir.
Gələcəkdə mərkəzə oxucuları cəlb etmək məqsədi ilə bir sıra kampaniyalar nəzərdə tutulub. Belə ki, orta məktəblərlə, ali məktəb rəhbərləri ilə əlaqə saxlanılacaq. Orada təhsil alan şagirdlərin, tələbələrin Kitab evi ilə tanışlığı üçün ekskursiyalar təşkil ediləcək. Bunun üçün “Azərkitab” tərəfindən avtobuslar da ayrılacaq. Eyni zamanda, aztəminatlı ailələr, məcburi köçkün və şəhid ailələri də unudulmayıb. Belə ailələrin təhsil alan uşaqlarının dərs vəsaitləri, dərsliklərlə təmin olunması da düşünülüb.
Qeyd edək ki, Mərkəzin direktoru Misirxan Həsənovdur. O, Sabir Həsənovun oğlu, onun ideyalarının davamçısıdır. Biz də Misirxan Həsənovun fikirlərini öyrəndik: "Ailəmizin ruzisi kitabdan gəldiyindən evimizdə hansı mövzuda söhbət açılırdısa, mütləq sonu kitaba müraciət etməklə bitərdi. Kitabşünas kimi Bakıda tanınan Sabir müəllim uzun müddət "Azərkitab” sistemində çalışmışdır. Hələ mən uşaq ikən atam məni tez-tez özü ilə işlədiyi kitab mağazasına aparardı. Mən mağazada bir-birindən maraqlı bəzəkli kitabları vərəqləyib, oradakı müxtəlif şəkillərə baxardım. Kitablara marağımı görən atam hər gün evə bir kitab gətirərdi. Mən də səhərə qədər kitab oxuyardım. Bax kitabla sıx bağlılığım atamın işlədiyi kitab mağazasından başlayıb. Sonradan atamın işlədiyi kitab mağazası bağlandı. Lakin mən böyüdükcə hiss edirdim ki, kitaba daha çox bağlanıram. Bir neçə ay öncə atam evə gəlib Bakı şəhərində bir kitab mağazası açmağı planlaşdırdığını deyəndə, mən böyük həvəslə onunla birlikdə çalışacağımı bildirdim. Beləliklə, atamın "Azərkitab” Kitab Təbliğatı Mərkəzi layihəsi bu gün reallaşdı”.
Qeyd edək ki, Mağaza İnşaatçılar prospektində, Dövlət Statistika Komitəsinin yaxınlığında yerləşir.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
2 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 2 gün sonra
-
8 d. əvvəl
Yağıntılı hava şəraiti davam edəcək, dolu düşəcək - XƏBƏRDARLIQ
-
1 saat əvvəl
Aİ lideri: Qara dənizdə Azərbaycan vətəndaşlarının da olduğu mülki gəmi vurulub, 3 nəfər itkindir
-
1 saat əvvəl
Qida duzu üzrə yerli təminat daxili tələbatı üstələyib – 104,8%
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda şəkər istehsalı üçün xammal üzrə təminat zəifdir: göstərici 50,5%-ə çatıb
-
1 saat əvvəl
Azərbaycanda kərə yağı üzrə təminat zəifdir: göstərici 62%-ə geriləyib
-
1 saat əvvəl
Meyvə və tərəvəz şirələri üzrə yerli təminat daxili tələbatı üstələyib – 127,7%
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Yağıntılı hava şəraiti davam edəcək, dolu düşəcək - XƏBƏRDARLIQ
Azərbaycanda şəkər istehsalı üçün xammal üzrə təminat zəifdir: göstərici 50,5%-ə çatıb
Ən çox oxunanlar
Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu ticarət gəmisi batıb, bir nəfər ölüb
Volvo Cars-ın səhmləri 27% ucuzlaşdı – Şirkət 2500 işçisini ixtisar edəcək, milyardlarla kron zərər açıqlayıb
Daşkəsəndə kənd köçürülür? – Rəsmi reaksiya
Neft bazarında yeni bahalaşma dalğası – Brent 114 dolları, ABŞ nefti 100 dolları ötüb
Nvidia-nın rəhbəri ilk dəfə Qazaxıstana səfər edib – Ölkədə süni intellektə 10 milyard dollarlıq investisiya planlaşdırılır
Balıq və balıq məhsulları üzrə təminat güclənib: 81,1%
























